Fransanın keçmiş prezidenti Fransua Olland 2027-ci il prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini açıqlayıb.
Onun sözlərinə görə, söhbət qisas almaq və ya hakimiyyəti geri almaq istəyindən getmir, ölkəyə kimin rəhbərlik edə, birləşdirə və fransızların gələcəyə inamını bərpa edə biləcəyindən gedir.
"Prezident seçkilərində iştirak, xüsusən də keçmiş dövlət başçısı üçün adi bir qərar deyil. Mən bunu yalnız müstəsna hallarda edərdim. Özümü sadəcə birinci turda iştirak edən namizəd kimi görmürəm, ikinci tura qalib seçkilərdə qalib gəlmək istəyirəm. Məhz bu ehtimalı nəzərə alaraq qərarımı verəcəyəm", - deyə o qeyd edib.
Tahir TAĞIYEV