çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

Paşinyan 4 aydır Azərbaycana eyni mesajı verir - hərəkət isə yoxdur...

Image


Qulamhüseyn Əlibəyli: “Hökumət təşəbbüsün müxalifət tərəfindən ona qarşı istifadə olunacağından ehtiyat edir”

Baş nazir Nikol Paşinyan mətbuat konfransında bəyan edib ki, sülh sazişinin imzalanması və ratifikasiyası Ermənistan hökumətinin strateji prioritetlərindən biri olmalıdır. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh artıq reallığa çevrilib, lakin hələ tam institusional rəsmiləşmə əldə etməyib.

“Hökumətin ən mühüm vəzifəsi insanların bu gözləntisini sona çatdırmaq və məqsədə nail olmaqdır”, - deyə Paşinyan bildirib. O vurğulayıb ki, bu istiqamətdə əsas addımlar sülh sazişinin imzalanması və daha sonra ratifikasiya edilməsi olmalıdır.

Baş nazirin sözlərinə görə, hökumətin gələcək siyasi strategiyası məhz bu məqsəddən çıxış edərək formalaşdırılmalıdır.

Əgər Ermənistan hökuməti doğurdan da belə düşünürsə, o zaman 4 aydır seçkilərin bitməsinə baxmayaraq niyə bu istiqamətdə konkret addımlar atmır? Azərbaycanın sülh sazişi ilə bağlı şərti məlum olduğu halda, niyə bu yöndə görüləsi işlər yubadılır?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətnini hazırdır və 2025-ci ilin avqustun 8-də Vaşinqtonda paraflanıb: “Mətninin paraflanması mühüm nailiyyət olsa da sülh sazişinin imzalanma və qüvvəyə minməsi demək deyil. İndi əsas məsələ razılaşdırılmış sənədin imzalanmasına mane olan siyasi və hüquqi problemləri tezliklə həll etməkdir. Bu məsələdə Azərbaycanın mövqeyi hamıya məlumdur: Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilən müddəaların hüquqi cəhətdən aradan qaldırılması sülh sazişinin imzalanmasının yeganə şərtidir. Söhbət Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsinin məzmunundan gedir. Azərbaycan üçün əsas məsələ dəyişikliklərin hansı formada aparılması deyil, ərazi iddiasına əsas verən istinadların qüvvədən düşməsidir. Paşinyan seçkilərin nəticəsini sülh siyasətinə verilən ictimai dəstək kimi təqdim edir. Əgər hökumət bu nəticəni belə qiymətləndirirsə, həmin dəstəyi konkret qərarlara çevirmək məsuliyyətini də qəbul etməlidir. Sülh prosesindən danışmaqla yanaşı, bu prosesin necə həyata keçiriləcəyini də əməli fəaliyyətdə real göstərmək lazımdır. Əlbəttə, burada nəzərə alınmalı ciddi maneə var. Ermənistan Konstitusiyasına görə qüvvədə olan Konstitusiyanın mətninin dəyişdirilməsi və ya yeni Konstitusiyanın qəbulu referendum yolu ilə həyata keçirilə bilər. Konstitutsiya məsələsinin referenduma çıxarılması üçün parlamentdə üçdə iki səs çoxluğu ilə qərar qəbulu tələb olunur. Paşinyanın partiyası son ümumi seçkilərdə parlament çoxluğunu qorusa da, konstitusiya referendumunu təyin etmək üçün tələb olunan üçdə iki çoxluğa malik deyil. Buna görə də baş nazirin təkbaşına qərar verərək prosesi dərhal başa çatdıra biləcəyini söyləmək düzgün olmazdı. Lakin parlamentdə kifayət qədər səsin olmaması siyasi təşəbbüs göstərməmək üçün əsas sayıla bilməz. Əksinə, belə vəziyyət hökumətdən daha aydın fəaliyyət tələb edir: dəyişiklik layihəsinin məzmununu açıqlamaq, parlamentdə zəruri dəstəyi toplamaq üçün danışıqlar aparmaq, cəmiyyətə hüquqi problemin mahiyyətini izah etmək və mərhələlərin təqvimini təqdim etmək. Strateji prioritetin əsas meyarı onun çıxışlarda neçə dəfə səsləndirilməsi və ya dəfələrlə təkrarlanması deyil, həyata keçirilməsi üçün konkret hansı işlərin görülməsidir. Bu baxımdan Ermənistan hakimiyyətinin prosesləri sürətləndirmək üçün zəruri olan addımları atmamasını müəyyən amillərtlə əlaqələndirmək olar. Hesab edirəm ki, əsas amil kimi daxili siyasi riskləri göstərmək olar. Konstitusiya məsələsi Ermənistan daxilində dövlətin gələcəyi və keçmiş Qarabağ siyasəti haqqında mübahisələrlə bağlıdır. Hökumət bu mövzuda təşəbbüsün müxalifət tərəfindən ona qarşı istifadə olunacağından ehtiyat edir. Nəzərə alınmalıdır ki, son parlament seçkiləri Ermənistan cəmiyyətində revanşizm əhval ruhiyyəsinin kifayət qədər güclü olduğunu göstərdi. Belə bir şəraitdə, bir tərəfdən, parlamentdə referendumun təyin olunması haqqında qərarın qəbul olunmama riski, digər tərəfdən isə konstitusiya dəyişikliklərinin referendumda tələb olunan səs çoxluğunu toplaya bilməməsi riski var”.

Q. Əlibəylinin fikrincə, Konstitusiya dəyişikliyi məsələsində Paşinyan hakimiyyətinin tələsməməsini xarici amillərlə də əlaqələndirmək olar: “Burada əsasən Rusiya və İran amillərini göstərmək olar. Hər iki dövlət sülh sazişinin imzalanmasını və regionda sabit sülhün formalaşmasını Cənubi Qafqazdakı son təsir imkanlarının itirilməsi ilə nəticələnəcəyini qəbul edir və Paşinyan hakimiyyətinə təzyiqlər yolu ilə sülh prosesinin tamamlanmasını ləngidirlər. Daha bir mümkün ehtimal bundan ibarətdir ki, Azərbaycan-Ermənistan münasibətlərdəki faktiki normallaşma, yəni sülhün artıq real olması Ermənistan hakimiyyətində ümid yarada bilər ki, Konstitusiya məsələsinə münasibətdə Azərbaycanın mövqeyi zaman keçdikcə yumşala bilər. Bu məsələdə Azərbaycana mümkün xarici təsirlərin olacağı barədə Ermənistan hakimiyyətinin gözləntilərini də istisna etmək olmaz. Lakin bir müddət əvvəl Azərbaycan tərəfinin konstitusiya ilə bağlı şərti təkrar vurğulaması Paşinyan hakimiyyətinin həmin ümidinin və gözləntilərinin etibarlı əsasının olmadığını göstərir. Burada Paşinyanın Ermənistan və Azərbaycan arasında sülh artıq reallığa çevrilib, lakin hələ tam institusional rəsmiləşmə əldə etməyib sözlərini də ikibaşlı siyasi təsirini də nəzərdən qaçırmaq olmaz. Bu fikir bir tərəfdən cəmiyyətə müəyyən ümidlər verir, sülhün faydalarını və iqtisadi əməkdaşlığı təşviq edir. Lakin prosesin tamamlanmasına ehtiyac qalmadığı təəssüratını da yarada bilər. Hökumət sülhü əldə edilmiş nəticə kimi təqdim etdikcə, onun hüquqi təminatını yaratmaq üçün təcililik hissi zəifləyə bilər. Halbuki, davamlı sülh indiki rəhbərlərin münasibətindən daha möhkəm əsaslara söykənməlidir. Azərbaycanın tələb etdiyi hüquqi dəyişikliklərin siyasi məntiqi də budur: gələcəkdə hakimiyyət dəyişəndə köhnə ərazi iddialarının yenidən dövlət siyasətinə çevrilməsi üçün zəmin qalmasın. Bu baxımdan məsələ bugünkü bəyanatlara inanmaqdan daha genişdir - sabahkı münasibətlərin təminatından söhbət gedir.

Başqa sözlə, sülhün reallığa çevrildiyini söyləmək ümid yaradır. Onun hüquqi təminatını yaratmaq isə məsuliyyət tələb edir. Ermənistan hökumətinin qarşısındakı əsas sınaq indi məhz bu məsuliyyət məsələsidir”.

Vidadi ORDAHALLI




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ