Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, hazırda Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur.
"İrəvan hazırda faktiki olaraq KTMT-nin işində iştirak etmir" – deyə Peskov bildirib.
O, qeyd edib ki, İrəvan KTMT-yə qoşulmağın məqsədəuyğunluğu ilə bağlı fikirlərini açıq şəkildə bildirib. Kremlin sözçüsü bildirib ki, müəyyən addımlar qanunvericilik sənədlərində göstərilib və sonrakı addımlar təşkilat daxilində müzakirələrdən asılıdır.
Tahir TAĞIYEV