Belarus Prezidenti Aleksandr Lukaşenko Ermənistanı konyak, tərəvəz və meyvələrini Avropa İttifaqı (Aİ) bazarına satıb-sata bilməyəcəyini dəyərləndirməyə çağırıb.
“Əgər Avropa İttifaqına qoşulmaq qərarına gəlmisinizsə, nəyə tələsirsiniz? Konyakınızın, tərəvəzlərinizin, meyvələrinizin harada satılacağını və nə qədər satılacağını müəyyənləşdirmisinizmi?” - deyə Lukaşenko Minskdə Avrasiya Hökumətlərarası Şurasında iştirak edən hökumət nümayəndə heyətlərinin rəhbərləri ilə görüşdə bildirib.
O, Ermənistanı hazırda Avrasiya İqtisadi Birliyinin (AİB) bazarında satdığı həcmləri Aİ bazarındakı satışlarla əvəz edib-edə bilməyəcəyi məsələsini nəzərdən keçirməyə çağırıb: "Əgər Fransanın sizin konyakınızı alacağına əminsinizsə - onların bundan başqa variantları yoxdur – yaxşı, onda davam edin. Amma niyə tələsirsiniz? Niyə atı arabanın qabağına qoyursunuz?"
Lukaşenko Ermənistanı Avrasiya İqtisadi Birliyinin ortaq bazarından çıxmamağa çağırıb. O hesab edir ki, “bu gün fayda verən bir şeydən qurtulmağa tələsməyə ehtiyac yoxdur.
“Ermənistanın bu gün sizə fayda verən bir şeydən tələsik imtina etməlidir. Bu ümumi bazarı (AİB-ni) tərk etmək lazım deyil”, – deyən Lukaşenko İrəvanı, təcrübəli bir prezident kimi onu dinləməyə çağırıb.
Tahir TAĞIYEV