İran prezidenti Məsud Pezeşkian bildirib ki, ABŞ ilə razılaşma əldə olunarsa, Tehran 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə hazırdır.
"Bəli. Beynəlxalq hüquq çərçivəsində və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən, normaların bizdən tələb etdiyi hər şeyə əməl edəcəyik. (...) Biz danışıqlar apardıq və bu materialın ehtiyatını əhəmiyyətli dərəcədə azaltmağa hazırlaşdıq", - İran prezidenti Fox News aparıcısının bu məsələ ilə bağlı sualına cavab verib.
O, həmçinin bildirib ki, İran heç vaxt nüvə bombası hazırlamağa çalışmayıb.
"Qətiyyən yox. (...) Şəhid olan hörmətli Ali Liderimizin dəfələrlə qeyd etdiyi kimi, bu, dini qaydalara ziddir. Kütləvi qırğın silahlarına sahib olmaq qanunsuzdur", - deyə İran prezidenti bildirib.
Tahir TAĞIYEV