çərşənbə günü, 11 noyabr 2026
     

Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

Image


Landşaft memarlığı təbiət ilə insan fəaliyyətini harmonik şəkildə birləşdirən, ekoloji, estetik və sosial funksiyaları yerinə yetirən kompleks sahədir. Qarabağ regionu dağlıq, dağətəyi və düzənlik landşaftların qovşağında yerləşdiyindən burada urbanizasiya və təbiətin vəhdəti hər zaman ənənəvi memarlığın əsas xüsusiyyəti olmuşdur. Şuşanın qayalıq landşaftına uyğunlaşdırılmış küçə-məhəllə sistemi, Ağdamın düzənlik sahələrində tətbiq edilən yaşıl bağ-şəhər elementləri və Kəlbəcərin termal-təbii potensialı unikal landşaft memarlığı məktəbi formalaşdırmışdır.

Regionun yenidən qurulmasında əsas məqsəd tarixi yaddaşı qorumaqla yanaşı, "Yaşıl Enerji Zonası" konsepsiyasına və "Ağıllı şəhər, ağıllı kənd" prinsiplərinə əsaslanan müasir landşaft sistemləri yaratmaqdır.

Araşdırmalar göstərir ki, Qarabağın landşaft memarlığı regionun fiziki-coğrafi müxtəlifliyi ilə birbaşa bağlıdır. Məsələn, dağlıq və meşə landşaftı (Şuşa, Laçın, Kəlbəcər) sıldırımlı qayalar, sıx palıd, fıstıq və qara şam meşələri, alp çəmənlikləri memarlıq formalarının təbiətə improvizə olunmasını tələb edir. Burada landşaft memarlığı təbii mənzərəni tamamlamaq prinsipinə dayanır.

Fikirimizi daha aydın izah etmək üçün Şuşanın şəhərsalma və lantşaf memarlığı üzərində dayanaraq qeyd edək ki, şəhərin tarixi memarlıq üslubu, onun təbii-coğrafi yerləşimi ilə elə üzvü surətdə bağlıdır ki, bu iki amili bir-birindən ayrı təsəvvür etmək qeyri-mümkündür. Üç tərəfdən sıldırımlı qayalarla (Daşaltı çayı dərəsi üzərində) əhatə olunmuş təbii təpəlik relyef Şuşanı həm müdafiə baxımından keçilməz qala, həm də memarlıq baxımından unikal "amfiteatr" səviyyəsinə qaldırmışdır. Bununla yanaşı, şəhər landşaft memarlığının bəzi xüsusiyyətləri ilə də diqqət çəkir. Məsələn şəhərin məhəllə sistemi (Merdinli, Saatlı, Kükürdlü, Culfalar və s.) düzbucaqlı süni şəbəkə üzərində deyil, ərazinin mürəkkəb relyefinə, səthi axınlara və relyefin üfiqi xətlərinə uyğun olaraq formalaşmışdır. Küçələr təbii səthə paralel uzanaraq hər məhəlləyə fərdi görkəm qazandırır. Eyni zamanda, Şuşanın memarlıq tikililəri (xan sarayları, məscidlər, yaşayış evləri) qayalıqların təbii şaquliliyini tarazlaşdıran üfüqi xəttlərlə layihələndirilmişdir. Qala divarlarının və evlərin daş divarları təbii qayaların bir davamı kimi görünür, bu da landşaftla memarlığın vizual sintezini təmin edir. Həmçinin, şəhərin demək olar ki, hər nöqtəsindən Cıdır düzünə, Daşaltı dərəsinə və ətraf dağlara açılan təbii mənzərələr mövcuddur. Memarlar evlərin eyvanlarını, həyətlərini və pəncərələrini məhz bu təbii mənzərələrə yönəltməklə interyerlə eksteryeri birləşdirmişlər. Eləcə də, şəhərdəki təbii bulaqlar (Cıdır düzü ətrafındakı və şəhərdaxili bulaqlar) şəhərin memarlıq planlaşdırılmasında mərkəzi rol oynamış, hər məhəllənin özünəməxsus su qovşağı və ya bulaq meydanı yaranmışdır. Bir sözlə, Şuşa memarlığı təbiətə hörmətin, onun üzərində hakim olmaq deyil, onunla nəfəs almağın ən parlaq tarixi nümunələrindən biridir.

Dağətəyi və çay dərəsindəki landşafta isə (Füzuli, Cəbrayıl, Zəngilan) Araz, Xaçın, Qaragöl və digər çayların hövzələri boyunca zəngin Tuqay meşələri və yaşıllıq dəhlizləri mövcuddur. Bunlardan fərqli olaraq, düzənliklandşaftı (Ağdam, Bərdə) geniş kənd təsərrüfatı arealları, suvarma sistemləri və bağçılıq ənənələri ilə xarakterizə olunur. Ümumilikdə və müasir landşaft memarlığında ekosistem xidmətlərinin bərpası əsas prioritetdir. İşğal dövründə kütləvi ağac tinglləri, torpaq eroziyası və su mənbələrinin çirklənməsi Qarabağın ekoloji balansına ağır zərbə vurmuşdur. Buna əsasən nəzəri olaraq, bərpa prosesi aşağıdakı prinsiplərə əsaslanmalıdır:

1. Yerli flora növlərindən istifadə edilməklə meşə bərpa tədbirlərinin həyata keçirilməsi.

2. Abidələrin (qala divarları, məbədlər, türbələr) ətrafındakı landşaftın onların tarixi görünüşünə uyğun bərpası.

3. Şəhər mühitinin təbiətlə inteqrasiyası, "yaşıl karkas" sisteminin qurulması.

Bütün bunları həyata keçirmək üçün, Qarabağın landşaft memarlığının inkişafı və gələcək nəsillərə ötürülməsi üçün aşağıdakı elmi-praktiki təkliflər irəli sürülür:

1.Çay vadiləri (məsələn, Həkəri və Köndələnçayboyu) boyunca rekreasiya və biomüxtəliflik dəhlizlərinin salınması.

2.Landşaft dizaynında yalnız idxal olunan dekorativ bitkilərdən deyil, Qarabağın yerli, iqlimə uyğunlaşmış ağac və kol növlərindən geniş istifadə edilməsi.

3.Suvarma, yaşıllıqlara qulluq və ekoloji monitorinq proseslərində rəqəmsal texnologiyaların tətbiqi.

4. Kəlbəcərin mineral bulaqları və Şuşanın təbii landşaftı əsasında ekoturizm marşrutlarının landşaft memarlığı tələblərinə uyğun layihələndirilməsi. Bütün bu təklifləri uğurla həyata keçirmək üçün yekun olaraq onu da qeyd edək ki, Qarabağın landşaft memarlığı yalnız estetik məsələ deyil, həm də regionun ekoloji təhlükəsizliyinin, tarixi kimliyinin və dayanıqlı inkişafının mühüm tərkib hissəsidir. Aparılan bərpa işləri elmi əsaslara, tarixi ənənələrə və müasir ekoloji standartlara söykənməlidir. Bu yanaşma Qarabağı dünyanın ən qabaqcıl "Yaşıl Region" nümunələrindən birinə çevirməyə imkan verəcəkdir.

Rizvan QARABAĞLI

Memarlıq üzrə fəlsəfə doktoru, dosent



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

10.11.2026 / 11:54
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb

10.11.2026 / 11:47
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi

10.11.2026 / 11:43
Üç ölkə liderinin Çençjen görüşü sual altına düşdü - ABŞ və Çin görüşün formatı barədə razılığa gələ bilmir

10.11.2026 / 11:33
Vaşinqton və İran arasında “uran razılaşması” əldə olunub?..

10.11.2026 / 11:26
Üçrəngli Azərbaycan bayrağını ABŞ-da tanıdan məşhur meksikalı sənətkar - Enrike Kabrera

10.11.2026 / 10:33
Rubio Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi üçün Rusiyanın razılığını vacib sayır...

10.11.2026 / 10:07
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ərdoğanın Azərbaycana səfəri ilə bağlı paylaşım edilib - VİDEO

10.11.2026 / 09:27
Bu gündən nisyə mal satanlara yeni tələb qoyulur

10.11.2026 / 09:04
Rusiya Ukraynanı Dnepr çayı boyunca bölməyə çalışır - Zelenski açıqladı

09.11.2026 / 22:59
Azərbaycandan Türkiyəyə başsağlığı mesajı - “Kədərinizi bölüşürük…”

09.11.2026 / 22:15
Fransa SEPAH-ı genişmiqyaslı kiberhücumda ittiham etdi, Aİ-ni İrana qarşı sanksiyalar tətbiq etməyə çağırdı

09.11.2026 / 19:33
2026-cı il ən isti dörd ildən biri olacaq

09.11.2026 / 19:08
Baş Qərargah:"Müdafiə qüvvələri Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisində Rusiyanın "Starlink" blokada stansiyasına zərbə endirib"

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ