Prezident Zelenski bildirib ki, Rusiyanın Kiyevə hücumları nəticəsində Səudiyyə Ərəbistanı səfirinin iqamətgahı kimi xidmət edən binaya, eləcə də iki uşaq bağçasına, iki məktəbə, anbara və rabitə qurğularına ziyan vurub.
“Dünyanın istənilən yerində bu hədəf seçimi bir sözlə adlandırılardı - terrorizm. Rusiyanın bunu etməkdə heç bir hərbi məqsədi yoxdur, bu, sadəcə insanları parçalamaq və cəmiyyətimizə mümkün qədər çox zərər vurmaq cəhdidir. Təəssüf ki, həlak olanlar var... Ailələrinə və yaxınlarına başsağlığı verirəm. Onlarla insan yaralanıb” – deyə Zelenski X hesabında yazıb.
Zədələnmiş ərazilər arasında Səudiyyə Ərəbistanı səfirinin iqamətgahı kimi istifadə edilən bina da var.
Tahir TAĞIYEV