Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Məktubda qeyd olunub:
"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə Zati-alinizi səmimi-qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq arzulayıram.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm".