Cümə günü, 13 noyabr 2026
     

Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

Image


Akif Nəsirli: “Azərbaycanda elə insanlar var ki, aldıqları əməkhaqqı ailələrinin gündəlik ehtiyaclarını qarşılamağa kifayət etmir...”

Əmək Məcəlləsində və aidiyyəti digər qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi ilə əmək münasibətlərinə xitam verilməsi zamanı kompensasiya ödənilməsi istisna olmaqla, Məcəllədə nəzərdə tutulan minimum 21 təqvim günlük əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin qadağan olunması təklif edilir.

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev deyib.

O qeyd edib ki, burada əsas məqsəd məzuniyyət hüququnun yalnız maliyyə təminatı kimi deyil, işçinin istirahəti, sağlamlığının qorunması və əmək qabiliyyətinin bərpası üçün nəzərdə tutulmuş fundamental hüquq kimi təmin edilməsidir.

“Başqa sözlə, işçinin əmək məzuniyyəti hüququnun mövcudluğu ilə yanaşı, həmin hüquqdan faktiki istifadə etməsi də təmin olunmalıdır. Məzuniyyətin kompensasiya ilə əvəz edilməsi işçinin istirahət hüququnun reallaşmasını əvəz edə bilməz.

Layihədə əmək məzuniyyətinin və ya onun bir hissəsinin başqa vaxta keçirilməsi ilə bağlı halların daha dəqiq müəyyən edilməsi nəzərdə tutulur. Bu da praktikada məzuniyyətin keçirilməsi ilə bağlı yaranan qeyri-müəyyənliklərin aradan qaldırılmasına və hüquqi tətbiqetmədə vahid yanaşmanın formalaşdırılmasına xidmət edəcək.

Eyni zamanda, müvafiq dəyişikliklərin gömrük, vergi və daxili işlər orqanlarında xidmət keçməni tənzimləyən qanunvericilik aktlarına da şamil edilməsi nəzərdə tutulur”, – deyə nazir müavini bildirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini yaşayış şərtlərinin ağır olduğu bir vaxtda niyə belə açıqlama verir?

İnsanlar var ki, ailəsini dolandırmaq üçün gecəsini-gündüzə qatıb işləyir. Bu məzuniyyət insanların hüqudur, onu niyə məhdudlaşdırırlar? Hətta elə insanlar var ki, iki tam ştatda (tam iki akladda) işləyir, həm gündüz, həm də gecə növbəsində çalışır. Belə insanların bu hüququ niyə əlindən alınmalıdır? İşçi deyir ki, məzuniyyətə çıxmaq istəmirəm, əvəzində pulumu ver. Məzuniyyətə çıxmır işləyir. Niyə insanları bu hüquqdan məhrum edirlər? Bunu ehtiyacı olan edir, ehtiyacı olmayan da yoxdur. Əmək məzuniyyətinin pulla əvəz edilməsi normal təcrübədir. Bunu niyə qadağan etmək istəyirlər ki?

Liberal İqtisadçılar Birliyinin rəhbəri Akif Nəsirli baki-xeber.com-a bildirdi ki, əmək məzuniyyətinin pulla əvəz olunması məsələsinə yalnız hüquqi deyil, həm də sosial-iqtisadi baxımdan yanaşmaq lazımdır. “Çünki bu gün Azərbaycanda elə insanlar var ki, aldıqları əməkhaqqı ailələrinin gündəlik ehtiyaclarını qarşılamağa kifayət etmir. Onlar əlavə gəlir əldə etmək üçün bir neçə yerdə işləməyə, bəzən gecə növbələrinə çıxmağa məcbur olurlar. Belə şəraitdə işçinin məzuniyyətə çıxmaq əvəzinə işləmək və həmin günlərin pulunu almaq istəyi müəyyən mənada başadüşüləndir.

Mən hesab edirəm ki, burada əsas məsələ işçinin hüququnu məhdudlaşdırmaq deyil, onun seçim imkanını qorumaqdır. Əmək məzuniyyəti işçinin istirahət etmək, sağlamlığını bərpa etmək və əmək qabiliyyətini qorumaq hüququdur. Lakin bu hüquq işçinin əlavə gəlir əldə etmək imkanını da avtomatik olaraq əlindən almamalıdır”.

A.Nəsirli qeyd etdi ki, nazir müavininin açıqlamasında əsaslandırma kimi işçinin sağlamlığının qorunması və istirahət hüququnun təmin edilməsi göstərilir. “Bu arqumentin müəyyən məntiqi var. Çünki işçinin illərlə məzuniyyətə çıxmadan işləməsi sağlamlığına mənfi təsir göstərə bilər. Bəzi işəgötürənlər də işçiləri məzuniyyət hüququndan faktiki olaraq məhrum edə bilərlər. Ancaq bunun qarşısını almağın yolu bütün işçilərin seçim imkanını məhdudlaşdırmaq deyil.

Məncə, burada fərdi yanaşma olmalıdır. Əgər işçi öz istəyi ilə məzuniyyətə çıxmaq əvəzinə işləməyə və müəyyən günlərin əvəzində pul almağa üstünlük verirsə, onun bu seçimi tamamilə qadağan edilməməlidir. Əsas şərt odur ki, bu qərar işəgötürənin təzyiqi ilə deyil, işçinin sərbəst iradəsi ilə verilsin. Eyni zamanda, uzun müddət fasiləsiz işləməyin sağlamlıq və təhlükəsizlik riskləri də nəzərə alınmalıdır”.

A.Nəsirlinin sözlərinə görə, bir sözlə, dövlətin vəzifəsi işçinin hüquqlarını qorumaqdır, onun yerinə qərar vermək deyil. “Əgər məqsəd insanların istirahət hüququnu təmin etməkdirsə, məcburi məzuniyyətə göndərilmə mexanizmləri və işəgötürənlər üzərində nəzarət gücləndirilməlidir. Minimum 21 günlük məzuniyyətin bütün hallarda pulla əvəz edilməsinə qadağa qoyulması isə maddi ehtiyacı olan işçilərin narazılığına səbəb ola bilər. Çünki hər bir insanın sosial və maddi vəziyyəti eyni deyil. Qanunvericilik də bu fərqləri nəzərə almalıdır.

Qeyd edim ki, hazırda müzakirə olunan məsələ qanun layihəsi təklifidir. Təklifə əsasən, əmək müqaviləsinə xitam verilərkən kompensasiya ödənilməsi istisna olmaqla, minimum 21 günlük məzuniyyətin pulla əvəzlənməsi qadağan edilə bilər”-deyə ekspert bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 20:16
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi – indi də Minsk onun məxfi sənədlərə çıxışını əngəlləmək istəyir

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ