ABŞ prezidenti Donald Tramp noyabrın bildirib ki, Rusiya prezidenti Vladimir Putin və Çin prezidenti Si Cinpin Ağ Evin ərazisində tikilən yeni bal zalını ziyarət edəcək qonaqlar arasında ola bilərlər.
"Bu, ən davamlı binadır, struktur baxımından indiyə qədər tikilmiş ən davamlı bina olduğunu deyirlər. Xüsusilə prezidentin təhlükəsizliyini təmin etmək üçün dizayn edilib. Çin, Rusiya və ya istənilən başqa ölkənin liderlərini qəbul edə bilər, hətta şam yeməyində 2000 və ya 2500 qonaq olsa belə, hamısı tamamilə təhlükəsizlikdə olacaq", - deyə o bildirib.
Amerika liderinin qeyd etdiyi kimi, layihənin hazırlanması zamanı şəffaflıq qorunmaqla yüksək səviyyədə təhlükəsizliyi təmin etmək məqsədilə gücləndirilmiş qoruyucu konstruksiyalara və yan divarların zirehli şüşələnməsinə xüsusi diqqət yetirilib.
Tahir TAĞIYEV