Ermənistanın KTMT-də səsvermə hüququndan məhrum edilməsinin ardından Belarusun xarici işlər naziri Maksim Rıjenkov, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində Ermənistanın məxfi sənədlərə çıxışının məhdudlaşdırılmasını təklif edib.
O, bu fikirləri Moskvada keçirilən və İrəvanın təşkilat daxilində səsvermə hüquqlarından məhrum edildiyi sammitdən sonra "Belarus 1" telekanalında səsləndirib. KTMT hələlik sənədlərə çıxışla bağlı rəsmi qərar açıqlamayıb. Ermənistanı "saxta müttəfiq" adlandıran Rıjenkov həssas məlumatların KTMT-nin inkişafına sadiq qalan ölkələrin ziyanına istifadə oluna biləcəyini ehtimal edib. Nazir bunu potensial risk kimi təqdim etsə də, Minskin konkret olaraq hansı sənədlərin İrəvana verilməməsini təklif etdiyini açıqlamayıb.
SAMİRƏ