şənbə günü, 21 noyabr 2026
     

Yarım milyard dollarlıq Azərbaycan-Türkiyə hərbi sazişi imzalandı...

Image


Məlum olduğu kimi, beynəlxalq müdafiə sərgisində Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin qabaqcıl hərbi-sənaye şirkətləri arasında ümumi dəyəri 500 milyon ABŞ dollarını ötən irihəcmli tədarük müqavilələri və anlaşma memorandumları imzalanıb. Türkiyə Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgünün verdiyi məlumata görə, bu tarixi paket iki ölkənin birgə müdafiə, texnoloji və istehsalat imkanlarını yeni səviyyəyə qaldırır.

Baş verənlərdən isə xüsusi narahat olanlardan biri yenə ermənilərdir. Ermənistanın “168.am” nəşri yazır: “Türkiyənin qabaqcıl müdafiə şirkətləri ilə imzalanan 500 milyon dollardan artıq dəyərdə yeni müqavilələr müdafiə sənayesi sahəsində əməkdaşlığı, birgə istehsalın təşkilini, texnologiyaların və müdafiə sistemlərinin tədarükünü nəzərdə tutur və Azərbaycan ordusunun zərbə imkanlarının, hava hədəflərinin aşkarlanması və radioelektron mübarizə qabiliyyətlərinin genişləndirilməsinə imkan yaradır. Bu müqavilələr müdafiə sənayesi sahəsində əməkdaşlığı, birgə istehsalın təşkilini, texnologiyaların və müdafiə sistemlərinin tədarükünü və digər istiqamətləri əhatə edir. Türkiyənin Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün bildirib ki, artıq bu il Türkiyənin TUSAŞ şirkətinin istehsalı olan 14 ədəd HÜRKUŞ-2 təlim-döyüş təyyarəsi Azərbaycana tədarük ediləcək. Bu təyyarələrin əsas vəzifəsi hərbi pilotların baza hazırlığıdır. Lakin HÜRKUŞ ailəsinin silahlandırılmış versiyası yüngül hücum, silahlı kəşfiyyat və birbaşa aviasiya dəstəyi tapşırıqları üçün də nəzərdə tutulub. Türkiyənin BAYKAR şirkəti də Azərbaycana MIZRAK ağıllı gəzən sursatlarının tədarükü ilə bağlı müqavilə imzalayıb. Bu sursat orta yüksəkliklərdə yüksək zərbə təsiri yaratmaq üçün nəzərdə tutulub və yüksək zərbə qabiliyyəti, eləcə də böyük fəaliyyət məsafəsi ilə seçilir. Sistem iki əsas variantda təklif olunur. İkili döyüş başlığına malik variant ümumilikdə 40 kiloqram partlayıcı maddə, bir döyüş başlığına malik variant isə 20 kiloqram partlayıcı maddə daşıya bilir. Bundan əlavə, hədəfin dəqiq aşkarlanması üçün radiotezlik axtarış başlığı ilə təchiz edilir. Bu quruluş müxtəlif tapşırıqlar üçün effektiv və çevik həllər təklif etməyə imkan verir”. Nəşrin məlumatına görə, BAYKAR ayrıca müqavilə əsasında Azərbaycana radioelektron mübarizə və radiotexniki kəşfiyyat hava sistemləri ailəsinə aid “Antidot” sistemini də tədarük edəcək: “Antidot” pilotsuz uçuş aparatlarında (PUA), xüsusilə zərbə tipi “Bayraktar TB2” PUA-larında yerləşdirilir. Onun funksiyası qarşı tərəfin radiolokasiya stansiyalarının siqnallarını aşkarlamaq, qeydiyyata almaq və identifikasiya etmək, həmçinin təhdidlərin koordinatlarını dəqiqləşdirməkdir. Türkiyənin aparıcı şirkətlərindən biri olan ASELSAN ilə Azərbaycanın ALP-100 radarı əldə etməsi ilə bağlı anlaşma memorandumu imzalanıb. Radar sisteminin mürəkkəb şəraitdə istismar etibarlılığı, səhra şəraitində işləmə xüsusiyyətləri, hədəfləri aşkarlamaq və müşayiət etmək imkanları diqqət çəkir. Təkmilləşdirilmiş aşkarlama alqoritmləri və hədəflərin trayektoriyasını yüksək dəqiqliklə izləmək imkanları sayəsində ALP 100-G müasir döyüş meydanında döyüş qabiliyyətinin artırılmasında mühüm amil hesab olunur. ALP 100-G quru hava hücumundan müdafiə sistemləri üçün əsas axtarış radarı kimi, eləcə də uzaqmənzilli radarları tamamlayan və örtük boşluqlarını aradan qaldıran sistem kimi istifadə oluna bilər.

Hava hücumundan müdafiə sahəsində inqilabi həll hesab olunan ALP 100-G AESA texnologiyası vasitəsilə hava təhdidlərini üçölçülü məkanda izləyə bilir. Sistem yüksək mobillik və səhra şəraitində əməliyyatların sürətlə həyata keçirilməsi imkanını təmin edir. Bundan başqa, Türkiyənin ROKETSAN şirkəti Azərbaycana “Barbaros” sahil mühafizə sistemi tədarük edəcək. Türkiyənin müdafiə şirkəti ASELSAN Naxçıvanda müəssisə yaratmağı planlaşdırır. Bu barədə Türkiyə və Azərbaycan tərəfləri arasında ilkin protokol imzalanıb. Şirkət okeanın dərinliklərindən kosmik məkana qədər kritik əhəmiyyət daşıyan texnologiyalarla bağlı bütün sahələr üzrə həllər təklif edir. ASELSAN-ın layihələndirmə, inkişaf və istehsal fəaliyyəti rabitə sistemləri, müdafiə texnologiyaları, mikroelektronika, elektro-optik həllər, pilotsuz sistemlər, radarlar və radioelektron mübarizə texnologiyalarını əhatə edir. Türkiyənin MKE şirkəti isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən MİRAS müdafiə sənayesi şirkəti ilə zirehli texnikanın modernləşdirilməsi ilə bağlı anlaşma memorandumu imzalayıb. Söhbət, xüsusilə BMP-1-lərin modernləşdirilməsindən və onların TOLGA qüllələrinin inteqrasiyasından gedir. Bundan əlavə, hazırda Azərbaycanda nümayəndəliyi fəaliyyət göstərən Türkiyənin MKE şirkəti burada sursat zavodu inşa edir. Türkiyənin hazırkı institusional iştirakının əsası 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsi ilə qoyulub və bu sənəd iki ölkə arasındakı münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib. Bəyannamənin mühüm bölmələrindən biri müdafiə sənayesinə aiddir. Burada “birgə istehsal bazalarının, tədqiqat mərkəzlərinin və texnoloji əməkdaşlığın zəruriliyi” vurğulanır. Bu, birinci məqamdır”. Nəşr Azərbaycanın öz arsenalında olan sovet istehsalı Su-25 hücum təyyarələrini də məhz Türkiyənin TUSAŞ şirkətinin iştirakı ilə modernləşdirdiyini xatırladıb: “Modernləşdirilmiş “Su-25”lər, yəni “Su-25ML” təyyarələri Türkiyənin SOM ŞAHİN qanadlı raketləri ilə silahlandırılıb. Qeyd edək ki, SOM qanadlı raketi TÜBİTAK SAGE tərəfindən hazırlanıb, seriyalı istehsalına isə ROKETSAN tərəfindən başlanılıb”.

Tahir TAĞIYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

21.11.2026 / 21:24
Trampdan İranla bağlı ŞOK PLAN – gələcək Ağ Ev rəhbərlərinin də əl-qolu bağlanacaq...

21.11.2026 / 20:19
Ukrayna ilə bağlı bənd Tramp-Si-Putin bəyanatından son anda çıxarıldı... Finlandiya prezidentindən sensasion iddia...

21.11.2026 / 19:50
Zelenski Krım körpüsünü hədəf göstərdi – “Rusiya müharibənin nə olduğunu hiss etməlidir”

21.11.2026 / 19:23
İran ABŞ F-16-sını vurduğunu iddia edir – Pentaqondan açıqlama gəldi...

21.11.2026 / 17:42
Elektron hökumıət inkişafı üzrə Azərbaycanın nəticələrini hər ölkə göstərə bilməz...

21.11.2026 / 17:12
Rusiyada miqrantlara sərt nəzarət başlayır – dekabrın 1-dən hər addımları izlənəcək...

21.11.2026 / 16:27
Britaniyanın Aİ-yə qayıtması gündəmə gəldi – Londondan gözlənilməz açıqlama...

21.11.2026 / 15:35
TRIPP layihəsinə rəsmən start verilir... Paşinyan anons etdi - Ermənistan Azərbaycan və Türkiyənin enerji şəbəkəsinə qoşulur...

21.11.2026 / 15:34
Mehriban Əliyeva və Vyetnamın birinci xanımı Hanoyda İrs Evində olublar - FOTO

21.11.2026 / 15:05
Prezident: "Xüsusilə Vətən müharibəsi dövründə Vyetnamın verdiyi dəstəyə və ədalətli mövqeyinə görə minnətdarıq"

21.11.2026 / 15:02
"Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır" - Prezident İlham Əliyev

21.11.2026 / 14:59
"Tamamilə əminəm ki, Azərbaycan bundan da böyük inkişafa nail olacaq" - Vyetnam Prezidenti

21.11.2026 / 14:56
"Azərbaycan həm Avropanın, həm də Asiyanın bənzərsiz mədəni irsini daşıyan inci hesab olunur" - To Lam

21.11.2026 / 14:53
Hanoyda Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

21.11.2026 / 14:06
Almaniyadan İrəvana mesaj - sülh müqaviləsi üçün Konstitusiya dəyişdirilməlidir

21.11.2026 / 13:43
Trampın İranla müharibə planına maliyyə əngəli – Demokratlar Konqresə ultimatum verdi...

21.11.2026 / 13:25
Saxlanılan şəxsin üzərindən 5 kq-dan çox narkotik çıxdı

21.11.2026 / 13:14
İran təhdidi ABŞ nazirini hərbi bazaya sığınmağa məcbur etdi – Bessentdən Tehrana sərt mesaj...

21.11.2026 / 12:58
DİN narkotikə görə həbs olunan vəkil Orxan Kəngərli və digərləri ilə bağlı görüntülər yaydı - VİDEO

21.11.2026 / 12:31
Beynəlxalq Qalereyada İsrail Səfiri ilə mədəniyyət sahəsində əməkdaşliq müzakirə olunub

21.11.2026 / 12:10
Avtomobil almaq üçün götürdüyü krediti tanışı oğurladı....

21.11.2026 / 11:47
"Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik" - Vyetnam Prezidenti

21.11.2026 / 11:43
Prezident İlham Əliyev: "Azərbaycan-Vyetnam münasibətləri strateji əhəmiyyət daşıyır"

21.11.2026 / 11:28
Prezident İlham Əliyevin Vyetnam Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO

21.11.2026 / 10:14
Müdafiə Nazirliyində NATO nümayəndə heyəti ilə görüş olub

21.11.2026 / 09:36
Rusiya Türkiyənin S-400 sistemlərini üçüncü ölkəyə satması məsələsini müzakirə edir...

21.11.2026 / 09:11
Avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi

21.11.2026 / 08:51
Prezidentlər İlham Əliyev və To Lam Birgə Bəyanat qəbul ediblər, Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub - FOTO

21.11.2026 / 08:44
Prezident İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

21.11.2026 / 08:41
Prezident İlham Əliyevin Hanoyda rəsmi qarşılanma mərasimi olub

20.11.2026 / 23:10
Minlərlə ailənin torpaq probleminin həlli istiqamətində mühüm addım - çıxarış almaq mümkün olacaq...

20.11.2026 / 22:37
İraqda məzhəb savaşı başlanır, işin içində yenə İran var

20.11.2026 / 22:15
Tramp Konqresdə nəzarəti itirməzdən əvvəl hərəkətə keçdi - Ukraynada sülh üçün son tarix açıqlandı...

20.11.2026 / 21:58
BMT-ni bərbad günə qoyanlar onun “köklü islahatına” qərar verdilər...

20.11.2026 / 21:43
Danimarka Rusiya hərbi attaşesini ölkədən qovur, ruslar üçün vizaları da dayandırır – vaxt verildi...

20.11.2026 / 21:35
Britaniya ordusu dron dövrünə hazırlaşır?

20.11.2026 / 21:24
Moskvadan Tallinn və Buxarestə etiraz - hər iki ölkənin diplomatları Rusiya XİN-ə çağırıldı

20.11.2026 / 21:16
Paşinyan “Qərbi Ermənistandan” imtina etdi ki, Bakı da Qərbi Azərbaycandan imtina etsin - Hay ki, hay...

20.11.2026 / 20:58
Qərbi Zəngəzurun tarixi irsinin UNESCO-da mənimsənilməsinə start verildi...

20.11.2026 / 20:41
Tramp Çindəki hadisədən sonra təyyarədaşıyan bir gəmini İranın "qapısından" çəkib apardı...

20.11.2026 / 20:22
Rəsmi Ankara NATO-ya sərt mesaj verdi – Alyans Türkiyəni Yaxın Şərqdə tək qoydu...

20.11.2026 / 20:07
Parlament buraxılır, Konstitusiya dəyişdirilir, müxalifət ləğv edilir - Paşinyan mürəkkəb ssenariyə baş vurdu...

20.11.2026 / 19:49
Azərbaycanda kitabxanalar 26 faiz azalıb, bəzi kəndlərdə onlar fəaliyyətini tamamilə dayandırıb

20.11.2026 / 19:44
Dədə Qorqud epoxasının memarlıq irsi:Nəzəri fikirlər, tarixi baxışlar və məkan semantikası

20.11.2026 / 19:25
Macarıstan Ukrayna siyasətini tam dəyişdi - Madyar Orbanı sildi...

20.11.2026 / 19:25
Vyetnam üçün Avropaya Azərbaycanın üzərindın yol açıldı...

20.11.2026 / 19:10
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edildi - FOTO

20.11.2026 / 18:57
Moskvadan Azərbaycan və Ermənistan liderlərinin Dublin görüşünə reaksiya...

20.11.2026 / 18:43
Maşın alan yoxdur, amma qiymətlər sürətlə artır

20.11.2026 / 18:27
Yeni Yalta sammiti alınmadı, amma Rusiya, Çin, ABŞ liderləri istəklərinə nail oldular

20.11.2026 / 18:11
Fransa və Hindistan BTQ-yə açıq savaş açdı - təşkilatın sosial media hesablarına kiberhücumlar başladı...

20.11.2026 / 17:57
Şəmkir xəstəxanasını su basdı - TƏBİB-dən açıqlama...

20.11.2026 / 17:51
İslam yaxın onillikdə dünyanın ən böyük dininə çevriləcək

20.11.2026 / 17:40
İcra başçısının birinci müavini ilə bağlı 2 milyonluq qalmaqal - iş prokurorluğa çıxdı...

20.11.2026 / 17:32
Almaniya və Ukrayna arasında fikir ayrılığı - Avropalı liderlər Moskvaya gedəcəkmi...

20.11.2026 / 17:26
Dünyanın "3 iddialı ağası" Qəzzada on minlərlə müsəlmanın faciəsinə susdu...

20.11.2026 / 17:12
Mehriban Əliyevanın sosial media hesablarında Vyetnamın vitse-prezidenti ilə görüşünə dair paylaşım edilib

20.11.2026 / 17:05
Trampdan Ukrayna ilə bağlı mühüm açıqlama - Vaşinqton Kiyevsiz qərar verməyəcək...

20.11.2026 / 16:32
Kolleclərə qəbul qaydaları dəyişir - qiyabi təhsil ləğv edilir...

20.11.2026 / 16:25
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb

20.11.2026 / 16:09
Ermənilər pasportlarda doğulduğu yer kimi "Azərbaycan " yazdırırlar...

20.11.2026 / 16:02
Prezident İlham Əliyevin səfəri Vyetnam mediasının diqqət mərkəzində... - FOTO

20.11.2026 / 15:44
Çin lideri Putini niyə bu qədər soyuq qarşıladı...

20.11.2026 / 15:29
Mehriban Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

20.11.2026 / 15:23
Azərbaycanda boşanmaların sayı artır - hər 100 nikahın 48-i dağılır...

20.11.2026 / 15:20
Bakı–Balakən–Bakı marşrutu üzrə qatarların hərəkəti bərpa olunur

20.11.2026 / 15:09
Rusiyanı Ukraynada yeni işğala ruhlandıran kimdir - ABŞ müdafiə nazirinin yanlışı...

20.11.2026 / 15:08
“Vətəndaşlar referendumda yeni Konstitusiyanın əleyhinə səs verərsə, istefa verməyə hazıram” - Paşinyan

20.11.2026 / 14:50
Badamdarda sürüşmə sahəsində çatlar genişlənib - RƏSMİ AÇIQLAMA...

20.11.2026 / 14:45
Milli Məclisin deputatı Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

20.11.2026 / 14:44
Aİ və Böyük Britaniya tələbə mübadiləsi barədə razılığa gəldilər, lakin təhsil haqları dayandırıldı

20.11.2026 / 14:32
Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

20.11.2026 / 14:24
Krım körpüsü Niderland raketləri ilə vurulmuşdu - Niderland və Avstriyanın Kiyevdəki səfirlikləri bombalandı...

20.11.2026 / 14:12
Əməkdar artist Nigar Şabanova icra hakimiyyətini tənqid etdi

20.11.2026 / 14:08
Polşanın Lublin şəhərində hava hücumu xəbərdarlığı edilib

20.11.2026 / 14:01
Milli Xalça Muzeyində “Ortaq irs: Türk xalçası” mövzusunda beynəlxalq simpozium təşkil olunacaq

20.11.2026 / 13:59
AĞDAMIN MƏDƏNİ YADDAŞI: DAŞLARA HƏKK OLUNMUŞ TARİX VƏ YENİDƏN DİRÇƏLƏN İRS

20.11.2026 / 13:59
AMEA-nın strukturunda dəyişiklik edilib

20.11.2026 / 13:55
Le Penin partiyasının qərargahında məlumat sızması ilə əlaqədar axtarış aparılıb

20.11.2026 / 13:50
Çin "üçlüyünün" bəyanatları Avroatlantik məkanı parçaladı...

20.11.2026 / 13:35
Putinin təhdidlərindən saatlar sonra Rusiya ordusu Kiyevə üç ballistik raket atdı - körpülər vuruldu...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ