Cümə günü, 06 noyabr 2026
     

Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

Image


Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılmışdır. (21 oktyabr 2026-cı il)

Azərbaycanın daş dövrünə aid olan Azıx və Tağlar mağaraları Qarabağda ən zəngin arxeoloji abidələrindəndir. Arxeloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə 1968-ci ildə Azıx düşərgəsinin V təbəqəsindən 350-400 min il yaşı olan 18-22 yaşlı qadına məxsus çənə aşkara çıxarılıb. Qafqaz və Yaxın Şərqdə ən qədim tapıtı olan bu çənə sümüyünə görə Azərbaycan ərazisi “Avropanın ən qədim sakinləri” xəritəsinə daxil edilmişdir. Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalı­ğının 700 min ilə yaxın yaşı var.

30 ildən artıq erməni işğalı altında olan bu abidələr Azərbaycan Ordusunun 44 günlük (27 sentyabr 10 noyabr 2020) möhtşəm qələbəsindən sonra işğala məruz qalmış digər ərazilərimiz kimi azad olundu. Bundan sonra Qarabağ Universitetində 19 fevral 2025-ci il tarixdə Azıx Arxeoloji Araşdırma və Analizlər laboratoriyası yaradılmışdır. Laboratoriyanın əsas məqsədi Qarabağın, xüsusilə Azıx, Tağlar və Zar paleolit abidələrindən əldə edilmiş arxeoloji materialları müasir elmi üsullarla tədqiq etmək, mikrosko pik-traseoloji, texno-tipoloji, eksperimental və rəqəmsal analizlər aparmaqdır. Hazırda azərbaycanlı arxeloqları ilə birlikdə xarici mütəxəssilərin iştirakı ilə Azıx və Tağlar mağaralarında tədqiqat işləri davam etdirilir.

Bu ilin avqustun 31 -də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) və Elm və Təhsil Nazirliyinin (ETN) rəhbərliyi və nümayəndələri Qarabağda Azıx mağarasını ziyarət edib, burada beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olmuşlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 oktyabr 2026-cı il tarixli sərəncamı ilə “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılmışdır. Sərancamda qeyd olunur ki, “Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xocavənd rayonu ərazisində yerləşən, ən qədim insan məskənlərindən olan və dünya mədəniyyətinin unikal nümunəsi sayılan Azıx və Tağlar mağara düşərgələrinin tarixi-mədəni irs obyekti kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini, habelə arxeoloji dəyərlərin yerli və beynəlxalq səviyyədə təbliğini təmin etmək məqsədilə...Azərbaycan Respublikasının Xocavənd rayonunda yerləşən Azıx və Tağlar mağara düşərgələrinin ərazisi “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu (bundan sonra – Qoruq) elan edilsin”

Azərbaycan Respublikasının Prezidenti Xocavənd əhalisi görüşündə Azıx mağarası haqqında demişdir: “Bu, dünyanın ən qədim insanının yaşayış yerlərindən biridir, Azərbaycan tarixinə məxsusdur, bizim tarixi sərvətimizdir. Ermənistan bu mağarada qanunsuz olaraq işlər aparmışdır, xaricdən qanunsuz olaraq alimlər gətizdirmişdir. Onlar bu mağaraya, bizim tarixi irsimizə böyük ziyan vurmuşlar. Onlar bu ziyanın hamısını ödəyəcəklər. Onları məcbur edəcəyik.

Azıx mağarasını azərbaycanlı alim aşkarlayıb. Azıx mağarası Azərbaycan ərazisində yerləşir. Bundan sonra azərbaycanlı alimlər və onların dəvəti ilə gələcək xarici alimlər burada qanuni yollarla tədqiqatlar aparacaqlar... Azıx kəndi, bax, oradadır... Biz bu zirvəni qət etmişik. Bütün zirvələri qət edəcəyik. Elə zirvə yoxdur ki, onu biz qət edə bilməyək. Gəlin, bir yerdə deyək: “Azıx Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!”. (15 mart 2021, https://president.az/az/articles/view/50893)

Prezident həmçinin ermənilərin Azıx mağarasına qarşı etdikləri saxtakarlıqlara da münasibət bildirib.

Bəs Azıx mağarası ilə bağlı ermənilər hansı saxtakarlıqları həyata keçiriblər?

Azərbaycanın tarixinin, mədəniyyətinin ermənilər tərəfindən saxtalaşdırılmasına aid çoxlu sayda faktlar mövcud­dur. Lakin Azıx mağarasına aid faktların saxtalaşdırılması fikrimizcə erməni saxtakarlığının acı gülüş doğuran ən yüksək həddidir. Çünki daş dövrünə aid Azıx mağarasında “erməni qadını” axtarıb, tapmağa başqa ad vermək mümkün deyil.

Mağara işğal altında olanda ölkə mətbuatında Azıx mağa­rasında erməni və erməni əsilli ispan arxeoloqlarının arxeoloji tədqiqatlar aparması və buna Azərbaycan vətəndaşlarının etiraz etməsi ilə bağlı yazılara geniş yer verilirdi. Lakin bu zaman bu cür hallara ara – sıra, kampaniya şəkilində etiraz bildirməklə problemi həll etmək mümkün deyildi. Yəni Azərbaycanın bir neçə mütəxəssisinin ölkə mətbuatı və telekanallar vasitəsilə etiraz bildirməsi və bu etirazı yalnız özümüz deyib, özümüz eşitmə­yimiz bizə heç nə vermirdi. Bu cür üsullarla ermənilərin öz bəd əməllərindən çəkinəcəyinə inanmaq sadəlövhlükdən başqa bir şey deyildi. Bu cür təxribatların qarşısını almaq üçün rəsmi şəkildə münasibət bildirmək, benəlxalq təşkilatları prosesə cəlb etmək, ən əsası isə ölkəmizin ərazi bütövlüyünü bərpa etmək lazım idi.

Azərbaycanın Dağlıq Qarabağ ərazisində yerləşən Azıx mağarası ilə bağlı erməni təxribatları hələ XIX əsrin sonlarından başlamış və sovet dövründə, xüsusilə SSRİ – nin süqutu ərəfəsi milətlərarası münasibətlər gərginləşən zaman daha kəskin şəkildə həyata keçirilmişdir.

Erməni saxtalaşdıcıları keçən əsrin 60-cı illərində “Azıx” mağarasında tapılan alt çənə sümüyünün 350-400 il deyil, 100 min il yaşı olmasını iddia etsələr də, xarici elmi labarotoriyalarda aparılan tədqiqatlar onların bu fikrinin yalan olduğunu sübut etdi.

Azərbaycan Dövlət Universiteti Tarix fakultəsinin əyani şöbəsində təhsil alarkən məşhur arxeoloq Məmmədəli Hüsey­novun rəhbərliyi ilə Azıx mağarasında tələbə kimi 1972-ci ilin iyul ayında təcrübə keç­mişdik. Tələbə yoldaşlarımızla birlikdə mağaranın yaxınlı­ğında olan Tuğ kəndindəki məktəbin binasında yaşayır və hər gün əl fənərləri ilə mağaranın salonlarına girərək tədqiqat işləri aparırdıq. Sonradan bu mağarada heç zaman olmamış erməni saxtalaşdırıcılarının mağara haqqında yazdıqlarını oxuduqda hamı kimi biz də təəccüblənməyə bilməzdik. Çünki bu yazılarda deyilənlər cəfəngiyyatdan başqa bir şey deyildir.

Məmmədəli Hüseynov “Ədəbiyyat və incəsənət” qəze­tinin 22 dekabr 1989 – cu il sayındakı “Böhtanlar və həqi­qətlər: Azıx mağarası və elmi mənbələrə saxta münasibətlər” adlı məqaləsində erməni saxtakarlığını elmi şəkildə, faktlarla ifşa etmişdir.

Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun Paleolit Arxeoloji ekspediyası 1960-cı ildə Füzuli, Hadrut və Cəbrayıl rayonlarında arxeoloji axtarış işləri apararkən Azıx mağarasını qeydə almışlar. Həmin vaxtan etibarən ardıcıl 25 il mağarada qazıntı işləri aparılmışdır. Ekspedisiyada iştirak edən 20 nəfər tədqiqatçıdan 8 nəfəri Moskva, qalanları isə Azər­baycan mütəxxəssisləri olmuşlar. Bunlardan D. V. Hacıyev, M. Hüseynov, Ə. V. Məmmədov, A. A. Veliçko, N. Şirinov, Ə. Cəfərov, M. Süleymanov, K. Əliyev və başqalarının adlarını çəkmək olar. Mağaradan əldə olunmuş nadir tapıntılar Moskva, Leninqrad, Kiyev, Tbilisi və hətta Avropa, Amerika, hind alimlərinin də diqqət mərkəzində olmuşdur.

Azıx mağarası ilə bağlı saxta fikirlər yayan ermənilərin əksəriyyəti bu sahənin mütəxxəssisi deyillər. Onlardan biri arıçı, digəri muzey işçisi, o birsi isə yazıçıdır.

Arıçı Suren Osipyan Moskvada nəşr olunan “Pçelo­vodstva” jurnalının 1974-ci il tarixli 1-ci sayında yazdığı məqaləsində qeyd edir ki, guya mağarada üstündə quş və bal arısı rəsmi olan müxtəlif böyüklükdə və formada gildən hazırlanmış küp qablar üzə çıxarılmışdır. Mağarada 300 min il bundan əvvəl yaşamış neandertal adamlar vəhşi arılardan bal tutmaqla məşğul olmuşlar. Qaya üzərində üstündə arı olan bal pətəyi rəsmi və ibtidai insanların bal əldə etmək üçün ov rəsmləri də göstərilmişdir. Müəllif yaxşı bilirdi ki, yazdığı bu yalanın üstünü açmaq oxucu üçün, xüsusilə də rusiyalı oxucusu üçün praktik cəhətdən mümkün deyil. Ona görə də həmin yazıda müəllif daha böyük yalanlara əl atır ki, bu da müsəlman əhaliyə, xüsusilə də azərbaycanlılara qarşı təxribatdan başqa bir şey deyil. Osipyan yazır: “Orta əsrlərdə Dağlıq Qarabağda, xüsu­silə Qanzasar monastrında müdafiə və hücum məqsədilə xüsusi yerlərdə hərbiləşdirilmiş arılar saxlayırlarmışlar. Ərəblər, iranlılar, türklər, monqollar buraya hücum edərkən həmin vəhşi arıları dağın başından düşmənin üstünə buraxır­mışlar”.

Bu cür yazılar ermənilərin Qarabağda yerli, azərbay­canlıların isə gəlmə əhali olması haqqında cəfəng fikirləri oxu­cuların beyninə yeritmək məqsədilə çap olunurdu ki, Sovet döv­ləti də bu cür cəfəngiyyatların yayılmasına yaşıl işıq yandırırdı.

Şaqen Mkrtıçyanın “İstoriko arxitekturnıe pamyatniki Naqornoqo Karabaxa” adlı kitabında da eyni məzmunlu saxtakarlığa rast gəlmək olar. O, heç bir elmi əsas olmadan yazır ki, “Azıx mağarasında aşel dövrünə aid erməni qadınının heykəli indiyə qədər qorunub saxlanmışdır.” Mütəxxəssislər bu fikirlərin ağ yalan olduğunu bilsələr də, sadəlövh oxucular, xüsusilə də başqa millətlərdən olan oxucular bütün bunların yalan olmasından əksər halda xəbərsiz olurlar.

Bu cür üzdəniraq “mütəxxəssislər” öz uydurmaları ilə uzun illər Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qara­bağda separatçılıq üçün ideoloji baza hazırlamışlar.

Erməni müəlliflərinin yazdıqları bəzi saxta fikirlər Azərbaycan oxucusunda acı gülüş doğursa da, yaddan çıxarmaq lazım deyil ki, ermənilər məhz bu üsullarla bütün dünyada daim öz təbliğatlarını qurmuş və indi də bu yaramazlıqlarını davam etdirirlər.

Bütün bu deyilənlərdən belə nəticə çıxarmaq olar ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə qəhrəman ordumuz Azıx və Tağlar mağarasında elmi tədqiqat işlərinin davam etdirilməsi üçün münbit şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradılması bu işlərin həyata keçirilməsində, erməni saxtakarlığının ifşa olunmasında mühüm əhəmiyyətə malikdir.

Məhərrəm Zülfüqarlı
t.ü.e.d., professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ