Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Oman sahillərində "On Peace" gəmisinə endirilən zərbə nəticəsində 11-i Hindistan vətəndaşı, 12 nəfər yaralanıb.
"Bu gün səhər Oman sahillərində Panama bayrağı altında üzən "On Peace" ticarət gəmisinə edilən hücumu pisləyirik. (...) 19 heyət üzvündən 17-si Hindistan vətəndaşıdır. Öyrəndik ki, 11 Hindistan vətəndaşı da daxil olmaqla 12 heyət üzvü yaralanıb" - deyə açıqlamada bildirilir.
Qeyd olunur ki, gəmi Hörmüz boğazından keçərkən vurulub.
Nazirlik Yaxın Şərqdə gəmilərə qarşı davam edən hücumların Hindistan üçün ciddi narahatlıq doğurduğunu vurğulayıb. Buna görə də, hakimiyyət orqanları bütün tərəfləri bu cür hücumları dayandırmağa çağırıb.
Tahir TAĞIYEV