Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin göstərdiyi internet xidmətləri üzrə tariflər təsdiqlənib. Bu barədə Xidmətin Kollegiyası qərar qəbul edib.
Qərara əsasən, kanal tutumuna görə hər 1 Mb/s üçün aylıq tarif 100 Mb/s-ə qədər tutumda 16 manat, 100 Mb/s-dən 1000 Mb/s-ə qədər tutumda 14 manat müəyyənləşdirilib.
Kanal tutumu 1000 Mb/s-dən 10000 Mb/s-ə qədər olduqda hər 1 Mb/s üçün aylıq tarif 12 manat, 10000 Mb/s-dən 100000 Mb/s-ə qədər olduqda isə 10 manat təşkil edir.
Bir statik IP üçün tarif 5 manat müəyyən edilib.
Göstərilən məbləğlərə ƏDV daxil deyil.
ZÜMRÜD