İsrailin dörd müxalifət partiyasının liderləri yeni koalisiya yaratmaq üçün dərhal danışıqlara başlamaq və parlamentin birgə strategiyasını razılaşdırmaq barədə razılığa gəliblər. İclas noyabrın 3-də Herzliya şəhərində yeni Knessetin işə başlamasına hazırlıq fonunda baş tutub, lakin iştirakçılar ərəb partiyalarının dəstəyi olmadan hökuməti necə yaratmaq niyyətində olduqlarını hələ müəyyənləşdirə bilməyiblər.
Bu barədə “The Times Of Israel” yazır. Nəşrin xəbərinə görə, danışıqlarda “Yaşar” partiyasının rəhbəri Qadi Eyzenkot, “Be-Yahad”ın sədri Naftali Bennett, Demokratların lideri Yair Qolan və NDI-nin rəhbəri Aviqdor Liberman iştirak edib. Görüşdən sonra siyasətçilər birgə bəyanat yayaraq, Benyamin Netanyahu hökumətində dəyişiklik etmək niyyətlərini təsdiqləyiblər.
Gələcək əməkdaşlığın əsasını Eyzenkotun təklif etdiyi dörd prinsip təşkil etməlidir. Söhbət İsrailin yəhudi və demokratik dövlət kimi tanınmasından, Müstəqillik Bəyannaməsinin dəyərlərinə sadiq qalmasından, bütün vətəndaşlar üçün məcburi xidmətin tətbiqindən, o cümlədən HƏMAS-ın terror təşkilatı kimi tanınmasından və onun hərbi potensialının aradan qaldırılması və Qəzza zolağında idarəçiliyin dayandırılmasının zəruriliyindən gedir.
Liderlər birgə bəyanatda gecikmədən hərəkətə keçmək və yeni hökuməti formalaşdırmaq üçün parlament çoxluğundan istifadə etmək niyyətində olduqlarını vurğulayaraq, fövqəladə vəziyyət hökumətini hazırkı hökumətə alternativ adlandırıblar.
SAMİRƏ