ABŞ prezidenti Donald Tramp sosial mediada paylaşım edərək Braziliyanı Hindistanla səhv salıb. Amerika lideri yazıb ki, Hindistanda keçirilən prezident seçkilərinin birinci turunda 125 milyon insan səs verib və nəticələr eyni gün açıqlanıb.
Bazar günü Hindistanda seçkilər keçirilməyib. Birincisi, ölkə prezidenti Draupadi Murmu 2022-ci ilin iyul ayından bəri vəzifədədir. İkincisi, bu vəzifə birbaşa səsvermə yolu ilə deyil, parlamentin hər iki palatasının və ştat assambleyalarının üzvlərindən ibarət seçki kollegiyası tərəfindən seçilir.
Trampın bildirdiyi seçici fəallığı rəqəmləri Braziliya prezident seçkilərinin birinci turunun nəticələri ilə üst-üstə düşür. Orada səsvermə yerli vaxtla saat 17:00-da başa çatıb və nəticələr səsvermə məntəqələri bağlandıqdan dərhal sonra dərc olunmağa başlayıb.
Oktyabrın 25-də keçiriləcək ikinci turda hazırkı prezident Luiz İnasio Lula da Silva və keçmiş prezident Jair Bolsonaronun oğlu senator Flavio Bolsonaro iştirak edəcək. onların heç biri birinci turda 50%-dən çox səs toplamayıb.
Tramp paylaşımı etdikdən qısa müddət sonra onu silib və iki dəqiqə sonra düzəldilmiş versiyasını paylaşıb.
Tahir TAĞIYEV