Melaniya Tramp Rusiya tərəfindən işğal olunmuş Xerson bölgəsindəki Oleşki şəhərindəki atəşkəsi müzakirə etmək üçün Vaşinqtonda Ukrayna və Rusiya nümayəndələri ilə görüşəcək. Bu açıqlama 3 noyabr çərşənbə axşamı günü Ağ Evin rəsmi saytında verilib. Həmçinin bildirilir ki, Donald Trampın həyat yoldaşı 5 noyabr cümə axşamı günü Oleşkidəki humanitar missiyanın nəticələri ilə bağlı rəsmi açıqlama verəcək. Kiyev və Moskva nümayəndələri ilə görüşün eyni gündə baş tutub-tutmayacağı dəqiqləşdirilməyib.
RBC-Ukrayna agentliyinin məlumatına görə, Ağ Evdə Melaniya Trampla görüşdə Ukrayna tərəfdən "Xalqın Xidmətçisi" fraksiyasının rəhbəri David Araxamia və Ali Radanın İnsan Hüquqları üzrə Komissarı Dmitri Lubinets, Rusiya tərəfdən isə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev və Ombudsman Yana Lantratova iştirak edəcək.
Oleşki və ətraf ərazilərdə atəşkəs 27 oktyabr səhər tezdən başlayıb və 1 noyabr saat 22:59-da başa çatıb. Bu, Moskva və Kiyevin atəşkəsin təşkilində əsas vasitəçi kimi təsvir etdiyi ABŞ-ın birinci xanımı Melaniya Trampın iştirakı ilə tərəflər arasında əldə edilən razılaşmaların nəticəsi olub.
Humanitar əməliyyat çərçivəsində yüzlərlə mülki şəxs şəhərdən təxliyə edilib, bölgəyə humanitar yardımlar da çatdırılıb.
SAMİRƏ