Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin TASS-a bildirib ki, KTMT Kollektiv Təhlükəsizlik Şurası gələn həftə Ermənistanın təşkilatdakı səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edə bilər.
"Ermənistan iki ildən çoxdur ki, üzvlük haqqını ödəmir, ona görə də məsələyə yenidən baxılması və üzvlük haqqı ödənilənə qədər üzvlüyünün müvəqqəti olaraq dayandırılması, daha dəqiq desək, səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul edilməsi tamamilə mümkündür. Bu, nizamnamədə, konkret bir maddədə nəzərdə tutulan sırf texniki məsələdir. Bu nəticə mümkündür, amma bu, prezidentin qərarından asılıdır", - deyə o bildirib.
Pankin xatırladıb ki, Rusiya KTMT-yə sədrlik edir və bütün gündəliyə görə məsuliyyət daşıyır.
KTMT Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyası noyabrın 11-də Moskvada keçiriləcək.
Tahir TAĞIYEV