Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan olan Avrasiya Hökumətlərarası Şurasının üzvləri İrəvanın Aİ-yə inteqrasiya müzakirələri ilə əlaqədar olaraq AİB Müqaviləsinin dayandırılmasının Ermənistan üçün mümkün nəticələri barədə hesabat təqdim ediblər. Sənəd Ali Avrasiya İqtisadi Şurasının (AİİŞ) üzvlərinə və Birliyin dövlət başçılarına baxılmaq üçün təqdim ediləcək.
Hesabatda qeyd olunur ki, Ermənistanın Aİ-yə üzvlük prosesinə başlayan qanunu qəbul etməsi "Aİİ-nin Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilə ilə müəyyən edilmiş əməliyyat məqsədlərinə çatması üçün risklər yaradır". "Bu şəraitdə, 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin digər Tərəfləri, beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə və xüsusən də 23 may 1969-cu il tarixli Müqavilələr Hüququ haqqında Vyana Konvensiyasının müddəalarına uyğun olaraq, Ermənistan Respublikasına münasibətdə 29 may 2014-cü il tarixli Avrasiya İqtisadi İttifaqı haqqında Müqavilənin müvəqqəti dayandırılması barədə birgə qərar qəbul etmək hüququna malikdirlər"- sənəddə deyilir.
Ermənistanın Baş naziri Nikol Paşinyan isə bildirib ki, belə bir prosedur olmadığı üçün Aİİ ölkələri Ermənistanı Birliyə üzvlükdən məhrum edə bilməzlər.
Ermənistanın AİB hesabatı ilə razılaşmadığını qeyd edən Paşinyan "Biz AİB hesabatını nəzərdən keçirdik, onun nəticələrinin əhəmiyyətli bir hissəsi ilə qətiyyən razı deyilik və həmkarlarımıza da fikir ayrılığımızı müntəzəm olaraq bildirəcəyik", - deyə bildirib.
AİB ölkələrinin başqa bir ölkəni üzvlükdən məhrum etmək hüququnun olmadığını ifadə edən Paşinyan “KTMT-nin bu seçimi var. Oradakı ölkələrin mahiyyət etibarilə eyni olduğunu nəzərə alsaq, görəsən Ermənistan niyə KTMT-dən xaric edilmir?” - deyə bildirib.
SAMİRƏ