Macarıstanın keçmiş baş naziri Viktor Orbanın qardaşı Aron Orban və onun birlikdə yaşadığı qadın viza alveri və qanunsuz miqrasiyanın təşkili şübhəsi ilə bir ay müddətinə həbs olunublar. Bu barədə Budapeşt Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
İstintaqın versiyasına görə, şübhəlilər 2024-cü ildə 100-dən çox Vyetnam vətəndaşının Macarıstan vasitəsilə Qərbi Avropaya keçməsinə kömək etmək üçün viza rəsmiləşdirilməsini təşkil edib və bunun müqabilində pul alıblar.
İş üzrə daha iki şübhəli barəsində fərqli qətimkan tədbirləri seçilib.
Viktor Orban hadisəyə münasibət bildirərək əməliyyatın əsl hədəfinin özü olduğunu iddia edib. Lakin Aron Orbanın vəkili işin keçmiş baş nazirlə əlaqəli olması barədə iddiaları rədd edərək onun adının istintaq materiallarında yer almadığını bildirib.
Qeyd edək ki, Aron Orban barəsindəki şübhələr hələ məhkəmə hökmü ilə təsdiqlənməyib.
Tahir TAĞIYEV