ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyaların yüngülləşdirilməsi və dondurulmuş vəsaitlərin sərbəst buraxılması təklifi ilə bağlı xəbərləri təkzib edib.
“Axios” bu yaxınlarda İrana qarşı sanksiyaların aradan qaldırılmasını və dondurulmuş vəsaitlərin buraxılmasını təklif etdiyimi iddia edən bir məqalə dərc etdi. Bu, doğru deyil — mən onlara heç nə təklif etməmişəm!”, - deyə Tramp sosial media hesabında yazıb.
Amerika lideri həmçinin “Axios”u yalan məlumat yaymaqda günahlandırıb və xəbərin silinməsini tələb edib.
Tahir TAĞIYEV