ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, “FlyDubai” sərnişin təyyarəsi, dünən baş verən hadisə zamanı əvvəllər heç vaxt təyyarə idarə etməyən və bu bacarıqlarını təyyarə qəzaları haqqında televiziya şoularına baxaraq öyrənən israilli santexnik sayəsində xilas edilib.
Tramp iddia edir ki, İsrail Baş naziri Binyamin Netanyahu hadisənin təfərrüatlarını ona danışıb. ABŞ prezidentinin sözlərinə görə, santexnik nadir hallarda sərnişin kimi uçub, lakin hadisə zamanı o, qışqırıqlar eşidib və təyyarədə nə baş verdiyini görüb.
"Təyyarə inanılmaz bir qüvvə ilə, elə bir bucaq altında qəza vəziyyətinə düşüb ki, sükan çarxı qopub. Təyyarə bu sürət üçün nəzərdə tutulmayıb, həddindən artıq güclü G qüvvəsi ilə uçub. Amma bu oğlan... elə bir güclü qüvvənin təsiri altında, onu oturacağından dartıb geri atıb. Sərnişinlər isə onu tutublar", - deyə ABŞ lideri bildirib.
Tahir TAĞIYEV