ABŞ prezidenti Donald Tramp təkcə Ukraynaya deyil, həm də bütün Avropaya təsir edəcək genişmiqyaslı sülh sazişinin hazırlandığını elan edib.
"Razılaşma olacaq, bu, böyük bir razılaşma olacaq və bu, təkcə Ukraynaya təsir etməyəcək, hətta deyərdim ki, bütün Avropanı əhatə edə bilər" – deyə Tramp jurnalistlərə bildirib.
O iddia edib ki, bu, "gözəl bir razılaşma olacaq və hər kəs bundan məmnun qalacaq".
Tahir TAĞIYEV