Cümə axşamı günü, 12 noyabr 2026
     

"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

Image


Hərbi-siyasi qalibiyyət olmaqla yanaşı, milli iradənin, sarsılmaz birliyin, tarixi ədalətin ən uca zirvəsi kimi Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününün 6-cı ildönümünü böyük qürur və fəxrlə qeyd edirik. Bizə bu qüruru yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, əziz şəhidlərimizə, qazilərimizə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Qanları, canları ilə tarix yazan qəhrəmanlarımızın xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Tarixi Zəfərimizin, onun yol açdığı bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasının yaratdığı yeni reallıqlar fonunda Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan yeni dövrə qədəm qoyaraq gələcəyə inamla addımlayır. Azad edilmiş bütün ərazilərimizdə üçrəngli Bayrağımızın dalğalanması tarixi Zəfərimizin ən böyük rəmzidir. Prezident İlham Əliyevin Zəfər Gününün altıncı ildönümü münasibətilə noyabrın 8-də Xankəndidən Azərbaycan xalqını təbrik etməsi tarixi günün siyasi və mənəvi mahiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının müraciətini məhz Xankəndidə, şanlı Qələbəmizin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etməsi xüsusi rəmzi məna daşıyır. Vaxtilə separatizmin mərkəzi olan Xankəndi bu gün Azərbaycanın dövlət suverenliyinin, milli birliyinin və tarixi Zəfərinin təntənəsini nümayiş etdirir. Təbrikdə artıq tarixin arxivinə atılmış separatçı rejimin vaxtilə yerləşdiyi binanın gələcək taleyi ilə bağlı açıqlama da xüsusi diqqət çəkir. Vaxtilə separatçıların fəaliyyət göstərdiyi həmin binada son tamamlama işlərindən sonra Zəfər Muzeyi fəaliyyət göstərəcək. Prezident İlham Əliyev qeyd etdi ki, “O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin. İndi həmin o binada Zəfər Muzeyi yerləşəcək”. Azərbaycan xalqına qarşı cinayətlər törətmiş hərbi cinayətkarların bu gün Bakı həbsxanalarında öz layiqli cəzalarını çəkmələri isə tarixi ədalətin bərpasının digər mühüm göstəricisidir.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa təbrikində diqqəti bir daha 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarına, qələbəni şərtləndirən amillərə yönəltdi. Xalqımızın Vətən müharibəsində bir yumruq kimi birləşdiyini önə çəkən dövlət başçısı Zəfərin qəlbimizdə əbədi yaşayacağını, bu Zəfərlə daim fəxr edəcəyimizi bildirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən 44 gündə həyata keçirilən “Dəmir yumruq” əməliyyatı dünya hərb tarixinə yeni bir səhifə yazdı. XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələri ən müasir texnologiyalardan, pilotsuz uçuş aparatlarından və taktiki döyüş üsullarından məharətlə istifadə edərək düşmənin onilliklər ərzində qurduğu keçilməz müdafiə xətlərini və istehkamlarını darmadağın etdi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, həmçinin xüsusi coğrafi relyefə malik olan və sıldırım qayalarla əhatələnən Şuşa şəhərinin azad edilməsi Azərbaycan əsgərinin fiziki və mənəvi gücünün, yüksək peşəkarlığının bariz nümunəsidir. Şuşanın azad olunması ilə fəth edilən zirvə, bu böyük qələbənin rəmzinə çevrildi. Bu böyük qələbəni şərtləndirən ən mühüm amillərdən biri Prezident-xalq-ordu birliyi, sarsılmaz vəhdəti oldu. Müharibə dövründə Azərbaycan cəmiyyəti etnik, dini və siyasi baxışlarından asılı olmayaraq vahid bir cəbhədə birləşdi. Dövlət başçısının qeyd etdiyi kimi azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir.

Ali Baş Komandanın informasiya cəbhəsində, beynəlxalq media platformalarında apardığı prinsipial və cəsarətli mübarizə, xarici təzyiqlərə qarşı qətiyyətli mövqeyi xalqa tükənməz ruh yüksəkliyi bəxş etdi. Dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı, arxa cəbhədə göstərdiyi fədakarlıqla ön cəbhədəki əsgərimizin ən böyük dayağı oldu. Dövlət başçısı vurğuladı ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində qəhrəmanlıq, rəşadət, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Düşmənin beli döyüş meydanında qırıldı. 44 günlük Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında düşməndən azad edildi. O yaşayış məntəqələrində Azərbaycan Bayrağı qaldırıldı və bunun nəticəsində noyabrın 9-dan 10-na keçən gecə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, o vaxt döyüş meydanında hələ azad olunmamış ərazilər də Azərbaycana qaytarıldı, bir güllə atılmadan, bir şəhid vermədən. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Biz haqlı olaraq bu Zəfərlə fəxr edirik. Bütün Azərbaycan xalqı fəxr edir. Gələcək nəsillər də fəxr edəcəklər. Bu şanlı tarix bizim qəlbimizdə əbədi yaşayacaq.

Millət vəkili qeyd edib ki, bu gün azad Qarabağımız, azad Şərqi Zəngəzurumuz Azərbaycanın təkmil dirçəliş modelini, şəhərsalmanın müasir təcrübəsini dünyaya təqdim etməyin qürurunu yaşayır. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın noyabrın 6-da işğaldan azad edilmiş ərazilərə növbəti səfərləri Zəfərimizin zirvəsində dayanan Böyük Qayıdışın, bu torpaqların dirçəlişinin, milli gücümüzün növbəti təntənəsi oldu. Bu tarixi səfər çərçivəsində reallaşan mühüm açılışlar Böyük Qayıdış Proqramının nə dərəcədə sürətlə icra olunduğunu bir daha təsdiqlədi. Yeni kəndlərin istifadəyə verilməsi və sakinlərinə qovuşması, təhsil infrastrukturunun bərpası, iqtisadi dirçəlişə və məşğulluğun təmin edilməsinə xidmət edən mühüm addımlar, ümumiyyətlə, Qarabağın və Şərqi Zəngəzurun sürətli inkişafı üçün görülən işlərlə tanışlıq səfər proqramının əsas tərkib hissələri oldu. Bu gün işğaldan azad edilmiş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Ermənistan işğal dövründə bu torpaqlarda dağıntılar törətmiş, təbii sərvətləri talamış, meşələri qırmış, mədənləri qanunsuz istismar etmişdisə, Azərbaycan bu gün şəhər və kəndləri yenidən qurur, müasir infrastruktur yaradır. Bu, xalqımızın qurub-yaratmaq əzminin və torpaqlarımıza bağlılığının bariz ifadəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, işğal dövründə bizim bütün şəhər və kəndlərimiz yerlə-yeksan edilmişdir. Bu, misli görülməmiş barbarlıqdır. Bizim tarixi abidələrimiz, məscidlərimiz Ermənistan tərəfindən dağıdıldı və təhqir olundu. İndi genişmiqyaslı quruculuq işləri gedir, “Böyük Qayıdış” Proqramı icra edilir. Artıq 97 min insan azad edilmiş ərazilərdə yaşayır, təhsil alır, çalışır və hər ay biz keçmiş köçkünlərin öz doğma torpaqlarına qayıtmasının şahidləriyik.

Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak edib Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşməsi də Böyük Qayıdış Proqramının uğurlu icrasının aydın mənzərəsini yaradır. 6 ilin uğurları Böyük Qayıdış Proqramının birinci mərhələsində qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləməklə yanaşı, növbəti mərhələnin də aydın mənzərəsini təqdim edir. Hədəf uğurların başlanğıcıdır. Azərbaycan bütün hədəflərə ardıcıllıqla nail olaraq bu gün dünyaya təqdim etdiyi inkişaf, əməkdaşlıq modeli, sülh təcrübəsi ilə diqqətdədir. Azərbaycan regionda dayanıqlı sülhə və təhlükəsizliyə verdiyi töhfələri davamlıdır. Cənubi Qafqaz regionu artıq münaqişə deyil, sülh və tərəqqi məkanına çevrilib. Bütün bunlar Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlardır. Azad Qarabağımız, azad Zəngəzurumuz Zəfər Gününün sevincini yaşayır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, biz bu torpaqlarda əbədi yaşayacağıq.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan bu gün siyasi, iqtisadi və hərbi baxımdan tam müstəqil, suveren və öz milli maraqlarını müstəqil şəkildə müəyyən edən güclü dövlətdir. Ölkəmiz heç bir xarici qüvvədən asılı olmadan öz inkişaf strategiyasını həyata keçirir və beynəlxalq münasibətlər sistemində müstəqil və güclü mövqeyi ilə seçilir. Bu güc uzun illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət, iqtisadi inkişaf, ordu quruculuğu və milli birliyin möhkəmləndirilməsi nəticəsində formalaşıb. Azərbaycan əldə etdiyi tarixi Zəfərlə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yanaşı, dövlət iradəsinin və müstəqil siyasətinin gücünü də nümayiş etdirdi. Bu gün əsas prioritetlərdən biri ölkənin müdafiə və təhlükəsizlik potensialını daha da gücləndirməkdir. Gələcək hədəf Azərbaycanın gücünü və müdafiə imkanlarını elə bir səviyyəyə çatdırmaqdır ki, heç bir dövlət və ya qüvvə ölkəmizə qarşı təhdid və təzyiq göstərməyi belə düşünməsin. Dövlət başçısının qeyd etdiyi kimi biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

12.11.2026 / 00:18
Azərbaycanda Konstitusiya Günü qeyd olunur

12.11.2026 / 00:12
Baş katib Ermənistanın KTMT-də tamhüquqlu iştirakının bərpası şərtini açıqladı - qərar onlardan asılıdır...

11.11.2026 / 23:28
Ermənistan prezidenti TRIPP layihəsi ilə bağlı qanunu imzaladı

11.11.2026 / 23:10
NATO-da casus həyəcanı - yüksək rütbəli ABŞ hərbçisinin Rusiya agenti olduğu ortaya çıxdı...

11.11.2026 / 23:02
"Tarixi Zəfər müstəqil Azərbaycanın gücünün təntənəsidir" - Vüqar Rəhimzadə

11.11.2026 / 22:53
Ukrayna Trampın Donbasın sərhədlərinin yenidən müəyyənləşdirilməsi təklifini rədd etdi...

11.11.2026 / 22:37
Rusiya Əbu-Dabidə NATO-nun 1997-ci il sərhədlərinə qayıtmasını tələb etdi...

11.11.2026 / 22:20
Fransanın müstəmləkələri də ayağa qalxacaq...

11.11.2026 / 22:05
Paşinyan Türkiyə ilə diplomatik əlaqələrə niyə çox can atır - təzə məsələ var...

11.11.2026 / 21:49
ABŞ Xəzər dənizini də İran ticarətinin üzünə bağlayir

11.11.2026 / 21:33
Azərbaycanın əleyhinə vərəqələr yayılır... Hədəfdə sülh sazişidir...

11.11.2026 / 21:18
Qarabağın landşaft memarlığı: Nəzəri əsaslar, bərpa strategiyaları və perspektiv təkliflər

11.11.2026 / 21:06
İrəvandakı Göy məscidə qarşı İran və erməni təxribatı - Dövlət Komitəsi sərt bəyanat yaydı...

11.11.2026 / 20:58
Heqsetin impiçmenti barədə şok iddia - Trampın məqsədi(?) nədir?...

11.11.2026 / 20:41
Erməni təcavüzünə dəstək verənlərin ən iyrənc əməlləri açılır...

11.11.2026 / 20:35
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib - FOTO

11.11.2026 / 20:23
İranla müharibə bitmək üzrədir - İrandan Trampa təhqiramiz cavab...

11.11.2026 / 20:11
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

11.11.2026 / 20:05
Azərbaycan cüdoçusu Avropa çempionu oldu!

11.11.2026 / 20:05
“Ermənilər əmin idilər ki, Azərbaycana icazə verilməyəcək”...

11.11.2026 / 20:02
Lukaku Türkiyə millisinə qarşı oynamayacaq - AÇIQLAMA

11.11.2026 / 19:58
Paşinyan Konstitusya məsələsində açıqca manipulyasiya edir

11.11.2026 / 19:47
Düşməni Azərbaycana hücumdan çəkindirən ən güclü taktika budur...

11.11.2026 / 19:30
Milli ideaya konkret ifadə edildi - Zəfərin kökü bundadır...

11.11.2026 / 19:22
QMİ İrəvan Göy məscidindəki tədbiri vandalizm və təxribat adlandırdı

11.11.2026 / 19:16
KTMT Ermənistanla bağlı qərarını verdi – İrəvan səsvermə hüququndan məhrum edildi...

11.11.2026 / 19:03
Xəzər dənizində "Dəmir Qapı" təhlükəsi - hərbi əməliyyatlar dənizə köçürülür?

11.11.2026 / 18:25
Ramil Usubov MDB təhlükəsizlik şuraları katiblərinin Moskva görüşündə iştirak edib

11.11.2026 / 18:12
Prezident İlham Əliyevin sosial media hesablarında Mehriban Əliyeva ilə birgə COP31-in Liderlər Sammitində iştirakına dair paylaşım edilib - VİDEO

11.11.2026 / 18:08
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO

11.11.2026 / 17:40
Fermerlərə tam vergi güzəştinin 90 faizə endirilməsi aqrar sektorda yeni situasiya yaradır...

11.11.2026 / 16:55
Rusiya və Ukrayna Əbu-Dabidə genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəldi...

11.11.2026 / 16:45
“KTMT Ermənistanın bu addımına reaksiya verəcək” - Peskov

11.11.2026 / 16:32
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərindən qorxur....

11.11.2026 / 16:27
Nisyə mal satanların işi çətinləşəcək... Yeni tələblər gəlir..

11.11.2026 / 16:08
Prezident İlham Əliyevlə Ərdoğan arasında səmimi dialoq - FOTO

11.11.2026 / 15:57
DYP adından saxta cərimə mesajları göndərilir - XƏBƏRDARLIQ

11.11.2026 / 15:43
Fərdi təsərrufatlarda yumurta və süd istehsalının statistikası aparılacaq - əhali narahatdır...

11.11.2026 / 15:22
BMT-də Azərbaycanın təşəbbüsü ilə “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edildi

11.11.2026 / 15:12
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər - FOTO/YENİLƏNDİ

11.11.2026 / 15:08
Ərdoğan Azərbaycana təşəkkür etdi

11.11.2026 / 14:59
Şamaxıdan Azərbaycan gündəminə

11.11.2026 / 14:50
Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar başa çatdı...

11.11.2026 / 14:37
Xocavənddə traktor minaya düşdü, bir nəfər xəsarət aldı

11.11.2026 / 14:30
Tramp "məhv etdik" dediyi məsələyə 20 milyon mükafat ayırdı - ziddiyyət...

11.11.2026 / 14:12
Trampın Azərbaycana səfir təyin etmək istədiyi diplomat kimdir?...

11.11.2026 / 13:53
Bolqarıstanda Lyayenə qarşı etiraz - Avrokomissiya rəhbərinin kortejinə yumurta atıldı

11.11.2026 / 13:37
Zəngəzur dəhlizi üzrə üçtərəfli Qrup yaradıldı...

11.11.2026 / 13:19
Dublində Baydenə hücum - keçmiş prezidentə süd paketləri atdılar...

11.11.2026 / 13:15
Əbu-Dabi görüşü Ukraynaya dair heç bir ciddi nəticə vermədi...

11.11.2026 / 13:10
Dağ kəndlərində qaz və işıq limitinin ləğv edilməsi təklif edildi...

11.11.2026 / 12:51
İrandan Azərbaycana 34 kq-dan çox narkotikin keçirilməsinin qarşısı alındı

11.11.2026 / 12:39
Minimum 21 günlük əmək məzuniyyətinin pulla əvəz edilməsi qadağan oluna bilər

11.11.2026 / 12:25
Prezident İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gəlib - FOTO

11.11.2026 / 12:05
Sathesabı maaş ilk bu sahələrdə tətbiq edilə bilər...

11.11.2026 / 11:39
COP31 çərçivəsində Qarabağ Dirçəliş Fondundan mühüm təşəbbüs - mina terroruna qarşı...

11.11.2026 / 11:20
Prezident İlham Əliyev Bolqarıstan Prezidentinə başsağlığı verib

11.11.2026 / 11:20
Dünya liderləri iqlim diplomatiyası üçün Antalyada bir araya gəlir – COP31 Liderlər Zirvəsi başlayır

11.11.2026 / 10:38
DİN avtomobil idarə edərkən "TikTok"da canlı yayım açanlara xəbərdarlıq etdi

11.11.2026 / 10:29
ABŞ-ın Maliyyə maziri İran təhdidinə görə evindən hərbi bazaya köçdü...

11.11.2026 / 10:07
Ukrayna Rusiyanın Baltik dənizindəki ən böyük limanına hücum etdi...

11.11.2026 / 09:50
Azərbaycan nefti 99 dollara düşdü...

11.11.2026 / 09:37
Respublikaçılar Pentaqonun rəhbərini impiçment cəhdinin qarşısını aldı – ancaq Demokratlar dayanmayacaq...

11.11.2026 / 09:21
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək...

11.11.2026 / 08:52
Tramp demokratları Heqsetə qarşı impiçment cəhdlərinə son qoymağa çağırdı

10.11.2026 / 21:22
Ərəb millət vəkilləri İsrailin dövlət himni səsləndirilərkən Knesset zalını tərk etdilər - Mənsur Abbas xaric…

10.11.2026 / 21:02
Fransa supermarketlərində soyuducuları “qaynama dərəcəsinə” çatdıranların kimliyi bəlli oldu - iranlı haker qrupu…

10.11.2026 / 19:43
Fransada daha yaxşı təhsil şəraiti tələb edən şagirdlər məktəbləri mühasirəyə aldılar...

10.11.2026 / 19:27
Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilir - qərar sabah veriləcək...

10.11.2026 / 19:20
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başlayıb - FOTO

10.11.2026 / 19:05
Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının ilk günü başa çatdı - 4 saatdan çox davam edən görüşdə nələr müzakirə olundu...

10.11.2026 / 18:15
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək - QƏRAR

10.11.2026 / 17:43
Rusiya Ukraynanın hücumlarına görə bütün strateji bombardmançılarını Uzaq Şərqə köçürdü...

10.11.2026 / 16:12
Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan təmiz enerji sahəsində strateji tərəfdaşlıq sazişi imzaladı

10.11.2026 / 15:10
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir

10.11.2026 / 14:22
ABŞ daha bir Britaniya bazasından təyyarələrini geri çəkdi – İran təhlükəsi...

10.11.2026 / 14:08
Rusiya ilə Ukrayna arasında gizli razılaşma? - Ərazi mübadiləsi...

10.11.2026 / 13:44
Legioner elm: Azərbaycan elminin icarəyə verilmiş reytinqi - İlham Əhmədov yazır...

10.11.2026 / 13:07
İrəvandakı Azərbaycan məscidində erməni şairin büstü qoyulacaq - TƏXRİBAT

10.11.2026 / 12:40
Azərbaycan XİN Polşada baş verən silahlı hücumla bağlı başsağlığı verdi

10.11.2026 / 11:56
Konqres impiçment qərarına Pentaqon rəsmisindən başlayır - Heqset “narahat deyiləm” deyir…

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ