Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

Image


Ermənistan niyə yeni konstitusiya qəbul etmək istəyir?

Ermənistanda Azərbaycanla sülh prosesi ətrafında siyasi qarşıdurma yenidən kəskinləşib. Müxalifət hakimiyyəti Bakı ilə münasibətlərdə güzəştlərə getməkdə, xüsusilə TRIPP marşrutu, ərazi məsələləri və Konstitusiya dəyişiklikləri ilə bağlı tələbləri qəbul etməyə hazırlaşmaqda ittiham edir. "Güclü Ermənistan" partiyasının lideri Samvel Karapetyanın tərəfdarları isə hesab edirlər ki, Azərbaycanla sülh müqaviləsi imzalanmadan belə addımların atılması yolverilməzdir. Müxalifətin bu mövqeyi Ermənistanda sülh gündəliyi ətrafında fikir ayrılıqlarının dərinləşdiyini və məsələnin daxili siyasi mübarizənin əsas alətlərindən birinə çevrildiyini göstərir.

Azərbaycan doğrudanmı Ermənistandan mövcud Konstitusiyaya dəyişiklik etməyi deyil, tamamilə yeni əsas qanun qəbul etməyi tələb edir? Əslində yeni əsas qanun yazmaq kimə və nəyə xidmət edir?

Məsələyə hüquqi və siyasi baxımdan yanaşdıqda, burada iki fərqli məqamı bir-birindən ayırmaq lazımdır: Azərbaycanın Ermənistandan tələb etdiyi konstitusiya dəyişikliyi və Ermənistan hakimiyyətinin yeni konstitusiya qəbul etmək təşəbbüsü.

Azərbaycanın əsas narahatlığı Ermənistanın hazırkı Konstitusiyasının preambulasında 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın yer almasıdır. 1989-cu ildə qəbul edilmiş həmin bəyannamədə isə Ermənistan SSR ilə Dağlıq Qarabağın birləşdirilməsi barədə iddia mövcuddur. Rəsmi Bakı bunu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dolayı ərazi iddiası kimi qiymətləndirir. Azərbaycanın mövqeyinə görə, iki ölkə arasında uzunmüddətli və hüquqi baxımdan etibarlı sülhün qurulması üçün Ermənistanın əsas qanununda bu cür iddialara hüquqi zəmin yarada biləcək müddəalar aradan qaldırılmalıdır.

Burada mühüm bir detal var: Azərbaycan tərəfinin tələbinin mahiyyəti mütləq şəkildə Ermənistanın bütün Konstitusiyasını dəyişdirmək və ya onun siyasi idarəçilik sistemini yenidən qurmaq deyil. Əsas məsələ Azərbaycan ərazilərinə qarşı iddia irəli sürüən konstitusion müddəanın aradan qaldırılmasıdır. Bunun üçün Konstitusiyaya müvafiq dəyişiklik edilməsi də, yeni əsas qanunun qəbul edilməsi də hüquqi baxımdan mümkün variantlar kimi müzakirə olunur. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də 2026-cı ilin iyulunda məsələ ilə bağlı konstitusiya dəyişikliyi və ya başqa hüquqi mexanizmlə bu iddiaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. Hətta Ermənistan parlamentinin 3/2 səs çoxluğu ilə referendum keçirmədən də bu məsələni həll etmək olar. Lakin parlamentdə Paşinyanın bu qədər mandatı yoxdur.

Bəs onda niyə Ermənistan hakimiyyəti yalnız müvafiq maddəni dəyişməklə kifayətlənmək əvəzinə tamamilə yeni konstitusiya hazırlayır?

Bunun bir neçə səbəbi var. İlk növbədə, Nikol Paşinyan hakimiyyəti yeni konstitusiya məsələsini təkcə Azərbaycanla sülh danışıqları kontekstində deyil, həm də ölkənin daxili siyasi və hüquqi sisteminin yenilənməsi kimi təqdim edir. Paşinyanın bildirdiyinə görə, yeni əsas qanunun hazırlanması onun hakimiyyətinin əvvəlki siyasi proqramlarında da nəzərdə tutulub və bu təşəbbüs yalnız Azərbaycanın tələblərindən qaynaqlanmır.

Ancaq burada siyasi məqam da kifayət qədər əhəmiyyətlidir. Ermənistanın hazırkı Konstitusiyasında Müstəqillik Bəyannaməsinə edilən istinadın aradan qaldırılması hakimiyyət üçün siyasi baxımdan çətin qərardır. Çünki Ermənistan cəmiyyətində bu sənəd dövlətçilik tarixinin və Qarabağ məsələsi ilə bağlı əvvəlki siyasi yanaşmanın mühüm elementlərindən biri hesab olunur. Həmin istinadın sadəcə dəyişdirilməsi belə müxalifət tərəfindən milli maraqlardan geri çəkilmək kimi təqdim edilə bilər. Tamamilə yeni konstitusiya qəbul edilməsi isə hakimiyyətə məsələni daha geniş islahat və dövlət quruculuğu çərçivəsində təqdim etmək imkanı verir.

Digər tərəfdən, yeni konstitusiya hakimiyyətə dövlət idarəçiliyinin müxtəlif sahələrində dəyişikliklər aparmaq, hakimiyyət qolları arasında səlahiyyət bölgüsünü yenidən nəzərdən keçirmək və siyasi sistemin gələcək fəaliyyətini müəyyənləşdirmək imkanı yaradır. Yəni bu proses yalnız Azərbaycanla münasibətlərə aid məsələ deyil, Ermənistanın gələcək siyasi arxitekturasına da təsir edə bilər.

Lakin yeni konstitusiyanın qəbul edilməsi Paşinyan hakimiyyəti üçün də ciddi siyasi risklər daşıyır. Çünki müxalifət bu prosesi Azərbaycanın təzyiqi altında atılan addım kimi təqdim edir. Xüsusilə Samvel Karapetyanın rəhbərlik etdiyi siyasi qüvvələr hesab edirlər ki, sülh müqaviləsi tam imzalanmadan Ermənistanın konstitusion dəyişikliklərə getməsi ölkənin danışıqlardakı mövqeyini zəiflədə bilər. Onların fikrincə, Bakı bu məsələ həll edildikdən sonra yeni tələblər irəli sürə bilər. Bu arqumentlər Ermənistan daxilində sülh gündəliyinin siyasi mübarizə predmetinə çevrildiyini göstərir.

Məsələnin başqa bir tərəfi də var. Ermənistan yeni konstitusiya qəbul etməklə Azərbaycanın bütün gələcək tələblərinin avtomatik qarşılanacağına təminat vermir. Burada əsas məsələ yeni əsas qanunun məzmunudur. Əgər yeni konstitusiyada Azərbaycanın ərazi bütövlüyünə qarşı iddia irəli sürən müddəalar aradan qaldırılarsa, bu, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması qarşısındakı əsas maneələrdən birini aradan qaldıra bilər. Ancaq bu, iki ölkə arasında bütün problemlərin həll edilməsi demək deyil. Sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması, qarşılıqlı etimad və digər məsələlər də öz həllini tapmalıdır.

Məncə, burada əsas diqqət yetirilməli məqam budur ki, yeni konstitusiya nə Azərbaycanın Ermənistanın daxili siyasi sistemini müəyyənləşdirməsi, nə də Ermənistan hakimiyyətinin öz siyasi maraqlarına uyğun sənəd hazırlaması vasitəsinə çevrilməlidir. Sülhün davamlı olması üçün hər iki ölkənin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn prinsiplərinə hörmət edilməlidir. Azərbaycanın narahatlığı da məhz bu hüquqi təminatın yaradılması ilə bağlıdır.

Nəticə etibarilə, yeni konstitusiya qəbul etmək qərarı Ermənistanın suveren hüququdur. Lakin Ermənistan bu qərarı verərkən qonşu dövlətə qarşı ərazi iddialarını öz əsas qanununda saxlamamalıdır. Eyni zamanda, Bakı ilə İrəvan arasında əldə olunmuş sülh razılaşmalarının həyata keçirilməsi üçün hər iki tərəfin üzərinə düşən öhdəliklər aydın və qarşılıqlı olmalıdır. Sülh yalnız bir tərəfin güzəştləri üzərində deyil, qarşılıqlı hüquqi təminatlar əsasında qurulmalıdır.

Akif NƏSİRLİ



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ