çərşənbə günü, 04 noyabr 2026
     

Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

Image


Yeganə Hacıyeva: “Seçki günü verilən bəyanatın həm respublikaçı elektorata, həm də İsrail siyasətinə münasibətdə narazılığı olan seçici qruplarına ünvanlandığını düşünürəm”

ABŞ prezidenti Donald Tramp Fox News-a bildirib ki, Vaşinqton İsrailin Baş naziri Binyamin Netanyahu ilə razılığa gələrək 2026-cı ildən etibarən müdafiə vəsaitlərinin İsrailə köçürülməsini dayandıracaq. “Ödənişlərə gəldikdə, Netanyahu ilə İsrailə hər il 4 milyard dollar vermək barədə razılığa gəldik. Bir neçə ay əvvəl bu təcrübəyə son qoymaq üçün razılığa gəldik", - deyə o bildirib. “Artıq razılaşdıq ki, bu ilin sonundan etibarən İsrailə artıq pul ödəməyəcəyik. Ehtiyac yaranarsa, İsrailə kömək edəcəyik”.

ABŞ Prezidentin sözlərinə görə, İsrailin artıq belə dəstəyə ehtiyacı yoxdur. O əlavə edib ki, Demokrat Partiyasının bəzi üzvləri və solçu siyasətçilər bu yardıma görə respublikaçıları tənqid edirlər.

Oktyabrın sonunda Netanyahu bildirib ki, İsrail ölkəyə qarşı sərt beynəlxalq sanksiyaların tətbiq olunma ehtimalına hazırlaşmalıdır.

O, həmçinin təklif edib ki, bir məqamda “Müdafiə Nazirliyinə on milyardlarla ABŞ yardımı” dayandırılacaq. Bu, Amerikanın dəyişməsi ilə bağlıdır. “İsrailin dəyişməsi ilə bağlı deyil. Hər şey bitdi və ya bitəcək; bu, yalnız zaman məsələsidir”, - deyə baş nazir bildirib.

Noyabrın 3-də Tramp bəyan edib ki, 2026-cı ilin sonundan İsrailin müdafiəsi ilə bağlı maliyyə yardımı dayandırılacaq.

Tramp bu bəyanatı seçki günündə verib? Niyə məhz seçki günündə ABŞ Prezidenti belə bir bəyanatla çıxış edib? Səbəb nə ola bilər?

Politoloq Yeganə Hacıyeva baki-xeber.com-a “ABŞ Prezidenti Donald Trampın noyabrın 3-də, məhz aralıq seçkilərinin keçirildiyi gün İsrailə ayrılan illik hərbi maliyyə yardımının 2026-cı ilin sonundan dayandırılacağı barədə bəyanatı, mənim fikrimcə, yalnız ABŞ–İsrail münasibətləri kontekstində qiymətləndirilməməlidir.

Bu açıqlama Amerikanın daxili siyasi prosesləri,seçki strategiyası və Yaxın Şərqdə dəyişən təhlükəsizlik münasibətləri baxımından izah edilməlidir.

İlk növbədə, diqqət çəkən məqam bəyanatın məhz seçki günü səsləndirilməsidir”-deyə bildirdi.

Y.Hacıyevanın sözlərinə görə, ABŞ prezidentinin belə həssas xarici siyasət məsələsində konkret tarix göstərməklə çıxış etməsi, mənə görə, müəyyən siyasi hesablarln mövcudluğundan xəbər verir.

“Çünki İsrailə hərbi yardım məsələsi son illərdə ABŞ daxilində təkcə xarici siyasət müzakirəsi deyil, həm də cəmiyyətin müxtəlif siyasi qrupları arasında fikir ayrılıqlarının dərinləşdiyi mövzulardan birinə çevrilib.

Əvvəllər İsrailə maliyyə və hərbi dəstək Vaşinqtonda, xüsusilə Konqresin hər iki partiyasında geniş siyasi konsensusla qarşılanırdı, lakin Qəzza müharibəsindən sonra bu konsensus əvvəlki səviyyədə deyil.

Demokratların mütərəqqi qanadı İsrailə hərbi yardımın davam etdirilməsini daha açıq şəkildə tənqid edir.

Eyni zamanda, Respublikaçılar Partiyasının daxilində də Amerikanın xarici ölkələrin müdafiəsinə milyardlarla dollar vəsait ayırmasına qarşı çıxan siyasi çevrələr mövcuddur.

Məhz bu baxımdan, mən hesab edirəm ki, Trampın bəyanatı Amerika cəmiyyətində mövcud olan iki fərqli siyasi auditoriyaya ünvanlanmış mesaj xarakteri daşıyır.

Tramp bir tərəfdən, ABŞ-ın xarici siyasətində milli maraqların və maliyyə məsuliyyətinin ön plana çəkildiyini göstərir, digər tərəfdən isə İsrailə dəstəyin ABŞ-ın daxili siyasi mübarizəsində respublikaçılar üçün əlavə mübahisə predmetinə çevrilməsinin qarşısını almağa çalışır.

Trampın özü də bəyanatında İsrailə ayrılan maliyyə yardımının Demokrat namizədlər tərəfindən respublikaçılara qarşı siyasi arqument kimi istifadə edilməsinə diqqət çəkib. Bu, açıqlamanın seçki kontekstindən kənar olmadığını göstərən mühüm məqamdır.

Mənə görə, burada başqa bir mühüm faktor Respublikaçılar Partiyasının öz elektoratı daxilində mövcud olan ziddiyyətlərdir.

Trampın ənənəvi tərəfdarlarının bir hissəsi İsraillə strateji müttəfiqliyin və hərbi əməkdaşlığın qorunmasını vacib hesab edir.

Digər hissəsi isə Amerikanın daxili iqtisadi və sosial problemləri olduğu halda xarici ölkələrə böyük maliyyə vəsaitlərinin ayrılmasını sual altına alır.

Beləliklə, Trampın bəyanatı bu iki yanaşma arasında siyasi balans yaratmaq cəhdi kimi də qiymətləndirirəm.

Xüsusilə diqqətçəkən məqam onun Miçiqan ştatında Demokrat namizəd Abdul El-Sayedin adını çəkməsidir.

Bu, İsrailə hərbi yardım məsələsinin konkret seçki dairələrində və seçici qrupları arasında siyasi əhəmiyyət daşıdığını göstərir”.

Y.Hacıyeva vurğuladı ki, Miçiqan kimi ərəb-amerikalı və müsəlman seçicilərin nəzərəçarpan siyasi iştirakının olduğu ştatlarda Qəzza müharibəsi və Vaşinqtonun İsrailə münasibəti seçki müzakirələrinin mühüm mövzularından birinə çevrilib.

“Bu baxımdan, seçki günü verilən bəyanatın həm respublikaçı elektorata, həm də İsrail siyasətinə münasibətdə narazılığı olan seçici qruplarına ünvanlandığını düşünürəm. Bununla belə, bəyanatın seçkilərin nəticələrinə konkret təsir göstərdiyini iddia etmək üçün ayrıca faktoloji əsas lazımdır.

Məsələnin digər tərəfi isə ABŞ–İsrail strateji münasibətlərinin gələcək modelidir.

ABŞ-ın İsrailə hərbi yardımı sadəcə maliyyə dəstəyi deyil. Bu yardım iki ölkənin müdafiə sənayesini, hərbi texnologiyalarını, silah təchizatını və təhlükəsizlik sistemlərini bir-birinə bağlayan uzunmüddətli mexanizmin tərkib hissəsidir.

2019–2028-ci illəri əhatə edən razılaşmaya əsasən, ABŞ İsrailə ümumilikdə 38 milyard dollar hərbi yardım ayırmağı öhdəsinə götürüb. Bu məbləğ illik orta hesabla 3,8 milyard dollardır.

Ona görə də Trampın açıqlamasını ABŞ-ın İsraillə strateji tərəfdaşlıqdan imtina etməsi kimi qiymətləndirməzdim. Əksinə, burada münasibətlərin maliyyələşmə modelinin dəyişdirilməsi ehtimalı daha çox diqqət çəkir.

Trampın İsrailə silah satışının davam etdiriləcəyini bildirməsi də bu baxımdan əhəmiyyətlidir.

Yəni Vaşinqton birbaşa maliyyə yardımını azaltmaqla yanaşı, silah ticarətini, müdafiə texnologiyaları sahəsində əməkdaşlığı və təhlükəsizlik tərəfdaşlığını qorumağa çalışır.

Mənim fikrimcə, burada əsas strateji məqsəd İsraillə münasibətləri zəiflətmədən həmin münasibətlərin maliyyə yükünü yenidən bölüşdürməkdir.

Başqa sözlə, ABŞ İsrailin təhlükəsizliyinə siyasi və texnoloji dəstəyini saxlamaqla birbaşa maliyyə yardımının yaratdığı daxili siyasi və ictimai narazılığı azaltmağa çalışa bilər”.

Y.Hacıyeva vurğuladı ki, İsrailin təhlükəsizlik sistemi baxımından isə bu qərarın mümkün nəticələri baxımdan ABŞ yardımı İsrailin hərbi aviasiyasının, raketdən müdafiə sistemlərinin, hərbi təchizatının və uzunmüddətli müdafiə planlaşdırmasının mühüm maliyyə mənbələrindən biridir.

“Xüsusilə İranla qarşıdurma risklərinin, regional hərbi gərginliyin və çoxistiqamətli təhlükəsizlik təhdidlərinin mövcud olduğu bir şəraitdə bu maliyyələşmənin dəyişdirilməsi İsrail üçün əlavə planlaşdırma zərurəti yarada bilər.

Bununla belə, İsrailin kifayət qədər inkişaf etmiş müdafiə sənayesi və yüksək texnoloji imkanları var.

Bu səbəbdən yardımın azaldılması avtomatik olaraq İsrailin müdafiə qabiliyyətinin zəifləməsi demək deyil. Lakin maliyyə yardımının dayandırılması ilə silah satışının davam etməsi arasında fərq var. Silahın kommersiya əsasında alınması onun ABŞ tərəfindən maliyyələşdirilməsi ilə eyni mexanizm deyil. Bu dəyişiklik İsrailin müdafiə xərclərinin strukturuna təsir göstərə bilər.

Burada Netanyahu amilinə də diqqət yetirmək lazımdır. Tramp bəyanatında bu məsələnin İsrailin Baş naziri Benyamin Netanyahu ilə razılaşdırıldığını bildirib. Netanyahu da əvvəllər İsrailin ABŞ-dan birbaşa hərbi maliyyə asılılığını mərhələli şəkildə azaltmaq niyyətindən danışıb.

Mənə görə, bu məqam ABŞ və İsrail arasında münasibətlərin gələcək istiqamətini anlamaq baxımından vacibdir. İsrail bir tərəfdən öz müdafiə sənayesini və hərbi istehsal imkanlarını gücləndirməyə, digər tərəfdən isə ABŞ-la texnoloji, kəşfiyyat və təhlükəsizlik əməkdaşlığını qorumağa çalışa bilər. Beləliklə, maliyyə yardımından daha çox qarşılıqlı strateji maraqlara əsaslanan münasibətlər modelinə keçid gündəmə gələ bilər.

Bu isə təkcə ABŞ–İsrail münasibətlərinin deyil, bütövlükdə Yaxın Şərqdə təhlükəsizlik və güc balansının gələcək konfiqurasiyasına təsir göstərə biləcək prosesdir”-deyə Y.Hacıyeva vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

03.11.2026 / 21:41
Zelenski ABŞ-a şərt qoydu - "Patriot" verin, əvəzində istədiyinizi edim...

03.11.2026 / 21:25
Azərbaycanla saziş və TRIPP mövzusunda İrəvandan mühüm gedişlər başlayır...

03.11.2026 / 21:07
Paşinyan Zəngəzur dəhlizində layihələndirmə işlərinə başladı

03.11.2026 / 20:49
Tramp məğlub olduğu(?) Konqresə qarşı şantaj planları hazırlayıb... "cənab Veto"

03.11.2026 / 20:31
İrandan Azərbaycana kütləvi silah ixracı təhlükəsi var...

03.11.2026 / 20:14
Rusiyanı TDT-yə qatırlar, Azərbaycan və Türkiyənin hələ xəbəri yoxdur...

03.11.2026 / 19:59
Paşinyan konstitusiya ilə bağlı Azərbaycana “sual mesajı” göndərdi...

03.11.2026 / 19:45
Ərdoğanın müşaviri Azərbaycana qarşı böhtançı ittihamına görə üzr istəməyəcək...

03.11.2026 / 19:33
Apple, Netflix, OpenAI və TikTok Azərbaycana vergi ödəyəcək - TAM SİYAHI

03.11.2026 / 19:20
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı “arzuolunmaz şəxs” elan edildi - SİYAHI

03.11.2026 / 19:05
Əziz Ələkbərli yaradıcılığında Qərbi Azərbaycanın maddi mədəniyyəti və memarlıq irsi

03.11.2026 / 18:45
Kreml hakimiyyətində Azərbaycandan xəbərsiz (?) plan müzakirə olunur...

03.11.2026 / 18:29
Postmüharibə dövrünün reallıqları və milli ideologiya: Klassik azərbaycançılıqdan neoazərbaycançılığa - Mübariz Ağalarlı yazır

03.11.2026 / 18:19
Bankların arasında şübhəli əməliyyatlara start verildi...

03.11.2026 / 18:10
"Azərbaycanın qələbəsini yalnız dronlarla izah etmək düzgün deyil" – Mətbuat Şurasının sədri

03.11.2026 / 18:06
AK Parti hökuməti İlham Əliyevin adından uydurulan media-şəbəkə xəbərlərini niyə susdurmur...

03.11.2026 / 17:50
Makron başını itirmək həddinə yetişdi...

03.11.2026 / 17:47
Neft kəskin bahalaşdıqca SOCAR da sakit dayanmır...

03.11.2026 / 17:41
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib

03.11.2026 / 17:30
Polşa hakimiyyətində qarşıdurma kəskinləşir - xarici müdaxilə riski var...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ