Dubaydan Təl-Əvivə uçuş həyata keçirən "Flydubai" pilotları uçuş zamanı dava ediblər. "Mash" xəbər verir ki, baş verən mübahisədən sonra heyət təcili yardım siqnalını işə salıb və təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə eniş edib.
Təyyarə daha sonra hava hərəkətinin idarə edilməsi xidmətlərində yenidən görünüb. Ekipaj Səudiyyə Ərəbistanının hava hərəkətinin idarə edilməsi xidməti ilə əlaqə saxlayıb.
Daha əvvəl İsrail dövlət televiziyası “Flydubai” təyyarəsinin mümkün qaçırma siqnalını verən kod ötürdüyünü və sonra radarlardan itdiyini bildirmişdi. Uçuş zamanı pilotlar arasında dava olduqca nadir və ciddi bir vəziyyətdir, çünki bu, uçuş təhlükəsizliyinə birbaşa təsir göstərir. Pilot kabinəsində sərt qaydalar mövcuddur və burada hər hansı bir münaqişə dərhal dayandırılmalıdır: təyyarənin idarə edilməsi daimi diqqət, koordinasiya və prosedurlara riayət etməyi tələb edir.
Tahir TAĞIYEV