Amerikalı milyarder Elon Mask Fransadakı etirazların yavaş-yavaş baş verən bir işğal adlandırıb.
"Bu, yavaş-yavaş baş verən bir işğaldır, amma yenə də bir işğaldır. İşğalı dəstəkləyənlər isə bütün xainlərin taleyinə layiq olan xainlərdir" – deyə Mask X hesabında yazıb.
İş adamı ABŞ prezidenti Trampın Fransanın həddindən artıq yumşaq immiqrasiya siyasətinin nəticələri ilə üzləşdiyini bildirdiyi paylaşımına belə reaksiya verib.
Fransada orta məktəb şagirdlərinin etirazları günlərdir davam edir. Etirazlar sentyabrın sonlarında İl-de-Frans bölgəsində başlayıb və bütün ölkə daxilində yayılıb. İştirakçılar həddindən artıq sıxlıq, müəllim çatışmazlığı və təhsil sistemindəki digər problemlərə qarşı nümayişlər keçirirlər. Bəzi yerlərdə etirazlar iğtişaşlara və polislə toqquşmalara çevrilib. Hüquq-mühafizə orqanları indiyə qədər 6000-dən çox etirazçını həbs edib ki, bunların 90%-i yetkinlik yaşına çatmayanlar olub.
Tahir TAĞIYEV