ABŞ Prezidenti Tramp, Rusiya Prezidenti Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin noyabrın 19-da Çinin Şençjen şəhərində üçtərəfli görüş keçirməsi planlaşdırılır. Sammitin təşkili ilə bağlı planlar barədə Ağ Ev məlumat yayıb.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində baş tutacaq. Plan həyata keçirilərsə, üç dünya liderinin görüşü qarşıdakı həftənin əsas diplomatik hadisələrindən biri olacaq.
ABŞ tərəfinin məlumatına görə, danışıqların əsas mövzuları nüvə silahı arsenalının azaldılması və İran ətrafındakı vəziyyət olacaq. Vaşinqton dünyanın üç ən böyük nüvə dövlətinin iştirakı ilə silahlara nəzarət və mümkün razılaşmalar barədə dialoqa başlamağı hədəfləyir.
Bununla belə, ABŞ rəsmiləri ilk görüşün nəticəsində hər hansı konkret razılaşmanın əldə olunacağını gözləmirlər.
Ukrayna məsələsinin isə üçtərəfli danışıqların gündəliyinə daxil edilməsi nəzərdə tutulmur. ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton münaqişənin nizamlanması ilə bağlı Rusiya və Ukraynanın iştirak etdiyi ayrıca diplomatik kanal üzrə müzakirələr aparır. Bu səbəbdən Çin həmin danışıqlara cəlb edilməyəcək.
Tahir TAĞIYEV