çərşənbə günü, 04 noyabr 2026
     

G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

Image


Amerika lideri Dovald Trampın gələn ayın ortalarında ABŞ-nin Mayami şəhərində keçiriləcək G20 sammitinə Azərbaycan Prezidenti İlham Əliyevi şəxsən dəvət etməsi dərin geosiyasi və geoiqtisadi əhəmiyyətə malik bir hadisədir. Bu, sadəcə İlham Əliyevin dünyanın aparıcı iqtisadiyyatlarını bir araya gətirən ən nüfuzlu beynəlxalq forumlardan birində iştirakı olmayıb, şəxsən onun özününü və Azərbaycanın durmadan artan beynəlxalq nüfuzunun, regional və qlobal gündəmin formalaşmasında müstəqil rolunun tanınmasının, habelə Bakı ilə Vaşinqton arasında inkişaf edən münasibətlərin xüsusi mahiyyətinin sübutudur.

Azərbaycan G20-nin üzvü olmasa da, ABŞ Prezidenti Donald Tramp İlham Əliyevi qarşıdakı sammitdə iştirak etmək üçün dəvət almış dövlətlər rəhbərləri arasında görmək istəyib.

Diplomatik praktikada bu cür dəvətlər adətən konkret siyasi hesablamalardan, strateji maraqlardan və dəvət olunmuş dövlətin beynəlxalq əhəmiyyətli məsələlərin həllində oynaya biləcəyi rolu anlamaqdan irəli gəlir. Bu mənada, Vaşinqton son illərdə Avrasiya regionundakı siyasi proseslərin ən nüfuzlu və müstəqil iştirakçılarından birinə çevrilmiş Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlı olduğunu sərgiləyir.

Bu gün Cənubi Qafqazın lideri olan Azərbaycanın iqtisadi-siyasi və hərbi-strateji potensialı, enerji imkanları, coğrafi mövqeyi və proaktiv xarici siyasəti Bakıya təkcə ətrafdakı proseslərə reaksiya sərgiləməyə yox, həm də regional gündəmin formalaşmasına birbaşa təsir göstərməyə imkan verir.

Eyni zamanda, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən beynəlxalq nəqliyyat və enerji arxitekturasında taleyüklü bir körpüyə çevrilib. Enerji layihələrinin həyata keçirilməsi, Orta Dəhlizin inkişafı, nəqliyyat və logistika imkanlarının genişləndirilməsi və müxtəlif güc mərkəzləri ilə iqtisadi əlaqələrin gücləndirilməsi Azərbaycana bir sıra aparıcı ölkələr üçün strateji əhəmiyyətli tərəfdaş statusu qazandırıb.

Beynəlxalq münasibətlər sisteminin transformasiyası fonunda, qlobal qarşılıqlı əlaqələrin ənənəvi mexanizmlərinin ciddi şəkildə sınaqdan keçirildiyi bir vaxtda, siyasi müstəqilliyə, sabit iqtisadiyyata, strateji resurslara və genişmiqyaslı beynəlxalq layihələri həyata keçirmək qabiliyyətinə malik dövlətlərin əhəmiyyəti xüsusilə artıb.

Məhz bu kontekstdə Azərbaycanın G20 sammitinə dəvəti Bakıya qlobal məsələlərin müzakirəsində birbaşa iştirak etmək, yeni əlaqələr qurmaq və öz strateji maraqlarını irəli sürmək imkanı yaradır. Bu isə o deməkdir ki, Vaşinqton Azərbaycanı daha geniş beynəlxalq gündəmin həyata keçirilməsində vacib tərəfdaşlardan biri kimi qiymətləndirir.

Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliuevin strateji düşüncəyə malik olan bir siyasətçi kimi şəxsi keyfiyyətləri də fundamental əhəmiyyət kəsb edir. Ölkə ciddi geosiyasi gərginlikləri bölüşən dövlətlərlə qarşılıqlı əlaqədə olmaqla yanaşı, öz suverenliyini qorumağa və xarici strateji maraqların alətinə çevrilməməyə çalışır. Bu xarici siyasət təkcə əhəmiyyətli dövlət resursları deyil, həm də yüksək səviyyəli diplomatik bacarıq tələb edir.

İlham Əliyevin Donald Trampla münasibətləri bu kontekstdə xüsusi yer tutur. Onların qarşılıqlı əlaqəsi Azərbaycan-Amerika münasibətlərinin yeni mərhələsində ən diqqətəlayiq amillərdən birinə çevrilib.

Bunun mühüm təsdiqi İlham Əliyevin 2025-ci ilin avqustunda Vaşinqtona səfəri çərçivəsində Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşündən sonra Birgə Bəyannamənin imzalanmasında öz təsdiqini tapdı. Bu ilin avqustunda prezidentlər arasındakı telefon danışığında Amerika lideri İlham Əliyevin Cənubi Qafqazdakı sülh prosesindəki rolunu bir daha yüksək qiymətləndirib.

İkitərəfli əlaqələr müstəvisində daha bir vacib nəticə 2026-cı ilin fevral ayında Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması oldu. Bu, tərəflərin ikitərəfli münasibətlərinin keyfiyyətcə yeni səviyyəyə qaldırmaq istəyini sübuta yetirir.

Beləliklə, G20 sammitinə dəvət məntiqi şəkildə Azərbaycan-Amerika əməkdaşlığının ardıcıl inkişafı ilə tam şəkildə uzlaşır. Bu mənada, əvvəlki demokratlar adminsitrasiyasından fərqli olaraq, indi Ağ Ev Azərbaycanla praqmatik əlaqələrin ninkişafını daha düzgün siyasət sayır.

Vaşinqton strateji əhəmiyyətə malik Cənubi Qafqazda mövqeyini gücləndirməkdə, Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrini inkişaf etdirməkdə, enerji marşrutlarını şaxələndirməkdə və iqtisadi mövcudluğunu genişləndirməkdə maraqlıdır. Lakin bu məqsədlərə real imkanlara və siyasi iradəyə malik dövlətlərlə əməkdaşlıq etmədən nail olmaq mümkün deyil.

Bu kontekstdə Azərbaycan xüsusi status qazanmış aktor rolunda çıxış edir. Bakı beynəlxalq enerji və nəqliyyat layihələrini həyata keçirməkdə əhəmiyyətli təcrübəyə, müxtəlif qlobal siyasət mərkəzləri ilə əlaqələr saxlayır və regional sabitliyə töhfə vermək üçün lazımi potensiala malikdir. Ölkənin unikal coğrafi mövqeyi isə, ona Xəzər regionu, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında əlaqə rolunu oynamağa imkan verir.

Əməkdaşlığın vacib tərkib hissəi olan TRIPP layihəsi əhəmiyyəti nəqliyyat infrastrukturundan daha da geniş mənada regional iqtisadi inteqrasiya üçün əlavə imkanlar yaratmaq, kommunikasiyaları gücləndirmək və sülhün qorunması üçün faydalı yeni qarşılıqlı asılılıqları inkişaf etdirmək potensialına malikdir.

Məhz buna görə də Vaşinqtonun yalnız sabitliyə sadiqliyini açıq şəkildə bəyan etməklə yanaşı, əldə olunmuş razılaşmaların praktiki həyata keçirilməsini yerinə yetirə bilən tərəfdaşlara ehtiyacı var.

Bu mənada, Azərbaycan qarşılıqlı maraqlara, siyasi proqnozlaşdırıla biləсək və konkret nəticələrə əsaslanan uzunmüddətli münasibətlər qurmağın mümkün olduğu bir ölkə nümunəsidir.

Eyni zamanda, Bakı Vaşinqtonla yaxınlaşma fonunda çoxvektorlu xarici siyasətdən imtina etmək fikrində deyil. Əksinə, ABŞ ilə münasibətlərin gücləndirilməsi ölkənin Azərbaycanın diplomatik və iqtisadi imkanlarını genişləndirir, dəyişən beynəlxalq şəraitdə öz maraqlarını daha effektiv şəkildə müdafiə etməyə imkan verir.

Müasir beynəlxalq siyasətdə isə etimad ən qıt resurslardan birinə çevrilir. Siyasi bəyannamələr tez-tez faktiki hərəkətlərdən çox fərqlənir, əldə edilən razılaşmalar mövcud vəziyyətdən asılı olaraq yenidən nəzərdən keçirilir və müttəfiqlik öhdəlikləri bəzən qısamüddətli geosiyasi metamarfozolara uğrayır.

Bu fonda sabit siyasət, öz qərarlarına görə məsuliyyət daşımaq bacarığı və öhdəliklərini yerinə yetirməyə hazırlıq nümayiş etdirən liderlər xüsusilə vacibdir.

İlham Əliyevin beynəlxalq nüfuzunun davamlı şəkildə güclənməsini məhz onun bu şəxsi keyfiyyətləri şərtləndirir. Azərbaycan üçün onun prezidentinin beynəlxalq danışıqlarda və siyasi forumlarda iştirak etməklə məhdudlaşmaması, dövlət və region üçün uzunmüddətli əhəmiyyət kəsb edən konkret nəticələr qazanması prinsipial olaraq çox vacibdir.

Cənubi Qafqazda konkret nəticələr əldə etməkdə maraqlı olan ABŞ administrasiyası üçün belə bir tərəfdaşla əməkdaşlıq sırf praqmatik əhəmiyyətə malikdir. Vaşinqton qərarların siyasi davamlılığını və birgə təşəbbüslərin həyata keçirilməsini təmin etməyə qadir olan dövlətlər və liderlərlə işləməyi dəyərləndirir.

Bu baxımdan, Donald Tramp və İlham Əliyev arasında şəxsi işgüzar münasibətlər bu prosesə xüsusi ahəng verir. Bu, ikitərəfli əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı etimadı gücləndirmək və təkcə Cənubi Qafqaza deyil, həm də daha geniş Avrasiya regionuna müsbət təsir göstərə biləcək təşəbbüslərin irəli aparılması üçün əlverişli siyasi zəmin yaradır.

Mayamidə keçiriləcək qarşıdan gələn G20 sammiti Azərbaycan üçün beynəlxalq ambisiyalarını nümayiş etdirmək, aparıcı qlobal güclərlə münasibətləri gücləndirmək və əsas müasir məsələlərə dair öz vizyonunu müəyyən etmək üçün mühüm bir fürsət olacaq.

Bakı üçün bu, sadəcə diplomatik tədbirdən daha böyük hadisədir. Bu, yalnız regional təhlükəsizlik arxitekturasında əsas yer tutan deyil, həm də qlobal iqtisadi, siyasi və geostrateji məsələlərin müzakirələrində iştirak edə bilən bir dövlət kimi statusunu möhkəmləndirmək üçün bir fürsətdir.

Sammitdə iştirak etmək həmçinin Azərbaycana yüksək səviyyəli beynəlxalq əlaqələr dairəsini genişləndirməyə imkan verəcək, investisiya, nəqliyyat əməkdaşlığı, enerji təhlükəsizliyi və regionlararası kommunikasiyaların inkişafı üçün yeni imkanlar verəcək.

Eyni zamanda, G20 forumuna dəvət olunma faktının özü bir daha göstərir ki, müasir beynəlxalq təsir yalnız nüfuzlu təşkilatlara rəsmi üzvlüklə müəyyən edilmir. Bir dövlətin faktiki imkanları, geosiyasi aktuallığı, həllər təklif etmək qabiliyyəti və konkret nəticələrə nail olmaq üçün məsuliyyət daşımaq istəyi daha böyük əhəmiyyət kəsb edir. Azərbaycan bu sahələrdə mövqeyini tədricən gücləndirir.

Beləliklə, Donald Trampın Prezident İlham Əliyevi G20 sammitinə dəvət etməsi Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinin və Azərbaycan-Amerika strateji əməkdaşlığının inkişafının məntiqi nəticəsidir.

Bu dəvət Vaşinqtonun Azərbaycanı beynəlxalq əməkdaşlıq və təhlükəsizliyin yeni arxitekturasının formalaşmasında hesablaşmalı olduğu bir dövlət kimi qəbul etdiyinin göstəricisidir.

Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan beynəlxalq arenaya yalnız xarici dəstəyə güvənən bir dövlət kimi yox, öz resursları, maraqları və strateji vizyonu olan müstəqil siyasi oyunçu kimi daxil olur. İlham Əliyev son illərdə mövqeyini əhəmiyyətli dərəcədə gücləndirən, öz müqəddəratını müstəqil şəkildə müəyyənləşdirmək qabiliyyətini sərgiləyən və Avrasiyanın gələcəyini formalaşdıran proseslərdə əsas iştirakçıya çevrilən bir dövləti təmsil etmək üçün Mayamiyə gedəcək.

Formalaşan yeni dünya nizamında məhz belə dövlətlər və İlham Əliyev kimi siyasi liderlər getdikcə daha böyük rol oyanaycaqlar. Azərbaycan prezidentinin G20 sammitinə dəvət olunması bu tendensiyanın ən bariz nümunələrindən biridir.

Sahil İsgəndərov,

politoloq



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 16:30
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - VİDEO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

03.11.2026 / 17:15
İnternetdə anonim qruplar yaradıb Azərbaycanda çevriliş hazırlayırdı - xaricdən tutub gətirdilər...

03.11.2026 / 16:49
Bəzi xəstəxanaların adı dəyişdirildi

03.11.2026 / 16:32
Sərhədlərimizdə ballistik raket qurğuları yerləşdirilir...

03.11.2026 / 16:17
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi

03.11.2026 / 16:05
Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra ediblər - VİDEO

03.11.2026 / 15:46
Trampın Zelenskini bu "qaz oyununa" məcbur etməsi inandırıcı olmadı...

03.11.2026 / 15:20
Prezident adından yayılan 100 manatlıq mükafat vədi saxtadır - XƏBƏRDARLIQ...

03.11.2026 / 14:35
"Ermənistan qüvvələrinin Hadrut istiqamətindəki əks-hücumları onların hərbi zəifliklərini üzə çıxardı" - Liam Kollinz

03.11.2026 / 14:27
Netanyahu bu dəfə daha dərin problemə düşüb...

03.11.2026 / 14:21
Lukaşenko Ukraynada müharibənin tezliklə bitəcəyini deyir - 2022-də bitə bilərdi, ancaq,...

03.11.2026 / 14:07
Rusiya-Ukrayna danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək – rəsmən təsdiqləndi...

03.11.2026 / 13:50
Latviya Rusiyaya görə BMT TŞ-nin təcili iclasını çağırdı...

03.11.2026 / 13:38
"Vətən müharibəsindəki döyüş əməliyyatları müasir hərb tarixində diqqətəlayiq nümunədir" - Con Spenser

03.11.2026 / 13:26
Bakıda Vətən müharibəsinə həsr olunan kitabın təqdimatı keçirildi - YENİLƏNDİ

03.11.2026 / 13:22
"Mahmud Abbas Cümhuriyyət Günündə Yunan Kiprinə getdi, biz isə bu Fələstinə görə Azərbaycanın xətrinə dəyirik" - Yılmaz Özdil

03.11.2026 / 13:04
Tramp İranla müharibəyə xərclənən 30 milyardı cüzi məbləğ adlandırdı - Venesuelada bundan dəfələrlə çox qazandıq...

03.11.2026 / 12:41
Azərbaycan və Ukrayna polisləri birgə əməliyyat keçirdi - 11 nəfər saxlandı - VİDEO

03.11.2026 / 12:25
Səbinə Əliyeva yenidən ombudsman seçildi

03.11.2026 / 12:17
Milli Məclis Zəfər Günü ilə əlaqədar Bəyanat qəbul etdi

03.11.2026 / 11:55
“Allah eləməsin, Rusiyanın sizə qarşı hibrid müharibəyə başlayacağı günü görməyəsiz” - Şoyqudan Avropaya təhdid kimi mesaj...

03.11.2026 / 11:41
Sahibkardan rüşvət alan vergi müfəttişi həbs edildi...

03.11.2026 / 11:26
Keniyanın yeni səfiri Prezidenti İlham Əliyevin qəbulunda... - FOTO

03.11.2026 / 11:25
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

03.11.2026 / 11:23
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ