Ukrayna dronlarının oktyabrın 2-si gecə Samara bölgəsinə hücum edib. Səhər tezdən hakimiyyət orqanları raket həyəcanı elan edib və sakinləri sığınacaq axtarmağa çağırıb. Samarada yerüstü ictimai nəqliyyat dayandırılıb.
Yerli sakinlər sosial mediada Samara yaxınlığında baş verən partlayışlar barədə məlumat yayıblar. “Astra” şahidlərə istinadən, Ukraynanın Samara Xətti istehsalat-dispetçer stansiyasını (LİDS) hədəf aldığını müəyyən edib. Bu, Rusiyanın ən böyük neft nəqli və paylama mərkəzidir və “Transneft” şirkətinə məxsusdur. Obyekt 216 hektardan çox ərazini əhatə edir və ümumi tutumu 1,6 milyon kubmetrdən çox olan 71 saxlama çəninə malikdir. Obyektdə dörd əsas neft kəməri birləşir: Almetyevsk-Kuybışev, Kaltasinski-Kuybışev, Nijnevartovsk-Kurqan-Kuybışev və Quryev-Kuybışev. LİDS Qərbi Sibir, Tatarıstan, Orenburq və Qazaxıstandan neft alır.
Dünən gecə Ukrayna dronları Volqoqrad vilayətində "sənaye infrastrukturuna" da kütləvi hücum edib. “Astra” iki qonşu obyektin - Volqoqrad Neft Emalı Zavodunun və Kaustik kimya zavodunun yaxınlığında böyük yanğın baş verdiyini müəyyən edib. Birincisi, Rusiyada ən böyük 10 zavod arasındadır və ildə təxminən 14,8 milyon ton neft emal edə bilir. Kaustik isə, öz növbəsində, Rusiya hərbi-sənaye kompleksini kimyəvi məhsullarla təchiz edir.
Tahir TAĞIYEV