Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik. Bunu Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə deyib.
Azərbaycanın neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları, gübrələr ixrac etdiyini söyləyən dövlətimizin başçısı bildirib: “Biz regionda nadir ölkələrdən biriyik ki, bunların hamısını ixrac edirik. Biz istəyirik elektrik enerjisinin də iri bir ixracatçısına çevrilək, xüsusilə də Avropa bazarına”.