Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlarda Avropanı özünün və Avropa Şurasının Prezidenti Antonio Koştanın təmsil etməli olduğunu bildirib.
Kallas bu barədə Dublində keçirilən Avropa Siyasi Birliyi sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, söhbət Avropa İttifaqının təhlükəsizliyindən gedirsə, danışıqlarda Aİ Şurasının Prezidenti Antonio Koşta və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi iştirak etməlidir.
ABŞ-ın danışıqlarda Avropa İttifaqının maraqlarını təmsil edib-etməyəcəyi ilə bağlı suala cavab verən Kallas bildirib: “ABŞ öz maraqlarını, Avropa İttifaqı isə öz maraqlarını təmsil edir”.
Kallas Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı mövqeyini bir daha təkrarlayaraq qeyd edib ki, digər məsələlərin müzakirəsinə keçməzdən əvvəl tərəflər atəşkəs və sülh sazişi barədə razılığa gəlməlidirlər.
Tahir TAĞIYEV