Rusiya pilotsuz uçuş aparatı (PUA) hücumu ilə Kiyevin Dnepr çayı üzərindəki Şimal Avtomobil Körpüsünü vurub.
Müdafiə Nazirliyinin məlumatına görə, əvvəlki adı Moskva körpüsü olan bu keçid Ukrayna qoşunlarının hərəkəti və hərbi logistika baxımından həlledici rol oynayırdı. Kiyev meri Vitali Kliçko reaktiv mühərrikli PUA-nın hücumunun səhər saatlarında baş verdiyini bildirib. O, körpünün hərəkət hissəsinin və trolleybusların elektrik təchizatı xətlərinin zədələndiyini qeyd edib. Yerli mənbələr və şahidlərin məlumatına görə, reaktiv PUA körpünün hərəkət hissəsinə dəyib və nəticədə qurğunun dayaqlarından birinin yaxınlığında yanğın baş verib. Fövqəladə hallar və kommunal xidmətlərin əməkdaşları hadisə yerində işlərini davam etdirir.
SAMİRƏ