Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında Məkkə Paktının bir hissəsi olaraq yaradılan Strateji Siyasi və Müdafiə Komitəsinin iclası tezliklə Ər-Riyadda keçiriləcək. Pakistanın xarici işlər naziri İshaq Dar bu barədə açıqlama verib. O əlavə edib ki, komitə hər ölkədən üç nümayəndədən - xarici işlər nazirlərindən, müdafiə nazirlərindən və baş qərargah rəislərindən ibarətdir. Nazirin dəqiqləşdirdiyi kimi, qarşıdan gələn iclasda xüsusilə Yəmən üsyançı hərəkatı Ənsar Allah tərəfindən Səudiyyə Ərəbistanına edilən hücumlarla bağlı vəziyyət müzakirə olunacaq. Məkkə Sazişi 7 avqustda Pakistanın Baş naziri Şahbaz Şərif, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl-Səud və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanıb. Sənəd bu ölkələrdən hər hansı birinə edilən hücumun bütün imzalayanlara qarşı təcavüz aktı hesab edilməsini nəzərdə tutur.
SAMİRƏ