Cümə günü, 06 noyabr 2026
     

Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

Image


Rusiyanın bütün cəhdlərinə və təzyiqlərinə baxmayaraq, Ermənistan kompasının istiqamətini Qərbə tuşlamaqda davam edir. Moskva bunu önləmək üçün təsir vasitələrini genişləndirdikcə, Ermənistanın Qərbə üz tutması bir o qədər intensivləşir. Hətta Nikol Paşinyan hakimiyyəti artıq Avropa İttifaqına üzvlük üçün konkret tarix də açıqlayır. Paralel şəkildə Qərblə müxtəlif istiqamətlərdə əməkdaşlıq dərinləşir. Eyni zamanda, Ermənistanda Rusiyanın təsir gücünün azaldılması məqsədilə də konkret addımlar atılır. Rusiya sərhədçilərinin ölkədən çıxarılmasına hazırlıq gedir, Moskvanın Ermənistandakı aktivləri üzərində nəzarətin geri alınması istiqamətində məqsədyönlü işlər görülür. Bir vaxtlar Moskvadan gələn bütün göstərişlərə sözsüz əməl edən Ermənistanın indiki siyasəti Rusiyanın bu ölkəyə münasibətdə səbr kasasını artıq daşdırmaq üzrədir. Elə bu səbəbdən Kremlin Ermənistanla bağlı məsələni birdəfəli həll etmək üçün sözügedən ölkədə də Ukrayna ssenarisini tətbiq etmə ehtimalı yüksəlir, bu xüsusda Moskvadan mütəmadi xəbərdarlıqlar da səslənir.

Qərbdən, xüsusən də Avropa İttifaqından verilən vədlər Ermənistanda Rusiyaya qarşı ənənəvi atmosferi tamam dəyişib. Moskvanın xəbərdarlıqlarına, müxtəlif formada təzyiqlərinə baxmayaraq, Ermənistan himayədarı kimi artıq Rusiyanı yox, Qərbi qəbul etməkdə israrlıdır və bunu konkret fəaliyyəti ilə tədricən reallaşdırır. Hətta baş nazir Nikol Paşinyan bildirib ki, Ermənistan 2027 və ya 2028-ci illərdə rəsmi olaraq Avropa İttifaqına qoşulmaq üçün müraciət edə bilər. O əlavə edib ki, rəhbərlik etdiyi hökumət ermənilərə öz yollarını seçmək imkanı vermək niyyətindədir. Amma bu yanaşmanı Ermənistanı bir dövlət kimi var edən Rusiya qəbul etmək niyyətində deyil. Hətta Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev Ermənistanın növbəti Ukrayna ola biləcəyi ilə bağlı xəbərdarlıq da edib. Öz növbəsində, Paşinyan belə müqayisənin qüsurlu olduğunu bildirir. Maraqlıdır ki, son vaxtlara qədər Ermənistan rəhbərliyi, Avropa İttifaqı ilə yaxınlaşmasına baxmayaraq, ölkənin hələ uzun müddət Rusiya, Qazaxıstan, Belarus və Qırğızıstanı da əhatə edən Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qalacağında israr edirdi. Lakin Paşinyanın son açıqlamaları Rusiya üçün xoş olmayan tamam fərqli mənzərə yaradır. Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qeyd edir: “Moskva İrəvanın Avropa İttifaqı ilə yaxınlaşma risklərini başa düşməsini gözləyir. Avropa İttifaqı bu birliyə qoşulmaq arzusunu bildirən hər kəsə təzyiq göstərir. Üzvlüyə namizəd olan ölkələrdən öz suverenliklərindən imtina etmələri və hətta Avropa İttifaqına rəsmi olaraq qoşulmazdan əvvəl ortaq xarici siyasətə sadiq qalmaları tələb olunur. Onların bəyanatlarının səksən faizi Rusiya ilə bağlıdır. Buna görə də riskləri görməmək sadəcə mümkün deyil”. Rusiya tərəfi diqqəti həm də ona yönəldir ki, Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir. Üstəlik, bu zəmanətlərin nə vaxtsa veriləcəyinə ümid də yoxdur. Nəticədə təhlükəsizlik təminatı almadan Qərbə doğru qaçan Ermənistan geosiyasi poliqona çevrilmək riski ilə üzləşir. Buna konkret nümunə qismində Gürcüstan və Ukrayna göstərilir. Hələlik Ermənistan bu xəbərdarlıqlara məhəl qoymamağa üstünlük verir. Əksinə, Rusiya sərhədçilərini ölkədən çıxarır, perspektivdə 102-ci hərbi bazanın bağlanması istisna olunmur. Rusiyanın Ermənistandakı iqtisadi aktivlərinin milliləşdirilməsi istiqamətində addımlar atılır. Bundan başqa, ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondurub. Eyni zamanda, Rusiyaya bağlı siyasi qüvvələrin fəaliyyəti məhdudlaşır, onların təmsilçiləri bir-birinin ardınca həbsə atılır. Bütün bunlar Moskvanın sərt ertirazları ilə qarşılanır. Rusiyalı politoloq Artur Atayev bildirir: “Ermənistan hakimiyyətinin kursu Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, daha sonra isə Avrasiya İqtisadi İttifaqından çıxmasına gətirib çıxaracaq. Ən təhlükəli və Rusiya prezidenti Vladimir Putinin dediyi kimi, hətta müəyyən dərəcədə aşkar olan şey Ukrayna ssenarisidir. Təəssüf ki, işlər məhz bu istiqamətdə gedir. Ermənistanda, hətta Rusiyanı dəstəkləyən ermənilər də nifrətə məruz qalıblar. Başqa sözlə, onlar vətən xaini adlandırılırlar. Və bu, Ukrayna ilə eyni nümunənin izlənməsi deməkdir”.

Ermənistan rəhbərliyinin Rusiyanı Qərbə dəyişmək cəhdləri ölkə üçün həm də çoxsaylı problemlər yaradır. İlk növbədə o baxımdan ki, iqtisadi cəhətdən Ermənistan hələ də təkcə ixracatçı deyil, həm də idxalçı kimi böyük ölçüdə Rusiyadan asılıdır. Elə bu səbəbdəndir ki, cari ilin mayından Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi qadağalar erməni fermerlərini müflislik həddinə çatdırıb. Bundan əlavə, Rusiya qazı Ermənistan bazarına xeyli aşağı qiymətə - bazar qiymətindən dörd dəfədən az qiymətə tədarük olunur. Ermənistan əsas enerji məhsullarının təxminən 80%-ni Rusiyadan alır. Bir sözlə, Rusiyanın Ermənistan iqtisadiyyatına təsiri çoxşaxəlidir: Rusiyaya məxsus iki şirkət Ermənistanın ən böyük beş vergi ödəyicisi arasındadır. Rusiya ilə ticarət münasibətləri əsasən sadə və səmərəli logistika ətrafında qurulur. Qərb ölkələri ilə ticarət, ticarət maneələri olmayan iqtisadi birliyə tam inteqrasiya olsa belə, nəqliyyat xərclərinə təsir edəcək. Əslində hazırda məhz bu hal müşahidə olunur. O da faktdır ki, Brüsselin strategiyası Rusiya ilə uzunmüddətli qarşıdurmaya yönəlib. Bu müstəvidə Ermənistan Rusiyaya qarşı yeni bir vasitə kimi uğurla istifadə olunur.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ