Ermənistanda qarşıdakı günlərdə daha çox yüksək səviyyəli həbslər gözlənilir. Bu barədə "Iravunk" qəzeti məlumata yayıb.
Qeyd edilir ki, bu barədə "Mülki Müqavilə"nin parlamentdəki nümayəndələri arasında söhbətlər dolaşır.
"Gizli hərəkət edən keçmiş oğrular üzə çıxacaq, indi onlar həbsxana barmaqlıqlarının dadını və qoxusunu hiss edəcəklər", - "Mülki Müqavilə"nin nümayəndələri parlamentin divarları arasında sanki bir-birini xoş xəbər münasibətilə təbrik edirmiş kimi sevinirlər", - deyə xəbərdə qeyd edilir.
Tahir TAĞIYEV