Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, hazırkı Ermənistan rəhbərliyinin seçdiyi xarici siyasət kursu respublika üçün müsbət nəticələrə gətirib çıxarmayacaq. Onun fikrincə, ölkə üçün ən təhlükəli ssenari onun "yeni Ukrayna"ya çevrilməsi ola bilər. "Hazırkı Ermənistan rəhbərliyi inkişaf vektorunu dəyişdirməyi düzgün hesab edib. Əminəm ki, bu da yaxşı bir şeyə gətirib çıxarmayacaq. Ermənistanın başına gələ biləcək ən pis şey onun yeni Ukraynaya çevrilməsidir", - deyə Medvedyev İran İslam Respublikasının Dövlət Televiziya və Radio Yayımları Şirkətinə verdiyi müsahibədə bildirib.
SAMİRƏ