Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən təlimlər zamanı həlak olan hərbçilərin lazımi avadanlıqla, o cümlədən xilasetmə jiletləri ilə təmin olunmadığını bildirib.
Tokayev Müdafiə Nazirliyinin yüksəkvəzifəli şəxsləri ilə görüşündə təlimlərin təşkili, hərbçilərin təchizatı və təhlükəsizlik tədbirlərinin araşdırılmasını tapşırıb.
Qeyd edək ki, sentyabrın 24-də Manqistau vilayətində keçirilən “Xəzər Korqanı-2026” təlimləri zamanı 17 hərbçi “Kaisar” gəmisindən dənizə düşüb. Onlardan 3-ü xilas edilib, 14-ü isə həlak olub.
Hadisə ilə bağlı araşdırma aparılır.
ZÜMRÜD