İranın xarici işlər naziri Abbas Əraqçinin impiçmenti ilə bağlı qanun layihəsi ölkə parlamentinə təqdim edilib.
İran parlamentinin rəyasət heyətinin üzvü Məhəmməd Rəşidi bildirib ki, parlament üzvlərindən biri impiçment qanun layihəsini qeydiyyata alıb, lakin sənəd hələ parlamentin rəyasət heyətinə təqdim edilməyib.
A.Əraqçi BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfəri zamanı vasitəçilər üzərindən Amerika tərəfi ilə icazəsiz danışıqlar aparmaqda ittiham olunur.
Tahir TAĞIYEV