Cümə günü, 06 noyabr 2026
     

Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

Image


Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” təşkil olunub. “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyinin və “Bu gün TV Media Qurumu”nun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə reallaşan layihədə 20 Daun sindromlu yeniyetmə və 20 valideyn iştirak edib. Sosial layihə təbiətə sevgi, inklüzivlik və birlik duyğularını özündə birləşdirib. Festivalın təşkilində əsas məqsəd, ekoloji fəaliyyət, gənclərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq, onların istedadlarını üzə çıxarmaqdı.Tədbirin ən maraqlı və yaddaqalan mərhələlərindən biri yeniyetmələrin quş evcikləri və heyvanlar üçün sığınacaqlar hazırlaması olub. Onlar evcikləri rəngləyərək Mərkəzi Nəbatat Bağına hədiyyə ediblər. Bu təşəbbüs uşaqlarda heyvanlara və quşlara qayğı, təbiətə sevgi, əməyə hörmət kimi dəyərlərin formalaşmasına xidmət edib.Festivalın digər maraqlı və xüsusi diqqət çəkən proqramlarından biri isə yoqa təlimi olub. Yoqaçı Rinat Alimov Daun sindromlu yeniyetmələr üçün bir saatlıq xüsusi təlim keçib.

Meditasiya musiqisinin müşayiəti ilə baş tutan yoqa iştirakçıların maraq və sevincinə səbəb olub. Bu proqram festivalın yalnız ekoloji deyil, həm də fiziki və emosional rifahı dəstəkləyən sosial layihə olduğunu nümayiş etdirib.Tədbirin Bakı Şəhər İcra hakimiyyətinin dəstəyi ilə Mərkəzi Nəbatat Bağında təşkil olunması festivalın ideyası ilə uyğunluq təşkil edib. Payızın rəngləri, təbiətin füsunkar mənzərəsi və açıq havanın yaratdığı xoş atmosfer tədbirin ümumi ruhunu daha da zənginləşdirib. Festivalda yaradıcılıq qabiliyyəti və xüsusi istedadı olan yeniyetmələr üçün şərait yaradılıb. Onların rəsm sərgisi ilə yanaşı, musiqi, rəqs və digər yaradıcı çıxışları tədbirin ən yaddaqalan məqamlarından olub. Gənclərin özünəməxsus enerjiləri və sevinc dolu anları iştirakçılara xoş ovqat bəxş edib.Tədbirdə rəsmi qonaqlar da iştirak edib. Milli Məclisin deputatı Ceyhun Məmmədov çıxış edərək, belə sosial layihələrin gerçəkləşməsini yüksək qiymətləndirdiyini bildirib. Bunun yeniyetmələrin inkişafında mühüm rol oynadığına diqqət çəkib. Təşkilatçılara fəaliyyətlərində uğurlar arzulayıb. “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin rəhbəri Məhluqə Rəhimova çıxışında vurğulayıb ki, sosial məsuliyyət yalnız maddi dəstəklə məhdudlaşmır. Bəzən bir uşağın sevincinə şərik olmaq, onun bacarığına inanmaq, cəmiyyətə inteqrasiyasına şərait yaratmaq ən böyük dəstəkdir. Əməkdar jurnalist, media eksperti Mətanət Ağamirli “Təbiətin Dostları Festivalı”nın əhəmiyyətindən danışıb. Layihədə yaxından iştirak edən valideynlərə və yeniyetmələrə uğurlar arzulayıb. Həssas qrupdan olan istedadlı gənclərin ekoloji fəaliyyətlərə cəlb olunmasını yüksək dəyərləndirib. Daxili İşlər Nazirliyinin sabiq inspektoru Kəmalə Ələkbərova çıxış edib. O, xüsusi qayğıya ehtiyacı olan yeniyetmələrin cəmiyyətə inteqrasiyasında, onların sosial fəallığının artırılmasında və bərabər imkanlarla təmin olunmasında belə festivalların mühüm rol oynadığını vurğulayıb.Sonra çıxış üçün “Təbiətin Dostları Festivalı”nın layihə rəhbəri, “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi ilə “Bu gün tv Media Qurumu”nun təsisçisi, Əməkdar jurnalist Elnarə Dərziyeva səhnəyə dəvət olunub. O, qonaqlara təşəkkürünü bildirdikdən sonra festivalın əsas tərəfdaşlarından olan UAFA Uşaqlara Dəstək təşkilatının Valideyn Birliyinin rəhbəri dəyərli Zəhra Xələfovaya tədbirin təşkilindəki roluna görə minnətdarlığını bildirib. E.Dərziyeva festivalın gənc iştirakçılarının və valideynlərinin əməyini yüksək qiymətləndirirərək, başda Z.Xələfova olmaqla təşkilat adından hazırlanan sertifikatları onlara təqdim edib.

Sonra layihənin reallaşmasında tərəfdaş və dəstəkçilərin rolu qeyd olunub. Elnarə Dərziyeva festivalın əsas sponsorunun “Ziraat Bank Azərbaycan” olduğunu xüsusi vurğulayıb. Sözügedən şirkətin “Təbiətin Dostları Festivalı”na nümunəvi tərəfdaşlıq nümayiş etdirdiyini bildirib. “Onların bu təşəbbüsə verdiyi dəstək yalnız maliyyə dəstəyi deyil, həm də uşaqların sevincinə, təbiətin qorunmasına və daha həssas, daha qayğıkeş cəmiyyət quruculuğuna verilən dəyərli töhfədir” – deyə, E.Dərziyeva əlavə edib. Sonra “Ziraat Bank Azərbaycan”ın Marketinq və Kommunikasiya Departamentinin direktoru Aynur Mirzəyeva səhnəyə dəvət olunub. O, çıxış edərək, belə bir sosial layihədə tərəfdaş olmaqdan məmnunluqlarını ifa edib. “Ziraat Bank Azərbaycan” olaraq, cəmiyyətin rifahına, ekoloji düşüncənin formalaşmasına və həssas qruplardan olan uşaqların, yeniyetmə və gənclərin sosial həyatında fəal iştirakına töhfə verməyin korporativ sosial məsuliyyətdən doğduğunu vurğulayıb. Sonra “Nurlu Sabah” Gənclərə Qayğı İctimai Birliyi və “Bu gün TV Media Qurumu” adından hazırlanan təşəkkürnamə A.Mirzəyevaya təqdim olunub. Dadlı təamları ilə “Təbiətin Dostları Festivalı”na dəstək göstərən “Hacıbəy” restoranının rəhbər heyəti də tədbirdə iştirak edib. Restoranın rəhbəri Qumru Məmmədova və Fateh Əsmərə çıxış üçün söz verilib. Onlara festivala hər zaman tərəfdaş olacaqlarını xüsusi vurğulayıblar. Sonra hər iki şəxsə təşəkkürnamə təqdim olunub.Festivala dəstək göstərən hər zövqə uyğun hədiyyə seçimləri ilə tanınan “Alo hədiyyələr” şirkətinin rəhbəri Rəvan Müşrəfanova və tədbir iştirakçılarına təqdim etdikləri hədiyyələrə görə, “İlğım” MMC-nin kollektivinə minnətdarlıq bildirilib, təşəkkürnamə verilib. Layihə çərçivəsində quş evciklərinin və heyvan sığınacaqlarının hazırlanmasında dəstək göstərən “Qardaşlar” mebel şirkətinə və “Ekosan” boya satışı mağazasına minnətdarlıq bildirilib.

Qeyd edək ki, “AzTekstil” şirkətinin festivala göstərdiyi diqqət və dəstək də bu gözəl təşəbbüsün həyata keçirilməsinə töhfə verib. Geyimlərin hazırlanmasında kömək olan şirkət təşkilat tərəfindən təşəkkürnaməyə layiq görülüb.Sonra festivalın aparıcısı, “Bakısella” şirkətinin direktoru Fidan Orucəliyevaya söz verilib. O, belə bir sosial layihənin aparıcısı olmaqdan məmnunluğunu bildirib. Tədbirdə iştirak edən valideynlərə, gənclərə, layihə rəhbəri Elnarə Dərziyevaya uğurlar arzulayıb. Daha sonra yeni yaratdıqları və rəhbəri olduğu “Bakısella” şirkətinin fəaliyyəti haqqında ümumi məlumat verib. Fidan Orucəliyevanın tədbirdə iştirakı yüksək qiymətləndirilib. O, təşkilat tərəfindən təşəkkürnamə və sertifikatla mükafatlandırılıb.

“Təbiətin Dostları Festivalı”na dəstək göstərən digər özəl qurum və təşkilatlar – Hindistan Respublikasının Azərbaycandakı səfirliyinə, yoqa təlimçisi İlhamə Şirinovaya, maraqlı təlimi ilə festivala rəng qatan yoqaçı Rinat Alimova, Əlil Qadınlar Cəmiyyəti və Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinə, “Günəş” reklam şirkətinə, “Snerjipro” və “Amper” MMC-yə, göstərdikləri dəstəyə görə minnətdarlıq bildirilib.Gənclərin inkişafı, sağlam həyat tərzinin təşviqi və sosial təşəbbüslərin dəstəklənməsi dövlətimizin prioritet istiqamətlərindəndir. Bu istiqamətdə həyata keçirilən layihələrdə Gənclər və İdman Nazirliyinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Təbiətin qorunması, ekoloji maarifləndirmə və inklüziv iştirakçılıq ideyalarını birləşdirən festivalımıza tərəfdaş olduğuna görə, Gənclər və İdman Nazirliyinə minnətdarlıq bildirilib. Nazirliyin Gənclərlə iş şöbəsinin aparıcı məsləhətçisi Zeynəddin Azaqova festivalın təşkilatçıları adından təşəkkürnamə təqdim olunub.Sonra Mərkəzi Nəbatat Bağının direktor müavini Gülşən Cəfərova çıxış edərək, bu gündən etibarən təbiətin dostları elan olunan 40 nəfərlik iştirakçı heyəti – Daun sindromlu yeniyetmələrlə valideynləri təbrik edib. Təşkilatçılara uğurlar arzulayıbSonra Mərkəzi Nəbatat Bağının rəhbərliyi festivalda aktivlik nümayiş etdirən gəncləri də diqqətdə saxlayıb. Onlara hədiyyələr təqdim edib. Layihənin rəhbəri Elnarə Dərziyeva tədbirin keçirilməsi üçün yaratdıqları şəraitə, eyni zamanda, iştirakçıların aktivliyinə və təşkilatçıların əməyinə verilən yüksək qiymətə görə, Gülşən Cəfərovaya və kollektivin digər üzvlərinə dərin minnətdarlığını bildirib. Mərkəzi Nəbatat Bağına təşəkkürnamə təqdim edib.Tədbirin ərsəyə gəlməsində yaxından iştirak edən könüllülər də diqqətdən kənarda qalmayıb. Onlar da təbiətin qorunmasında, mühafizəsində göstərdikləri aktiv iştiraka görə, sertifikatla təltif olunublar.

Eyni zamanda, gəncləri şən mahnılarıyla təbrikə gələn, tədbirin nəğməli qonaqları – müğənni Aynur Qarabağlı ilə saz ifaçısı Orxan Cəfərov da könüllü dəstəyə görə mükafatlandırıblar. Tədbirin təşkilatçısı Elnarə Dərziyeva layihə haqqında ümumi məlumat verib. O, bildirib ki, “Təbiətin Dostları Festivalı” 4 fəsli əhatə edən, təbiəti və sosial məsuliyyəti bir araya gətirən silsilə layihədir. Festivalın hər mərhələsində fərqli sosial qruplardan olan uşaqların, yeniyetmə və gənclərin iştirakı nəzərdə tutulur. Layihənin növbəti mərhələsinin qış fəslində, fevral ayında keçirilməsi planlaşdırılır.““Təbiətin Dostları Festivalı” bir daha göstərdi ki, təbiəti qorumaq üçün hər kəsin edə biləcəyi bir yaxşılıq var. Bir quş evciyi hazırlamaq, bir heyvana sığınacaq yaratmaq, bir uşağın, gəncin sevincinə səbəb olmaq və ona özünü dəyərli hiss etdirmək – bütün bunlar daha gözəl dünyanın qurulmasına atılan addımlardır. Çünki təbiətə sevgi, mərhəmət və insanlıq bir araya gələndə daha sağlam, daha qayğıkeş və daha inklüziv cəmiyyət formalaşır. Şüarımızda da qeyd olunduğu kimi, “Yaşıl dünya, sağlam gələcək naminə”, gəlin, əlimizdən gələni əsirgəməyək” – deyə, E.Dərziyeva tədbiri bu fikirlərlə yekunlaşdırıb.

Sonra “Təbiətin Dostları Festivalı”nda iştirak edən yeniyetmələr tədbirin rəmzi olan 20 sülh göyərçinini qəfəsdən çıxararaq səmaya uçurublar.




DİGƏR XƏBƏRLƏR

Xalq artisti Zaur Rzayev vəfat edib

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ