Macarıstanın Xarici İşlər Nazirliyi Ukraynanın 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir. Macarıstanın xarici işlər naziri Anita Orban Avropa İttifaqına üzvlüyün layiq olmaya əsaslanan proses olması gərəkdiyini bildirib.
“Biz bunu real hesab etmirik. Biz layiq olmaya əsaslanan prosesi qətiyyətlə dəstəkləyirik və mənim fikrimcə, bu məsələdə Litva ilə razılaşırıq” – deyə macar nazir bildirib.
Onun sözlərinə görə, bütün namizəd ölkələr eyni tələblərə cavab verməlidir, bu da Ukrayna üçün istənilən sürətləndirilmiş üzvlük prosesini istisna edir: “Bütün ölkələr bizim keçdiyimiz eyni proseduru keçməlidir. Biz həmçinin sürətləndirilmiş üzvlüyü dəstəkləmirik”.
Eyni zamanda Anita Orban qeyd edib ki, Ukrayna üzvlük prosesində əhəmiyyətli irəliləyiş əldə edib: danışıqların altı klasterindən dördü artıq açılıb. O, bu irəliləyişi qismən Macarıstan və Ukrayna arasında münasibətlərin yaxşılaşması, həmçinin Transkarpatiyada Macarıstan milli azlığının hüquqlarının qorunması haqqında razılaşma ilə əlaqələndirib.
Tahir TAĞIYEV