İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü kontr-admiral Əli Fədəvi bildirib ki, İran qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilərini ölkə sahillərindən təxminən 1000 km geri çəkilməyə məcbur edib.
"Amerikalılar sərhədlərimizdən 1000 kilometrdən çox məsafədə qaçıb geri çəkiliblər. Bu, onların seçimi deyildi, bu, İslam Respublikasının qüdrəti və SEPAH- quru qüvvələrinin gücü sayəsində baş verib" – deyə Fədavi bildirib.
O, ilk dəfə olaraq Fars körfəzində, Hörmüz boğazında, Oman körfəzində və hətta Hind okeanının şimalında bir dənə də olsun Amerika gəmisinin qalmadığını bildirib. O, həmçinin ABŞ hərbi gəmilərinin SEPAH-ın raket hücumlarına qarşı "100% həssas" olduğunu qeyd edib.
Bu arada, Fədəvinin açıqlaması ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən İran limanlarının davam edən sərt dəniz blokadası fonunda səslənib. Ötən həftə ABŞ-ın Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) iyul ayından bəri blokadanın ciddi şəkildə həyata keçirilməsini təmin etmək üçün İran limanlarına girməyə və ya çıxmağa çalışan 125 ticarət gəmisini saxladığını bildirib.
Tahir TAĞIYEV