Cümə axşamı günü, 05 noyabr 2026
     

Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

Image


Akif Nağı: “Mən hesab edirəm ki, ilk növbədə İngiltərə kralı III Çarlz üzr istəməlidir”

Böyük Britaniya kralı transatlantik kölə ticarətinə görə üzr istəməkdən imtina edib. Böyük Britaniya kralı III Çarlzın Antiqua və Barbudada keçirilən Birlik Sammitində kölə ticarəti ilə bağlı səsləndirdiyi fikirlər dünya ictimaiyyətinin diqqətini yenidən tarixi ədalət məsələsinə yönəldib. Kral transatlantik kölə ticarətini tarixin utancverici fəsli adlandırıb, bu hadisələrin onda dəhşət və dərin kədər doğurduğunu bildirib. Lakin bütün təzyiqlərə baxmayaraq, Britaniyanın kölə ticarətindəki iştirakına görə rəsmi üzr istəməyib.

Britaniyanın transatlantik kölə ticarətində iştirakı tarixi faktdır. Bu ticarət imperiyanın iqtisadi yüksəlişində mühüm rol oynayıb, milyonlarla afrikalının həyatını, ailəsini və azadlığını əlindən alıb. Köləlikdən əldə olunan sərvətlər isə təkcə keçmişdə qalmayıb, müəyyən mənada bu gün də iqtisadi və sosial münasibətlərə təsir göstərir.

Britaniya monarxiyasının üzr istəməkdən yayınmasının arxasında siyasi və hüquqi amillər dayanır. III Çarlz konstitusiyalı monarxdır və ölkənin hökumət siyasətini müstəqil şəkildə müəyyənləşdirmir. Rəsmi dövlət üzrü və təzminat məsələləri kraldan daha çox Britaniya hökumətinin səlahiyyətləri və siyasi qərarları ilə bağlıdır.

Bununla belə, monarxiyanın tarixi nüfuzu və keçmiş imperiya ilə əlaqələri nəzərə alınarsa, kralın mövqeyi simvolik baxımdan son dərəcə əhəmiyyətlidir.

Burada başqa bir məsələ də var: Üzr istəmək tarixi məsuliyyətin qəbul edilməsi deməkdir. Təzminat və reparasiya tələblərinin müzakirəsi isə bu məsuliyyətin konkret siyasi və iqtisadi nəticələr doğura biləcəyi anlamına gəlir.

Britaniya hökuməti tarixi məsuliyyətin qəbul edilməsinin avtomatik olaraq maliyyə təzminatı öhdəliyi yaratmasını istəmir. Karib ölkələrinin nümayəndələri isə bildirirlər ki, sadəcə kədər ifadə etmək və gələcəyə dair əməkdaşlıq vədləri vermək ədalətin bərpası üçün kifayət deyil.

Kral bəyan edib ki, buna görə Böyük Britaniyanın baş naziri üzr istəməlidir.

“Baş nazir bunu edə bilər, lakin reparasiyaların ödənilməsi məsələsi gündəmdə deyil.”

Bu Britaniya ilə Afrika və Karib hövzəsi ölkələri arasında tarixi qul ticarətinə görə məsuliyyət və kompensasiya mübahisəsinin yenidən gündəmə gətirir.

İngiltərənin Baş naziri Endi Börnham isə Britaniya hökumətinin rəsmi üzr istəməsi ehtimalına açıq olduğunu bildirib, lakin maliyyə reparasiyalarını rədd edib.

Karib ölkələri tarixi ədalətsizliyin aradan qaldırılması üçün üzr istənilməsi ilə yanaşı, maddi kompensasiya, borcların silinməsi və inkişaf dəstəyi tələb edirlər.

5 noyabr 2026-cı il tarixli son məlumata görə, Britaniya hökuməti qul ticarətinin tarixi nəticələrini müzakirə etmək üçün zərər çəkmiş ölkələrlə strukturlaşdırılmış dialoqa razılıq verib. Bununla belə, reparasiyalar məsələsində mövqeyini dəyişməyib.

Beləliklə, Britaniya tarixi məsuliyyətin müzakirəsinə hazır olduğunu göstərir, amma bu məsuliyyətin maliyyə öhdəliyinə çevrilməsinə qarşı çıxır.

Qul ticarətinə görə, İngiltərə kralı, yoxsa baş nazir üzr istəməlidir?

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı baki-xeber.com-a bildirdi ki, qul ticarəti bəşəriyyət tarixinin ən utancverici, ən rüsvayçı səhifələrindən biridir. “İnsanların öz həmcinslərini alıb-satması, onları azadlıqdan məhrum edərək əmtəəyə çevirməsi insanlığın adına yazılmış ağır bir ləkədir.

Bəşər cəmiyyəti tarixən müxtəlif inkişaf mərhələlərindən keçib. İbtidai icma quruluşundan quldarlıq dövrünə qədər olan mərhələləri tarixi prosesin bir hissəsi kimi müəyyən qədər anlamaq mümkündür. Lakin insan cəmiyyətinin inkişaf etdiyi, azadlıq və hüquq ideyalarının formalaşdığı son əsrlərdə quldarlığın davam etməsi, onun qalıqlarının uzun müddət qorunub saxlanılması artıq izahı çətin olan bir mənəvi və siyasi problemdir.

Xüsusilə İngiltərə və Amerika Birləşmiş Ştatlarının tarixində qul ticarəti və irqi ayrı-seçkilik ağır izlər buraxıb. XIX əsrdə ABŞ-da quldarlığın ləğvi uğrunda böyük mübarizə aparıldı. Prezident Avraam Linkoln bu mübarizənin əsas siyasi simalarından biri oldu. Quldarlığın ləğvi istiqamətində atdığı addımlar və ölkədəki dərin siyasi qarşıdurma fonunda o, sui-qəsd nəticəsində həyatını itirdi.

Ancaq quldarlığın hüquqi baxımdan ləğv edilməsi bütün problemlərin aradan qalxması demək deyildi. ABŞ-da afroamerikalılara qarşı ayrı-seçkilik, irqi diskriminasiya və hüquqların məhdudlaşdırılması XX əsrin ortalarına, xüsusilə 1960-cı illərin və sonrakı dövrün vətəndaş hüquqları mübarizəsinə qədər ciddi şəkildə davam etdi. Bu fakt göstərir ki, quldarlıq yalnız hüquqi institut deyil, həm də cəmiyyətlərin düşüncəsində uzun müddət yaşayan bir mirasdır”.

A.Nağı vurğuladı ki, İngiltərənin də bu tarix qarşısında ciddi məsuliyyəti var. O, bildirdi ki, Britaniya imperiyası qul ticarətində və müstəmləkəçilik sistemində mühüm rol oynayıb. “Afrikadan zorla aparılan insanlar Amerika qitəsində və digər müstəmləkə ərazilərində ağır istismara məruz qalıblar. Onlara insan kimi deyil, mülkiyyət kimi yanaşılıb, ləyaqətləri tapdalanıb, həyatları və azadlıqları əlindən alınıb.

Bu, sadəcə keçmişdə baş vermiş iqtisadi fəaliyyət deyil, insanlığa qarşı yönəlmiş mənəvi və tarixi cinayətdir.

Bu gün İngiltərə, Fransa və digər keçmiş müstəmləkəçi dövlətlər özlərini dünyanın aparıcı, demokratik və yüksək inkişaf etmiş ölkələri kimi təqdim edirlər. Lakin onların tarixi keçmişi də bu günün siyasi və mənəvi məsuliyyətindən ayrı deyil. Tarixi cinayətləri etiraf etmək, həmin hadisələrin qurbanlarının xatirəsinə ehtiram göstərmək və mümkün nəticələri ilə üzləşmək müasir dövlətlərin mənəvi borcudur.

Burada əsas məsələ yalnız baş nazirin və ya hökumətin üzr istəməsi deyil. Mən hesab edirəm ki, ilk növbədə İngiltərə kralı III Çarlz üzr istəməlidir.

Nəyə görə?

Çünki Britaniya monarxiyası əsrlər boyu dövlətin siyasi və tarixi sisteminin mühüm bir hissəsi olub. Kral hakimiyyətinin müxtəlif dövrlərdə fərqli səlahiyyətlərə malik olması, monarxiyanın bu gün əsasən konstitusion və simvolik xarakter daşıması tarixi məsuliyyət məsələsini aradan qaldırmır.

Bu gün də Britaniyada kralın müəyyən konstitusion funksiyaları mövcuddur. Baş nazirin təyin olunması, hökumətin formalaşdırılması ilə bağlı prosedurlarda monarxın iştirakı onun dövlət institutları sistemindəki yerini göstərir.

Əgər monarxiya dövlətin tarixi və siyasi kimliyinin bir hissəsi kimi qorunub saxlanılırsa, onda həmin tarixdə baş vermiş ağır cinayətlərin mənəvi məsuliyyətindən də tamamilə kənarda qala bilməz.

Əlbəttə, keçmişdə baş vermiş hadisələrə görə bugünkü kralı və ya baş naziri fərdi şəkildə cinayət məsuliyyətinə cəlb etmək düzgün yanaşma olmazdı. Söhbət fərdi hüquqi məsuliyyətdən deyil, dövlətin və onun tarixi institutlarının mənəvi məsuliyyətindən gedir”.

A.Nağının fikrincə, məhz buna görə də kralın üzr istəməsi xüsusi əhəmiyyət daşıyardı. A.Nağının sözlərinə görə, Baş nazir və hökumət də öz növbəsində bu məsuliyyəti qəbul etməli, tarixi həqiqətlərlə üzləşməli və konkret addımlar atmalıdır.

“Bəzən monarxiyanın toxunulmazlığı, kralın heç kim qarşısında əyilməməsi kimi ənənələr ön plana çəkilir. Lakin insanlığa qarşı törədilmiş ağır cinayətlərin etirafı zəiflik deyil, əksinə, böyük mənəvi cəsarət və siyasi mədəniyyət nümunəsidir.

Tarixi səhvləri etiraf etmək dövlətin nüfuzunu aşağı salmır. Əksinə, onun mənəvi gücünü artırır. Öz keçmişi ilə dürüst şəkildə üzləşə bilən dövlət daha sağlam gələcək qurmaq imkanına malikdir.

Quldarlıq və qul ticarəti yalnız İngiltərənin deyil, Fransa, ABŞ və digər dövlətlərin də tarixində ağır izlər buraxıb. Buna görə də bu məsələdə hər bir dövlət öz tarixi məsuliyyətini qəbul etməli, qurbanların xatirəsinə ehtiram göstərməli və mümkün bərpaedici tədbirləri müzakirə etməlidir.

Bəşəriyyətin qarşısında ən böyük məsuliyyət keçmişi unutmaq deyil, onun səhvlərindən nəticə çıxarmaqdır”-deyə A.Nağı qeyd etdi.

A.Nağı vurğuladı ki, İngiltərə kralı III Çarlzın qul ticarətinin qurbanları qarşısında üzr istəməsi tarixi ədalət baxımından mühüm addım ola bilərdi. “Baş nazir və hökumət də bu məsuliyyəti bölüşməlidir.

Çünki insanlığa qarşı törədilmiş cinayətlər nə zamanın keçməsi ilə unudulur, nə də dövlətlərin siyasi nüfuzu ilə ört-basdır edilir. Tarix qarşısında məsuliyyət daşımaq, həqiqəti etiraf etmək və qurbanların mənəvi haqqını tanımaq hər bir dövlətin borcudur”-deyə A.Nağı əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdi?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ