çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Image


Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisə olaraq tarixə yazıldı.

Partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qurultayda tarixi çıxışı zamanı vurğuladığı kimi, növbəti qurultay ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir, YAP-ın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün yox, bölgə üçün böyük önəm daşıyır.

YAP-ın VIII Qurultayının əvvəlkilərdən fərqi isə yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra ilk dəfə keçirilməsidir. VII Qurultaydan ötən dövr ərzində Azərbaycan bölgədə yeni reallıqlar yaradıb, Zəfərin simvolları olan 8 Noyabr və 20 Sentyabr tarixlərinə imza atmaqla ərazi bütövlüyünü və suverenliyini bərpa edərək regionda büsbütün yeni siyasi mühit formalaşdırıb.

Bütün bu uğurların və reallıqların təməlində isə YAP-ın təsis edilməsindən və iqtidara gəlməsindən sonra həyata keçirilən müdrik siyasi-iqtisadi kurs dayanır. Cənab Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın uğurlarının başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayına bağlıdır. O dövrdə cəmiyyətimizin cəsarətli və mütərəqqi insanlar, dövlətin və xalqın taleyini düşünən şəxslər Ulu Öndər Heydər Əliyevin ətrafında sıx birləşərək 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş qurultayda Yeni Azərbaycan Partiyasını təsis etdilər və bu, tarixi hadisə Azərbaycanın gələcək qələbələrinə yol açdı.

Sözsüz ki, əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, ölkəmizin başına açılan oyunlara, o cümlədən Qarabağda separatizm meylilərin baş qaldırmasına, torpaqlarımızın işğal olunmasına heç zaman imkan verməzdi. AXC-Müsavat cütlüyünün miras qoyduğu ağır fəlakətlərin yaşandığı, çətin və sınaqlarla dolu olan bir dövrdə dövlətimizi yalnız Heydər Əliyev kimi qətiyyətli, cəsarətli və dahi şəxsiyyət qura bilərdi.

Azərbaycan xalqının öz nicat yolunu ancaq Heydər Əliyevə bağlayaraq müdriklik göstərməsi və 1993-cü ilin oktyabrında onu Azərbaycanın Prezidenti seçməsi ilə müstəqil dövlətimizin işıqlı yolu başlandı. Ulu Öndər səkkiz milyon əhalisinin bir milyonu qaçqın-köçkün olan ölkəni tamamilə yenidən inşa etdi, dövlətçiliyin möhkəm əsaslarını yaratdı, sarsılmaz inkişafın modelini qurdu. Bu nailiyyətləri isə YAP-ın gücünə, xalq arasında olan dərin inama və milli həmrəyliyə arxalanaraq əldə etdi.

Ümummilli Liderin mükəmməl idarəçiliyi sayəsində 1993–2003-cü illər ərzində Azərbaycan beynəlxalq təcriddən çıxdı, mötəbər beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT kimi təşkilatlar ölkəmizin xeyrinə mühüm qətnamələr və qərarlar qəbul etdilər. Xarici dövlətlərlə iqtisadi münasibətlərin qurulması və çoxşaxəli islahatların həyata keçirilməsi, xarici sərmayədarların ölkəmizə cəlb olunması, “Əsrin müqaviləsi”nın imzalanması Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırmasında əsaslı rol oynadı.

YAP iqtidarının 10 ildə qazandığı nailiyyətlər 2003-cü ildən sonra yeni mərhələyə daxil oldu, Ulu Öndərin siyasi xətti strateji kurs kimi qalmaqla, Prezident İlham Əliyev tərəfindən Azərbaycanın inkişafında inanılmaz uğurları qazandırdı. Qarşıya qoyulan bütün məqsədlərə nail olundu, ən ali vəzifə olan ərazi bütövlüyü və dövlət suverenliyi bərpa edildi. Bunlar isə xalqın etimadını qazanmış iqtidarın şərəfli missiyasını yerinə yetirmək qüdrətini nümayiş etdirir.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir, beynəlxalq aləmin çox dəyərli üzvüdür. Şanlı qələbədən sonra Ermənistanla ABŞ-də möhürlənmiş sülh sənədi dövlətimizin dünyadakı aparıcı mövqeyini bir daha qətiləşdirdi. Sülh sazişinin paraflanması ilə bərabər, regionun ən güclü ordusunu yaratmış Azərbaycan, eyni zamanda, öz hərbi qüdrətini daha da möhkəmləndirir. Bu isə bir neçə səbəblə bağlıdır:

  • Zəfərin qazanılmasına baxmayaraq, ermənilərin tarixən saxtakarlığını, riyakarlığını, ölkəmizə və xalqımıza qarşı nankorluğunu heç zaman unutmaq olmaz;
  • İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalmasıdır.

Sərhədlərimizin demək olar ki, bütün perimetri boyu yeni müharibə, münaqişə ocaqları yaranır. Müharibələrin dayandırılması üçün isə heç bir beynəlxalq mexanizm yoxdur. Ona görə də, Azərbaycan istənilən hərbi təxribata cavab vermək üçün hazırlıqlı olmalıdır. Bu nöqteyi-nəzərdən hərbi sahəyə diqqət daim artırılır, 2027-ci ilin büdcəsində hərbi və təhlükəsizlik məsələləri üçün 9 milyard manata yaxın vəsaitin nəzərdə tutulması da yuxarıda sadalanan məqsədlərə xidmət edir.

Bu gün dünya xəritəsinə diqqət yetirdikdə, Azərbaycan qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox ölkə görmək mümkün deyil. Çünki möhtərəm Prezidentimizin sarsılmaz iradəsi sayəsində ölkəmiz sabitliyin ünvanıdır, ölkə daxilində fiziki, ideoloji risklər mövcud deyil, bütün risklər hüdudlarımızın kənarında formalaşır. Şübhəsiz ki, dövlətimiz daha da gücləndikcə, daha fəal və milli maraqlara dayan siyasət apardıqca, ona qarşı təzyiqlər də artır. Ancaq bu təzyiqlər də daim neytrallaşdırılır, heç bir zərbə cavabsız qalmır.

Müasir dünyada ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik kimi önəm daşıyır. İdeoloji risklərin sərhəd tanımadığı, internetin, süni intellektin geniş vüsət aldığı mühitdə ideoloji təxribatlara qarşı daha güclü hazırlıq və dayanıqlıq tələb olunur. Bu işdə dövlətin texnoloji imkanları ilə yanaşı, xalqımızın, xüsusilə də, YAP fəallarının üzərinə də mühüm vəzifə düşür.

Ölkənin iqtidar partiyası olan YAP bəzi ölkələrdən fərqli olaraq tarixi təhrif edərək öz siyasi qüdrətini və rolunu heç vaxt şişirtmir, çünki hər şey xalqın gözü qarşısında baş verir və buna xalq tərəfindən qiymət verilir.

Azərbaycan hazırda çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib. Bu gün ölkəmiz qədər çoxşaxəli beynəlxalq əlaqələr quran və bütün qütblərlə təmasda olan, öz maraqlarını müdafiə edən ikinci ölkə tapmaq çox çətindir. Bu nadir təcrübə başqa ölkələr üçün də örnək sayıla bilər. Bunun nəticəsidir ki, bir-biri ilə düşmənçilik edən ölkələrin yüksək vəzifəli nümayəndələri beynəlxalq tədbirlər çərçivəsində Azərbaycanda görüşürlər, problemlərini Bakıda çözməyə çalışırlar. Çünki Azərbaycan etibarlı tərəfdaşdır, heç bir düşərgəyə qoşulmur, əksinə başqa qütblərdə, düşərgələrdə olanları bir yerdə toplamağı mükəmməlcəsinə təşkil edir.

Bunun ən yaxşı nümunəsi BMT-dən sonra dünyanın ikinci ən böyük təsisatı olan Qoşulmama Hərəkatına sədrlik çərçivəsində qitələri birləşdirən həmrəylik və etimad modelinin yaradılmasıdır. Həmçinin ötən ilin noyabrında Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi qəbul edilən Azərbaycan Mərkəzi Asiya və Cənubi Qafqazı birləşdirməklə yeni siyasi-iqtisadi kommunikasiya qurdu. Yaxud, 30 ildir ki, fəaliyyət göstərən “D-8” təşkilatına üzv seçilməklə Azərbaycan heç bir müsəlman ölkəsinin bacarmadığını gerçəkləşdirən siyasi örnək formalaşdırdı.

Ölkəmiz uzun illərdir ki, İslam Əməkdaşlıq Təşkilatı ilə çox sıx əlaqələr quraraq İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir, birləşdirici rol oynayır. Habelə Avropa İttifaqına üzv ölkələrin bir çoxu ilə strateji tərəfdaşlıq sazişlərini mübadilə edən dövlətimiz, dünyanın supergücləri olan ÇXR və ABŞ ilə strateji tərəfdaşlıq bəyannaməsi imzalamaqla, siyasi münasibətlər sistemində hansı etibar və etimada malik olduğunu təsdiqləyir.

Azərbaycan nadir ölkələrdən biri kimi dünya miqyasında bütün növ enerji resurslarını istehsal və ixracında da nümunə yaradır, bir sıra ölkələrin təchizatında rol oynayır, onların enerji təhlükəsizliyinə layiqli töhfə verir, imzaladığı sazişlərə sadiqlik nümayiş etdirir. Bu, Azərbaycanın sözünün imzası qədər dəyərini, sözü ilə əməlinin bir olduğunu təsdiqləyir.

Bu, həm də tərəfdaşlarına qarşı dürüstlüyün və şəffaflığın ali göstəricisidir. Azərbaycan heç vaxt ikibaşlı oyun oynamır, hansısa ölkəyə qarşı ikiüzlülük, riyakarlıq göstərmir. Halbuki özü dəfələrlə belə münasibətlərlə üzləşib və belə hallarla bu gün də rastlaşır. Ancaq heç vaxt onlar kimi ola bilmir, çünki Azərbaycan dövləti və xalqı ləyaqətlidir və özünə hörmət edir.

Beləliklə, Yeni Azərbaycan Partiyasının VIII Qurultayı güclü dövlətin siyasi qüdrətini, möhkəm daxili sabitliyini, hərbi, iqtisadi və ideoloji resurslarının dayanıqlılığını, müasir beynəlxalq münasibətlər sistemində aparıcı yerini və nüfuzunu, qlobal proseslərdə təşəbbüskarlığını təqdim edən mühüm hadisə kimi yadda qaldı.

Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin Qurultayda çıxışı və tövsiyələri yeni siyasi gündəliyə uyğun fəaliyyətin başlıca istiqamətlərini müəyyən etdi. Əsas tövsiyələrdən biri yeni tarixi gerçəkliklər şəraitində partiya fəallarının və bütün üzvlərinin qarşıya qoyulan vəzifələrin icrasında fəal iştirakının və ideoloji işdə aktivliyinin təminatından ibarətdir.

Ramid Namazov
Milli Məclisin deputatı




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ