Cümə günü, 06 noyabr 2026
     

İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

Image


Qulamhüseyn Əlibəyli: “İkinci Qarabağ müharibəsində mütləq və tam qələbəmiz bir sıra amillərlə izah oluna bilər”

Vətən müharibəsində Azərbaycanın əldə etdiyi şanlı zəfərdən 6 il ötür. Azərbaycanın Zəfər salnaməsi bir gündə yazılmadı. Onun arxasında onilliklər boyu davam edən mübarizə, diplomatik fəaliyyət, iqtisadi inkişaf, ordu quruculuğu və ardıcıl dövlətçilik strategiyası dayanırdı.

Xalqımız 30 ilə yaxın Qarabağın, Şuşanın, Laçının, Kəlbəcərin, Ağdamın, Füzulinin, Cəbrayılın, Qubadlının və Zəngilanın həsrəti ilə yaşadı. Beynəlxalq hüquq Azərbaycanın haqlı mövqeyini, ərazi bütövlüyünü təsdiqləyirdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrində işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı tələblər ifadə olunmuşdu. Ancaq bu sənədlər sadəcə kağız üzərində qaldı. Azərbaycan hərbi-siyasi və diplomatik yolla işğala son qoydu. Ən önəmlisi isə bütün bu faktorları uğurla uzlaşdıra bildi.

Maraqlıdır, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsinin mütləq və tam olmasının fərqi nə idi? 1945-ci ildən sonra əksər münaqişələr tam həll olunmurdu. Lakin Azərbaycan öz gücü hesabına tam olaraq məsələni həll etdi, münaqişəni bitirdi. Azərbaycan buna necə nail oldu?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli Azərbaycanın Qarabağ Zəfərini bir sıra faktorlarla əlaqələndirdi: “Hərb tarixində və hərb elmində “mütləq qələbə” və “tam qələbə” anlayışları bir-birindən fərqləndirilir. Mütləq qələbə dedikdə adətən döyüş meydanında rəqibin müqavimət imkanını qırmaq, tam qələbə dedikdə isə döyüş meydanında rəqibin müqavimət imkanını qırdıqdan sonra müharibəni doğuran səbəbləri də aradan qaldırmaq başa düşülür. Yəni mütləq qələbə müharibənin nəticələrinin birmənalı olmasını, tam qələbə isə müharibə zamanı qarşıya qoyulan məqsədin bütövlükdə reallaşmasını ifadə edir: ölkənin ərazi bütövlüyü tam təmin olunur, müharibənin yenidən alovlanma mexanizmi qalmır, məğlub olmuş tərəf əvvəlki üstünlüyünü geri qaytarmaq imkanını itirir.

Hərb tarixi göstərir ki, döyüş meydanında qazanılmış hər qələbə avtomatik olaraq siyasi qələbəyə çevrilmir. Çox vaxt hərbi uğur düzgün siyasi addımlarla möhkəmləndirilmədikdə, münaqişənin kökləri yerində qalır və bir müddət sonra müharibə yeni formada təkrarlanır. Bu səbəbdən hərb nəzəriyyəsində müharibənin son məqsədi təkcə rəqib ordunun darmadağın edilməsi deyil, həm də davamlı və dönməz siyasi nəticənin əldə olunması hesab edilir. Mütləq qələbə bu yolun mühüm mərhələsi, tam qələbə isə onun yekunudur. İkinci Qarabağ müharibəsinə münasibətdə bu fərqi belə ifadə etmək olar. Müharibənin birinci mərhələsi 10 noyabr 2020-ci ildə Rusiyanın vasitəçiliyi ilə imzalanmış atəşkəslə başa çatdı. 44 günlük müharibə nəticəsində işğalçı ordunun müqaviməti qırıldı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarının xeyli hissəsi hərbi yolla, bir hissəsi isə – Ağdam, Kəlbəcər və Laçın rayonları – razılaşma nəticəsində işğaldan azad edildi. Şuşanın azad olunması isə həm hərbi, həm də mənəvi baxımdan müharibənin taleyini həll etdi. Bu, mütləq qələbə idi, lakin hələ tam deyildi. Qarabağın dağlıq hissəsində separatçı qurum və erməni silahlı birləşmələri qalırdı, Rusiya sülhməramlıları ərazidə yerləşmişdi, status məsələsi isə beynəlxalq diplomatiyanın gündəliyində idi. Başqa sözlə, müharibəni doğuran səbəblər hələ tam aradan qaldırılmamışdı və onun yenidən alovlanması ehtimalı qalırdı.

2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatı nəticəsində işğal olunmuş bütün torpaqlar azad edildi, ölkənin öz ərazisi üzərində suverenliyi tam təmin olundu. Separatçı qurum öz varlığına son qoyduğunu bəyan etmək məcburiyyətində qaldı, qanunsuz silahlı birləşmələr tərksilah edildi. Təxminən bir il sonra rus qoşunları Azərbaycanın ərazilərindən çıxarıldı, separatizmin kökü kəsildi və onu doğuran səbəblər aradan qaldırıldı. Bununla da Azərbaycanın hərb meydanındakı mütləq qələbəsi siyasi meydanda da tam qələbəyə çevrildi. İkinci Qarabağ müharibəsində Azərbaycanın mütləq və tam qələbəsi bir sıra amillərlə izah oluna bilər. Bu amillər bir-birindən təcrid olunmuş şəkildə deyil, vahid sistem halında fəaliyyət göstərmiş, biri digərini tamamlamış və gücləndirmişdir”.

Q.Əlibəylinin fikrincə, Azərbaycan dövləti və xalqı işğalla barışmadı və bütün çətinliklərə baxmayaraq öz torpaqlarını azad etmək üçün uzunmüddətli hazırlığa başladı: “Məhz uzunmüddətli hazırlıq hərbi qüvvələr nisbətinin tədricən Azərbaycanın xeyrinə dəyişilməsi ilə nəticələndi. İqtisadi imkanların əhəmiyyətli hissəsi müasir silahların alınmasına, hərbi infrastrukturun yenilənməsinə, ordunun döyüş hazırlığının və əməliyyat qabiliyyətinin yüksəldilməsinə yönəldildi. Alınmış silahların və texnikanın taktiki cəhətdən vahid əməliyyat planında işlədilməsi, kəşfiyyat məlumatının atəş vasitələrinə vaxtında çatdırılması və hərbi qüvvələrin həmin üstünlüklərdən istifadə etməsi mexanizmi hazırlandı. Bu hazırlıq yalnız texnika ilə məhdudlaşmadı. Zabit heyətinin peşəkarlığının artırılması, müasir hərb təcrübəsinin öyrənilməsi, birgə təlimlərin keçirilməsi, xüsusi təyinatlı bölmələrin gücləndirilməsi ordunun keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaratdı. Pilotsuz uçuş aparatlarının, yüksək dəqiqlikli silahların və elektron döyüş vasitələrinin tətbiqi döyüş əməliyyatlarının xarakterini dəyişdi və rəqibin illərlə qurduğu müdafiə xətlərini öz əhəmiyyətini itirməyə məcbur etdi. 2016-cı ilin Aprel döyüşləri isə həm ordunun imkanlarını sınaqdan keçirdi, həm də gələcək əməliyyatlar üçün mühüm nəticələr çıxarılmasına imkan verdi.

Uzunmüddətli hazırlıq nəticəsində əldə olunmuş texnoloji üstünlüyü hərb meydanında qələbəyə çevirən isə Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu, Azərbaycan hərbçisi oldu. Ən müasir silah belə onu idarə edən insanın iradəsi, peşəkarlığı və fədakarlığı olmadan nəticə vermir. Çətin dağlıq relyefdə, mürəkkəb hava şəraitində, illərlə möhkəmləndirilmiş istehkamlara qarşı aparılan döyüşlərdə Azərbaycan əsgəri və zabiti yüksək döyüş ruhu, cəsarət və vətənpərvərlik nümayiş etdirdi. Şəhidlərimizin və qazilərimizin göstərdiyi qəhrəmanlıq qələbənin ən uca və ən əziz bədəli oldu.

Azərbaycanın mütləq və tam qələbəsinin digər bir amili kimi hüquqi legitimliyə əsaslanan siyasi məqsədin və iradənin ardıcıllığını göstərmək olar. İşğal dövründə Azərbaycan üçün əsas məqsəd beynəlxalq səviyyədə tanınmış ərazisi üzərində suverenliyin bərpası olaraq qaldı. Azərbaycan həmçinin bizi işğalla barışmağa məcbur etmək məqsədi güdən beynəlxalq təzyiqlərə dözərək danışıqlar prosesinin sonsuz davam etməsini qəbul etmədi və qarşıya qoyduğu məqsədə nail olmaq üçün siyasi iradə göstərdi. Bu zaman Azərbaycan həmişə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə və ərazi bütövlüyünün beynəlxalq tanınmasına istinad edirdi. Məhz məqsədin dəqiq müəyyənləşdirilməsi və hüquqi legitimlik dövlətimizin diplomatik mövqeyini də gücləndirdi və hərbi addımın izahında mühüm rol oynadı. Ərazi bütövlüyünün tanınması ilə həmin ərazi üzərində faktiki nəzarətin bərpası bir-birini tamamlayan arqumentlərə çevrildi. Uzun illər ərzində beynəlxalq vasitəçilərin fəaliyyəti status-kvonun saxlanmasına xidmət edirdi və bu, faktiki olaraq işğalın davam etməsi demək idi. Azərbaycan rəhbərliyi bu vəziyyətin sonsuzadək davam edə bilməyəcəyini dəfələrlə bəyan etdi və beynəlxalq hüququn tələblərinin yerinə yetirilməsini israrla tələb etdi. Müharibə başlayanda Azərbaycan öz ərazisində, beynəlxalq hüququn ona verdiyi özünümüdafiə hüququ çərçivəsində hərəkət edirdi. Bu hüquqi əsas dövlətin həm daxildə, həm də beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi, rəqibin isə hər hansı hüquqi arqumentdən məhrum olduğunu bir daha göstərdi.

Azərbaycanın mütləq və tam qələbəsinin başqa bir amili müttəfiqlik və xarici şəraitin düzgün qiymətləndirilməsi idi. Azərbaycan bu müharibədə müttəfiqsiz olmadı, Türkiyə ilə yaxın siyasi və hərbi əməkdaşlıq, Pakistanın siyasi dəstəyi mühüm rol oynadı. Müstəqil güc yaratmaq beynəlxalq əməkdaşlıqdan faydalanmaq qabiliyyətini də əhatə edir. Azərbaycan bu əməkdaşlığı öz dövlət məqsədinə yönəldə bildi. “Azərbaycan öz gücü hesabına qalib gəldi” fikrinin əsas mənası qərarı verən, əməliyyatı aparan və onun insan, maliyyə, siyasi məsuliyyətini daşıyan tərəfin Azərbaycan olmasıdır. Yəni xarici dəstək əhəmiyyətli olsa da, tam və qəti nəticəni Azərbaycan özü təmin etdi. Bununla yanaşı, Azərbaycan regional və qlobal güc mərkəzləri ilə münasibətlərdə balanslı xarici siyasət yürütdü. Böyük dövlətlərin maraqlarının toqquşduğu mürəkkəb bir regionda heç bir tərəfi açıq qarşıdurmaya sövq etmədən öz milli maraqlarını qorumaq diplomatik ustalıq tələb edirdi. Enerji layihələri, nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq Azərbaycanı regionun vacib aktoruna çevirdi və onun mövqeyinin nəzərə alınmasını zəruri etdi. Beynəlxalq vəziyyətin, xüsusilə böyük güclərin diqqətinin başqa istiqamətlərə yönəldiyi məqamların düzgün qiymətləndirilməsi həm 2020-ci ildə, həm də 2023-cü ildə qəti addımların vaxtında atılmasına imkan verdi.

İkinci Qarabağ müharibəsində Azərbaycanın tam və qəti qələbəsini şərtləndirən mühüm siyasi amillərdən biri dövlət–xalq birliyi oldu. Cəmiyyətin ortaq milli məqsəd ətrafında birləşməsi, siyasi rəhbərliyə etimadı və Orduya ümumxalq dəstəyi ölkənin siyasi iradəsini və hərbi gücünü möhkəmləndirdi və qələbə əzmini artırdı”.

Vidadi ORDAHALLI



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

06.11.2026 / 21:22
Əbu-Dabidə üçtərəfli Ukrayna danışıqları təxirə salına bilər...

06.11.2026 / 21:08
"Mavi sunami" Trampın bəzi silahdaşlarını "yuyub aparır"

06.11.2026 / 20:55
İkinci dünya müharibəsindən sonra belə qələbə olmamışdı... İlkə imzanı kim atdı?...

06.11.2026 / 20:42
Netanyahu 1 həftədə 4 seçki zərbəsi aldı- ABŞ, Braziliya, Serbiya və İsrail...

06.11.2026 / 20:25
Kremllə Gürcüstan hökuməti Qərbyönlü partiyaları məhv etmək üçün birləşdi...

06.11.2026 / 20:10
Müharibəni dayandırdı, hərbi hazırlığı gücləndirdi - Azərbaycanın postmüharibə taktikası...

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 19:23
44 günlük müharibəni udan tək texnikadırmı - bəs gənclik, xalq-Prezident birliyi?...

06.11.2026 / 19:07
Müstəqilliyimizin İdeoloji İmmuniteti: Azərbaycançılıq - Əhliman Əmiraslanov yazır...

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ