çərşənbə axşamı günü, 13 oktyabr 2026
     

TRİPP marşrutuna "xüsusi Amerika hərbçiləri" gələ bilər... Moskvada təşviş...

Image


Rusiya Təhlükəsizlik Şurası TRIPP layihəsinin həyata keçirilməsi zamanı Ermənistanda ABŞ özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturunun yerləşdirilə biləcəyini iddia edib. Rusiya rəsmisi bildirib ki, marşrutun təhlükəsizliyinin Amerika-Ermənistan şirkətinə həvalə edilməsi və şirkətə geniş səlahiyyətlərin verilməsi belə bir imkan yarada bilər. Onun sözlərinə görə, İran sərhədinə yaxın ərazidə ABŞ infrastrukturunun yaranması regionun təhlükəsizliyi və gələcək nəqliyyat dəhlizinin fəaliyyəti ilə bağlı suallar doğurur.

TRIPP layihəsi çərçivəsində Ermənistanda ABŞ özəl hərbi şirkətlərinin və kəşfiyyat infrastrukturunun yerləşdirilə biləcəyi barədə Rusiya Təhlükəsizlik Şurasının açıqlaması nə dərəcədə əsaslıdır və Moskva bu ssenari reallaşacağı təqdirdə hansı addımları ata bilər?

TRİPP layihəsinin reallaşdırılması Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması ilə yanaşı, regionda təhlükəsizlik və təsir balansının da dəyişməsi ilə bağlı müzakirələri gücləndirib. Layihə çərçivəsində, ABŞ və Ermənistan arasında imzalanmış sənədlərə əsasən, TRİPP Development Company yaradılacaq və şirkətdə ABŞ-ın 74, Ermənistanın isə 26 faiz payı nəzərdə tutulur. Ermənistan ərazisində layihənin ilkin müddəti 49 il müəyyənləşdirilib.

Əli Orucov: "Rusiyanın əlində Ermənistana qarşı təsir rıçaqları var və həmin rıçaqların işə salınması problemlər yaradacaq"

Mia.az - Əli Orucov: "Diaspor Komitəsinin iş keyfiyyətini artırmaq üçün ciddi dəyişikliklər edilməlidir"

Politoloq Əli Orucov məsələ ilə bağlı "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın narahatlığının əsas səbəblərindən biri TRİPP-in təhlükəsizlik məsələsində ABŞ-ın rolunun artmasıdır.

Onun sözlərinə görə, Moskva, xüsusilə də regionda ABŞ-ın iştirakı ilə formalaşacaq yeni təhlükəsizlik mexanizminin Rusiyanın Cənubi Qafqazdakı mövqelərinə təsir edə biləcəyindən narahatdır. "TRİPP layihəsinin şərtlərinə görə, dəhlizin təhlükəsizliyi ABŞ və Ermənistanın birgə yaradacağı şirkətə, özəl şirkətə həvalə olunacaq. Rusiyanın da narahatlığı həmin şirkətdə ABŞ xüsusi xidmət və ya kəşfiyyat orqanlarının nümayəndələrinin də iştirak edəcəyi ilə bağlıdır. Belə bir vəziyyəti İran da qəbul etmir", – deyə politoloq bildirib.

Lakin mövcud sənədlərdə təhlükəsizlik mexanizmi ilə bağlı daha mürəkkəb model nəzərdə tutulur. TRİPP üzrə çərçivə sazişinə əsasən, Ermənistan öz suveren ərazisində tam səlahiyyətini saxlayır, fövqəladə vəziyyətlərdə Ermənistan hakimiyyətinin üstün səlahiyyəti təsdiqlənir və infrastrukturun təhlükəsizlik planları Ermənistanın təhlükəsizlik orqanlarının təsdiqindən keçməlidir. Özəl təhlükəsizlik əməkdaşlarının cəlb olunması halında isə onların Ermənistan tərəfindən lisenziyalaşdırılması nəzərdə tutulur. Sərhəd nəzarəti, gömrük, hüquq-mühafizə və sərhəd təhlükəsizliyi üzrə əsas məsuliyyət də Ermənistan dövlətində qalır.

Orucov hesab edir ki, problemin yaranmasında Moskvanın əvvəlki siyasətinin də müəyyən rolu olub. “Mən bunun günahını daha çox Moskvada görürəm. Çünki Rusiya 2020-ci il 10 noyabr Bəyanatının işlənməsini bilərəkdən yubatdı. Dolayısı ilə Zəngəzuru bloklamağa çalışdı. İndi də Rusiya həmin bəyanatın 9-cu maddəsinə istinad edərək dəhlizin təhlükəsizliyini öz üzərinə götürmək istəyir. Bu, həm də dəhlizə birbaşa nəzarət və müdaxilə imkanı yaradardı”, – deyə o vurğulayıb.

Burada əsas məsələ nəqliyyat xəttinin açılmasından daha çox, həmin xətt üzərində təhlükəsizlik və idarəetmə mexanizminin kim tərəfindən formalaşdırılmasıdır. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən kommunikasiyanın dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında açılması nəzərdə tutulub. TRİPP isə bu razılaşmanın həyata keçirilməsi üçün ayrıca institusional və kommersiya mexanizmi kimi formalaşdırılır.

Politoloqun fikrincə, regiondan kənar oyunçuların Cənubi Qafqazda fəallaşması və Rusiyanın təsir imkanlarının zəifləməsi Moskva üçün ciddi məsələdir. "Regiondan kənar oyunçuların regionda fəallaşması və Rusiyanı sıxışdıraraq çıxarması Kreml üçün bəlkə də "qırmızı xətt" sayılır. Xüsusən sərhəd-strateji xətt boyu yarımhərbiləşdirilmiş qüvvələrin yerləşdirilməsini Rusiya özünün regional maraqları üçün ciddi təhdid hesab edir", – deyə Əli Orucov bildirib.

Onun fikrincə, Moskvanın Ermənistana qarşı müəyyən təsir imkanları hələ də qalır və bu imkanların hansı formada istifadə olunacağı TRİPP-in gələcək taleyinə təsir göstərə bilər. "Moskvanın əlində Ermənistana qarşı təsir rıçaqları var və həmin rıçaqların işə salınması problemlər yaradacaq. Digər tərəfdən, Rusiya İrəvandan etibarlı zəmanət tələb edəcək ki, onun regional maraqlarına toxunulmayacaq", – deyə politoloq qeyd edib

Bununla yanaşı, Ermənistanın TRİPP üzrə ABŞ-la razılaşması Rusiyanın regiondan avtomatik şəkildə kənarlaşdırılması anlamına gəlmir. Layihənin sənədlərində Ermənistanın suverenliyinin qorunması xüsusi olaraq vurğulanır və Rusiya ilə digər regional ölkələrin ərazidən istifadə imkanları da ayrıca olaraq layihənin iqtisadi və nəqliyyat nəticələri çərçivəsində gündəmdə qalır. Ermənistan Baş naziri Nikol Paşinyan da layihənin Ermənistanı Azərbaycan, Rusiya, Mərkəzi Asiya və Çin istiqamətləri ilə dəmir yolu əlaqəsinə çıxara biləcəyini bildirib.

Hazırda Ermənistanın qarşısında duran əsas məsələlərdən biri həm TRİPP üzrə əldə olunmuş razılaşmaları həyata keçirmək, həm də bunun Rusiya ilə münasibətlərdə əlavə qarşıdurma yaratmasının qarşısını almaqdır. Əli Orucovun sözlərinə görə, Paşinyanın ən çətin vəzifələrindən biri də Moskvanı inandırmaq və onun mövqeyinin daha da sərtləşməsinə imkan verməməkdir. Buna da nə qədər nail ola biləcəyi yaxın dönəmlərdə bir qədər aydınlaşacaq.

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

13.10.2026 / 22:46
Trampdan Çin və Rusiyaya sərt xəbərdarlıq – İrana kömək etdiklərini görsək çox şey itirəcəklər…

13.10.2026 / 22:30
Paşinyandan Moskvaya qəti mesaj – münasibətlərimiz artıq əvvəlki kimi ola bilməz…

13.10.2026 / 22:08
Tramp Rusiyanın əvəzinə Ukrayna ilə döyüşü genişləndirir - indi də kəşfiyyat məlumatları...

13.10.2026 / 21:50
Paşinyan hər dəfə Putini fakt qarşısında qoyur - pis də olmuruq, yaxşılaşmasını da istəmirik...

13.10.2026 / 21:29
Bakı-Tbilisi qatarında maklerlər "at oynadır" - 54 manata bilet yoxdur...

13.10.2026 / 21:14
İran Əfqanıstanla müharibənin bir addımlığındadır...

13.10.2026 / 21:11
SDU-da YAP-ın VIII Qurultayına həsr olunmuş elmi-praktik konfrans keçirilib

13.10.2026 / 20:58
Erməni mediası Azərbaycan-Gürcüstan sərhəd delimitasiyasında “kəskin mübahisələr” gözləyir...

13.10.2026 / 20:45
Çexiya kəşfiyyatından qorxunc xəbərdarlıq: Rusiya NATO ölkələrində daha riskli əməliyyatlara başlayır

13.10.2026 / 20:26
Pakistanda vəziyyət qarışır, hakimiyyətlə müxalifət Əfqanıstan sərhədində toqquşur...

13.10.2026 / 20:11
Paşinyan Azərbaycanla humanitar məsələlər fonunda separatçılardan əl çəkmək istəmir...

13.10.2026 / 19:50
Hicab taxması üçün qızlara təqaüd verən imkanlı şəxslər kimdir...

13.10.2026 / 19:36
Azərbaycanın ASAN brendi Asiyanı “işğal edir”...

13.10.2026 / 19:21
“Azərbaycana təzyiqlər artır” - Prezident demişdi axı, üstəlik səbəb də göstərmişdi...

13.10.2026 / 18:22
ABŞ Konqresi Tramp-Putin razılaşmasını ləğv edə bilər...

13.10.2026 / 18:04
İqtisadi Şuranın növbəti iclası keçirilib - FOTO

13.10.2026 / 17:47
Prezident İlham Əliyevin sosial media hesablarında Laos Prezidentinin Azərbaycana rəsmi səfərinə dair videoçarx paylaşılıb

13.10.2026 / 17:38
"Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var" - QMİ sədri

13.10.2026 / 17:21
Qara dənizdə hücuma məruz qalan gəmidəki 8 Azərbaycan vətəndaşı xilas edilib

13.10.2026 / 17:06
Allahşükür Paşazadə Azərbaycana qarşı iddiaları rədd etdi - İğtişaş yaradırlar... kimin təhriki ilə olur bilirik...

13.10.2026 / 17:02
MM-in parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yaydı - AK Parti iqtidarının hərkətləri suallar doğurur...

13.10.2026 / 16:43
Məktəb partasından ər evinə: Erkən nikah faciəsi və Qanunun müdafiəsi

13.10.2026 / 16:30
Hamı Xəzərin probleminə Azərbaycan prezidenti kimi qayğı göstərsə...

13.10.2026 / 15:56
Ərdoğanın müşaviri göstərdi ki, anti-Azərbaycan kampaniyasını AKP iqtidarı aparır...

13.10.2026 / 15:42
Ermənistan COP29-a gəlmədi, biz niyə COP17-yə getməliyik?!.

13.10.2026 / 15:38
Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi - VİDEO

13.10.2026 / 15:25
Səadət Partiyasının sədri Mahmud Arıkan! İlham Əliyevdən qabaq belə məktubu Ərdoğana yazmalı idiniz...

13.10.2026 / 15:17
Türkiyənin din təriqətçiləri Fələstin məsələsində Azərbaycanı da özlərinə bənzətmək istəyir - ziyanlı və faydasız üslub....

13.10.2026 / 15:09
Bolqarıstan sahillərində içərisində azərbaycanlıların da olduğu gəmi vuruldu...

13.10.2026 / 14:54
Belə getsə, Rusiya bütün Avropada sağ populistləri seçki ilə hakimiyyətə gətirəcək – İngiltərə dilə gəldi...

13.10.2026 / 14:30
“Məktəbli forması dünyəvi təhsil prinsiplərini ehtiva edir” - Rizvan Qarabağlı

13.10.2026 / 14:17
Yasamalda məktəbdə yanğın törətməyə cəhd edən 6 nəfər saxlandı - VİDEO

13.10.2026 / 14:08
YAP Ərdoğanın baş müşavirinin Azərbaycanla bağlı açıqlamasına sərt cavab verdi...

13.10.2026 / 13:55
Azərbaycan XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi

13.10.2026 / 13:46
Prezident İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTO

13.10.2026 / 13:40
Tramp Putinə pəncərə açdı, Avropa onun acığına bağladı...

13.10.2026 / 13:27
Kredit faizləri və problemli kreditlər sürətlə artır...

13.10.2026 / 13:10
Azərbaycanda problemli kreditlərin həcmi 932 milyon manatı ötüb

13.10.2026 / 12:53
“Məktəb vətəndaşlıq mövqeyinin formalaşdığı ictimai mühitdir” - Əhliman Əmiraslanov

13.10.2026 / 12:44
Vüqar Rəhimzadə: Azərbaycan və Kamboca bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

13.10.2026 / 12:38
"44 il əvvəl səfər etdiyim Azərbaycanı çox çətinliklə tanıdım" - Prezident Thonqlun Sisulit

13.10.2026 / 12:18
Ermənistanla sərhədi keçən azərbaycanlı hərbçi ifadəsi yayıldı

13.10.2026 / 12:03
Prezident İlham Əliyev: "Laos bizim üçün dost ölkədir"

13.10.2026 / 11:59
"Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb" - Prezident

13.10.2026 / 11:49
Fələstinin erməni naziri Bakıya gəlir...

13.10.2026 / 11:48
Prezident: "Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir"

13.10.2026 / 11:45
"Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək" - Prezident İlham Əliyev

13.10.2026 / 11:39
Prezident: "Laosla siyasi əlaqələr uzun illərdir uğurla inkişaf edir"

13.10.2026 / 11:36
"Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək" - Prezident

13.10.2026 / 11:33
Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:31
Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olunub və sənədlər mübadilə edilib - FOTO/ YENİLƏNDİ

13.10.2026 / 11:29
Prezident İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

13.10.2026 / 11:20
Nazirlikdən pensiyaçılara ŞAD XƏBƏR...

13.10.2026 / 11:01
Prezident İlham Əliyevin Laos Prezidenti ilə təkbətək görüşü olub - FOTO

13.10.2026 / 10:52
Britaniyanın Fairford hərbi hava bazasına hücum iddiası... 29 ölkə İrana sərt xəbərdarlıq etdi - hərəkətə keçəcəyik…

13.10.2026 / 10:43
Laos Prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub - FOTO

13.10.2026 / 10:07
NİİM-dən motosiklet və skuter sürənlərə xəbərdarlıq - bu sizə məsuliyyətdən yayınmaq hüququ vermir... VİDEO

13.10.2026 / 09:53
“Mercedes” qatarla toqquşdu - sürücü son anda qurtuldu...

13.10.2026 / 09:36
Novak Avropanı ifşa etdi – sanksiyalar hara, 320 milyardlıq ticarət hara…

13.10.2026 / 09:23
Ukrayna ilk dəfə Rusiyanı öz ballistik raketi ilə vurdu…

13.10.2026 / 09:11
“44” bədii filmi ilə bağlı mətbuat konfransı keçirildi

13.10.2026 / 06:42
Finlandiya XİN-dən Aİ ölkələrinə çağırış - “ruslara vizaları dayandırın…”

12.10.2026 / 23:06
Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin səfəri barədə videoçarx paylaşılıb VİDEO

12.10.2026 / 22:30
İrəlini keçmişin gözü ilə görməyənlərə TARİX DƏRSİ, Azərbaycanın rayonlarında 5 türk kəşfiyyatçı zabiti, Çillərin uğursuz oyunu... Aydın QULİYEV yazır...

12.10.2026 / 22:12
Afrika ölkələri Putinin Ukrayna müharibəsinin sirrini faş etdilər...

12.10.2026 / 21:42
Qərb Rusiyanin nəqliyyat və logistika maraqlarına Ermənistanın əli ilə yeni zərbələr vurur...

12.10.2026 / 21:27
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinə yeni rəhbər təyin edildi

12.10.2026 / 21:20
ABŞ Konqresində seçkinin ilk günündə Trampa impiçment elan olunacaq...

12.10.2026 / 21:12
İranın Gürcüstandakı səfirini it qapıb…

12.10.2026 / 21:06
Ukrayna Putin və Trampın dizel razılaşmasına qurban edilir

12.10.2026 / 21:01
Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirildi...

12.10.2026 / 20:52
Xəzərlə bağlı problem bütün Avrasiyanı silkələyir

12.10.2026 / 20:44
Masazırda dörd avtomobili yandıran şəxslər yaxalandı...

12.10.2026 / 20:34
İki böyük marşrutla Azərbaycanın üstündən 30 milyon ton yük keçəcək...

12.10.2026 / 20:17
Azərbaycan MDB-də iki illik vəzifə aldı - təşkilata 2-ci nəfəsi verə bilərik?...

12.10.2026 / 19:50
Əliyev Xəzərin dayazlaşmasına qarşı 3 əsaslı dayaq göstərdi - hüquqi baza, elmi potensial və...

12.10.2026 / 19:42
Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırdı

12.10.2026 / 19:32
İrandan Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinin yeni dalğası başladılıb...

12.10.2026 / 19:11
Hökumətdə nazir statuslu şəxslərin azı 70 faizi YAP üzvü deyil - İşin xeyrinədir?

12.10.2026 / 18:14
“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi keçirildi - FOTO/VİDEO

12.10.2026 / 17:54
“RİA Novosti” Rusiya üçün qorxunc hesabat işlədi - dəmiryolunu Paşinyana güzəşt etmək bölgədən çıxmaqdır...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ