Ukrayna müdafiə qüvvələrinin bölmələri 28-29 sentyabr tarixlərində bir sıra Rusiya hərbi hədəflərinə, o cümlədən radar stansiyasına zərbələr endirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının açıqlamasına görə, Ukrayna qüvvələri Donetsk vilayətinin Manhuş şəhərində Rusiyanın 39N6 Kasta radar stansiyasını vurub.
Baş Qərargah əlavə edib ki, Luqansk vilayətinin Kırnosove və Novoaydar şəhərlərində Rusiya PUA-larının yerüstü idarəetmə stansiyaları vurulub. Luqansk vilayətinin Drujnıe, Xarkov vilayətinin Novoeqorivka və Donetsk vilayətinin Kaçkarske şəhərlərində də Rusiya bölmələrinə məxsus sursat anbarlarına zərbələr endirilib.
Bundan əlavə, Zaporojye vilayətinin Komış-Zorya bölgəsində Rusiya logistika anbarına da zərbə endirilib.
Tahir TAĞIYEV