Türkiyənin sabiq ailə və sosial xidmətlər naziri, AK Partiyanın (AKP) sabiq başqan müavini Fatma Betül Sayan Kaya həbs edilib. Kaya İstanbul Baş Prokurorluğunun maliyyə bazarlarında həyata keçirilən əməliyyatlarla bağlı apardığı fond istintaqı çərçivəsində saxlanılıb.
Türkiyə mediası yazır ki, İstanbul Baş Prokurorluğu, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaq Bürosu, kapital bazarlarında aparılan əməliyyatlarla bağlı "fond araşdırması" çərçivəsində şübhəli qismində yenidən dindirilmək üçün çağırılan Fatma Betül Sayan Kaya, əri İlyas Kaya və keçmiş Kapital Bazarları İdarə Heyətinin sədri İbrahim Ömər Gönül haqqında qərar verib.
O, ifadəsi alındıqdan sonra “Kapital bazarı haqqında” qanunu pozmaq və "cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaqda” şübhəli bilinərək həbs tələbi ilə növbətçi məhkəməyə göndərilib. Prokurorluq tərəfindən məhkəməyə göndərilən Fatma Betül Sayan Kaya həbs edilib.
Fatma Betül Sayan Kayanın həbs tələbi ilə məhkəməyə göndərildiyini öyrənəndə göz yaşlarına hakim ola bilməyib.
İstintaq çərçivəsində Kayının həyat yoldaşı İlyas Kaya və Türkiyənin sabiq Kapital Bazarları Şurasının (SPK) sədri İbrahim Ömer Gönül barəsində isə məhkəmə nəzarəti tədbirləri tətbiq olunub. Onların ölkədən çıxışına qadağa qoyulub və imza atmaq öhdəliyi müəyyən edilib.
Tahir TAĞIYEV